Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Daha 1093 ev söküləcək- “Sovetski”də

B37896EA-85D4-49CC-9189-33B14C5FC5DD_w268_r1 (1)

 

Nazirlər Kabineti Bakının “Sovetski” kimi tanınan köhnə məhəlləsində vətəndaşlara məxsus daha 1093 evin və qeyri-yaşayış obyektinin sökülməsi haqda qərar qəbul edib.

 

Xeberinfo.com:   Məlumata görə, qərarın icrası Yasamal Rayon İcra Hakimiyyətinə həvalə edilib.
Qərar dövlət əhəmiyyətli avtomobil yollarının və digər kommunikasiyanın Bakının baş planına uyğun inşası ilə əsaslandırılıb.
“Sovetski” məhəlləsində evlərin sökülməsinə və sakinlərin köçürülməsinə 2014-cü ildən başlanılıb. Bu, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 12 dekabr 2012-ci il tarixli sərəncamı əsasında həyata keçirilib.
Qərara əsasən 10,5 minə yaxın yaşayış və qeyri-yaşayış obyektinin sökülməsi planlaşdırılır. Sonuncu dəfə mülkiyyətçilərin köçürülməsi barədə hesabat Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən bu ilin yanvarında təqdim edilib. O vaxta qədər 2300 ailə köçürülüb. Mükiyyətçilərə bir kvadrat metrə görə 1500 manatın verilməsi nəzərdə tutulur.
Məhəllədə hələ də verilən kompensasiya ilə razılaşmayıb evlərindən köçməyənlər var. 2014-cü ildə verilən kompensasiya ilə razılaşmayan və evindən köçmək istəməyən sakinlər bir neçə dəfə etiraz aksiyası da keçirmişdi.
Bu yaxınlarda Avropa İnsan Hüquqları Məhkəməsi həmin rayondan bir sakinin şikayəti üzrə qərar çıxarıb. Məhkəmə belə nəticəyə gəlib ki, kompensasiyanın həcmi adekvat deyil. Avropa Məhkəməsinin qərarı ilə iddiaçı maddi və mənəvi zərərə görə kompensasiya almalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam