Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“Sovetski”də narazılıq

sovetski

«Təzyiq göstərməklə bizi məcburiyyət qarşısında qoyub evimizi satacağımızı düşünürlər»

Xeberinfo.com:  Yasamal rayonu ərazisində yerləşən “Sovetski” məhəlləsində söküntü işləri davam edir. “Yasamal söküntü” adlı qurum, ərazini tərk etmiş vətəndaşların evlərini sökərək, ərazidə təmizlik işləri aparıb. Hazırda ərazidə yalnız kompensasiyası razılaşdırılmamış mülklər qalıb.

“Sovetski” sakini Emin Məmmədov “Bizim Yol”a bildirib ki, Yasamalın icra başçısı Ibrahim Mehdiyev, mənzil kommunal təsərrüfat birliyinin rəisi və polis “Sovetski”yə gələrək sakinlərlə görüşüb: “Onlar tezliklə burada söküntü işlərinin aparılmasının vacib olduğunu dedilər. Mənzilin hər bir kvadratına görə mülkiyyətçiyə 1500  manat kompensasiya veriləcəyini bildirdilər. Sakinlərin yaşadığı evin sahəsi kiçik, bu evdə qeydiyyatda olanların sayı isə çoxdur. Ona görə də az həcmdə olan kompensasiyanın məbləği ilə hamının yaşaya biləcəyi mənzilin alınması mümkünsüzdür. Odur ki, kompensasiyanın həcminin artırılmasını istədik. Bizə bildirdilər ki, bu həftənin sonuna kimi evimizi tərk etməsək, elektrik, qaz, su verilməsi dayandırılacaq. Yəni təzyiq göstərməklə bizi məcburiyyət qarşısında qoyub evimizi satacağımızı düşünürlər”.

Onun sözlərinə görə, sakinlər yaşayış əraziləri üçün hər kvadrat metrə 2000-2500 manatdan hesablanmasını tələb edirlər. Səbəb isə mənzilin qeyri-yaşayış ərazisinə verilməyən kompensasiyanın yaşayış ərazisinə verilən vəsaitlə ödənməsi və bununla da vətəndaşın yeni köçəcəyi mənzilin mənzil şəraiti, nisbətən mərkəzə yaxın ərazilərdə mənzil almaq istəyidir.

Ötən il iki dəfə devalvasiya olduğunu, manatın  iki dəfə dəyərinin itirildiyini deyən sakinlər kompensasiya məbləğinin artırılmasının vacib olduğunu bildirib.

E.Məmmədov onu da deyib ki, “Sovetski”də söküntü işlərinin ən intensiv getdiyi ərazi Füzuli və Mirzağa Əliyev küçələrinin və “Qış parkı” adlanan zolağın davamı kimi nəzərdə tutulan sahədir. Sözügedən sahədə söküntülərin Azərbaycan Akademik Milli Dram Teatrının arxasından üzü yuxarı olmaqla, Nəriman Nərimanov prospektinədək davam edəcəyi planlaşdırılıb.

“Sovetski”də kompensasiyanın məbləği və digər məsələlərlə bağlı ərazi sakinləri ilə söhbət aparıb, problemi araşdırmağa çalışan Insan Hüquqları Institutundan “Bizim Yol”a verilən məlumata görə, söküləcək ərazidə ilkin planlaşdırmaya uyğun olaraq yolun və parkın 2017-ci ilin yanvar ayına kimi təhvil verilməsi nəzərdə tutulub. Lakin vətəndaşlarla mülkiyyətin kompensasiyasına dair yaranan narazılıqlar səbəbilə, köçürmə işlərində müəyyən ləngimə müşahidə olunur ki, bu da öz növbəsində nəzərdə tutulan planın gecikməsinə səbəb olur.

 

Söküntüsü davam edən “Sovetski” məhəlləsi şəhərin mərkəz ərazilərindən biridir. Vətəndaşların əksəriyyətinə, hazırda isə hələ də alqı-satqı etməmiş vətəndaşların 90 faizinə ödənilən kompensasiya ilə onlar ən yaxşı halda yalnız şəhər mərkəzindən 10-15 kilometr uzaqlıqda mənzil əldə edə bilərlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam