Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Sovetski"də ikinci söküntü başlayır

"Sovetski"də ikinci söküntü başlayır

 

 

Bakının mərkəzində, "Sovetski" adlanan ərazidə 2 mindən çox yaşayış və qeyri-yaşayış obyekti dövlət ehtiyacları üçün alınacaq

 

Yenixeber.org: Bu barədə Nazirlər Kabineti qərar verib.

Yasamal rayon icra hakimiyyətindən BBC Azərbaycancaya bildiriblər ki, "Sovetski" ərazisində fəaliyyət göstərən köçürmə komissiyası yaxın günlərdə fəaliyyətini bərpa edəcək.

Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev, İsmayıl bəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri, Nəriman Nərimanov prospektində 2 mindən çox yaşayış və qeyri-yaşayış obyekti söküləcək, təsisçisi Prezidentin İşlər İdarəsi olan "Xalq qəzeti"nin yaydığı qərarda göstərilib.

Qərarı baş nazirin müavini Abid Şərifov imzalayıb.

Təxminən 3 il əvvəl Bakı şəhərinin Baş Planına uyğun olaraq, Yasamal rayonunun "Sovetski" adlanan ərazisində indiyə qədər 26 hektardan çox sahəni əhatə edən ərazidə 4300-ə yaxın yaşayış və qeyri-yaşayış obyekti sökülüb.

Bir çox sakin onlara verilən kompensasiyaya görə narazılıq eləmiş və məhkəmə müstəvisində hüquqlarını müdafiə etməyə çalışmışdı.

Söküntünün birinci mərhələsində sakinlərə yaşadıqları evə 1 kvadrat metri üçün 1500 manat ödənilməsi təklif edilmişdi.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam