Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Hesabat növbəsi məmurlarda:Gəlir bəyannaməsi nə vaxt veriləcək?

 

Hesabat növbəsi məmurlarda: Gəlir bəyannaməsi nə vaxt veriləcək?

Son illərdə həbs olunan, vəzifəsindən kənarlaşdırılan sabiq məmurların mülklərinin, obyektlərinin siyahısı mətbuatda, eləcə də, sosial şəbəkələrdə müzakirə predmetinə çevrilir. Beynəlxalq Bankın İdarə Heyətinin rəhbəri Cahangir Hacıyevin və onun həyat yoldaşı Zamirə Hacıyevanın ətrafında baş verənlər hətta beynəlxalq səs-küyə səbəb olub.  Ölkəmizdə məmurlar gəlirləri haqqında hesabat vermirlər. Baxmayaraq ki, gəlir deklarasiyası ilə bağlı qanun mövcuddur, qanunun tətbiqi artıq 13 ildir ki, ləngiyir. 

Yenixeber.org: Qeyd edək ki,  “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların verilməsi qaydaları haqqında” Qanun 2005-ci ilin avqust ayında qüvvəyə minib. Həmin qanunla məmurların gəlir bəyannaməsi verməsi zəruri hesab edilir.

Amma qanun olsa da, onun icrasına başlanılmır. Qanunun icrası üçün ciddi hüquqi problem olmasa da, yalnız lazımi normativ sənədlərin hazırlanması gecikdirilir. Bu da qanunun tətbiqində müəyyən qrupun maraqlı olmaması görüntüsü yaradır. 

Onu da əlavə edək ki, əksər ölkələrdə bu cür qanunvericilik mövcuddur. Hətta məmurların gəlir bəyannaməsini verməkdən imtina etməsi ciddi qalmaqala səbəb olur. Belə bir qalmaqal bu günlərdə də yaşanıb. Rusiyanın Omsk vilayətində 2017-ci il üzrə əmlak və gəlir bəyannaməsi təqdim etməyən 8 deputat mandatdan məhrum edilib. Ölkə prokurorluğunda bununla bağlı araşdırma başlanıb. Deputatların mandatdan məhrum edilməsi barədə qərar yerli parlamentin iclasında qəbul olunub.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, deputat Vahid Əhmədov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, qanun çoxdan qəbul olunsa da, onun icra mexanizmi mövcud deyil: 

“Hökumət bununla bağlı qərar verməlidir. Qanunun tələbləri, normativləri müəyyən olunmalıdır”

Qanunun tətbiqinin geçikmə səbəbi ilə bağlı sualımızı millət vəkili belə cavablandırıb: 

“Onu bilmərəm. Azərbaycan dövlət başçısı qanunu imzalayıb, hökumətə göstəriş verilib ki, bu barədə normativ sənədlər hazırlasın. Niyə  icra olunmur, deyə bilmərəm. Biz mütəmadi olaraq bu məsələləri həm Milli Məclisin plenar iclasında, həm də Komitənin iclasında qaldırırıq. Mətbuatda da ekspertlər bu məsələni qaldırırlar. Ümumiyyətlə, gəlir deklorasiyasının bildirilməsi vacibdir. Çünki, bu müəyyən qədər nizam-intizama gətirib çıxarır, həm də kölgədə qalan müəyyən amillərin qarşını alacaq”.

Vəkil Əsabəli Mustafayev “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, bütün inkişaf etmiş ölkələrdə hər bir kəs gəlirləri ilə bağlı bəyannamə verir ki, bu da korrupsiyaya qarşı mübarizənin tərkib hissəsidir:

“Bu əsassız varlanmanın qarşısının alınmasına yönələn bir tədbirdir. Həm də insanların real gəlirlərə görə, vergilərə cəlb olunması üçün vasitədir. Bu xüsusilə də inkşaf etmiş, hüququn aliliyi bərqərar olan ölkələrdə var. Azərbaycanda gəlir deklarasiyası ilə bağlı qanun xeyli müddətdir ki, qəbul edilib.  Amma qanunun tətbiqi təxirə salınır. Nə vaxt tətbiq olunacağı da bilinmir”.

Hüquqşünas hesab edir ki, qanunun tətbiqinin gecikməsi subyektiv səbəblərlə bağlıdır: 

“Bu ləngimə göstərir ki, hansısa qüvvələr bunun həyata keçməsində maraqlı deyil. Xüsusilə də iri məmurların, o cümlədən ola bilsin ki, deputatların özünün də marağı  yoxdur. Çünki mətbuatda gedən yazılardan belə məlum olur ki, bir çox məmurlar, deputatlar kommersiya fəaliyyətilə məşğuldur. Bu da qanunla qadağandır. Mətbuatda, hansı məmurların, deputatların villaları, şadlıq sarayları, kommersiya obyektləri, xaricdə mülkləri haqqında məlumatlar tez-tez dərc olunur. Əgər bəyannamələr olsaydı, bunun qarşısı müəyyən qədər alınardı”.

Əsabəli Mustafayev deyir ki, gəlir bəyannaməsi ilə bağlı qanunvericiliyin tətbiq olunmaması bəzən digər qanunların da işləməməsinə şərait yaradır: 

“Məsələn, keçmiş MTN-lə bağlı cinayət işi açıldı. Dövlətə vurulan böyük məbləğdə zərərə görə, onların mülklərinə həbs qoyulmalı idi. Amma araşdırmalar zamanı məlum oldu ki, guya ki, onların heç bir mülkü yoxdur. Bu mülkiyyəti qohumları, yaxınlarının arasında bölüşdürüblər. Bəyannamələr olsaydı, bu mülkiyyətləri gizlətmək mümkün olmayacaqdı. Çünki heç kim qanunsuz mülkiyyəti öz adına yazdırmağa razı olmazdı.  Dərhal üzə çıxacaqdı. Vergi, hüquq mühafizə orqanları tərəfindən həmin adam məsuliyyətə cəlb oluna bilərdi”. 

Xatirə Nəsirova


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam