Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Nazirlərin sərvətləri hətta iqtisadçıları da təəccübləndirir"

qubad

 

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu bildirib ki, gəlir bəyannaməsi haqda qanunun icrasına start verilməlidir.

 

Xeberinfo.com:   Məlumata görə, Q. İbadoğlu qeyd edib: “Son dövrün gündəmini zəbt edən nazirlərin, yüksək vəzifəli məmurların və onların iş ortaqlarının malik olduqları gəlirlər, sərvətlər və əmlaklar barədə məlumatlar nəinki sadə vətəndaşları, hətta biz iqtisadçıları da təəccübləndirməkdədir. Çünki, söhbət yüz minlərdən, miyonlardan deyil, bəzi hallarda yüz milyonlardan və milyardlardan gedir. Açıqlanan məlumatlardan aydın olur ki, dövlətdən və xalqdan oğurlanmış pullar hesabına formalaşmış külli miqdarda sərvətlər və əmlaklar 1 günün, 1 ayın, hətta 1 ilin deyil, uzun illərdəki qanunsuz fəaliyyətin məhsuludur. Dövlət gəlirlərinin azaldığı, növbəti il üçün büdcənin bu illə müqayisdə hər 4 manatından 1 manatının ixtisara salındığı, respublika üzrə orta aylıq nominal əmək haqqının 461 manat 10 qəpik olduğu, yalnız bu il ərzində 50 minə qədər iş yerinin bağlandığı şəraitdə baş verənlər sirr deyil ki, yenə də davam edəcəkdir. Çünki, hələ də Azərbaycan gəlirlərin bəyannaməsi haqqında qanunun icrasına başlamır.
2005-ci ildə gəlir bəyannaməsi haqqında qanun imzalanandan sonra Nazirlər Kabinetinə bəyannamə forması hazırlamaq üçün 3 ay vaxt ayırılıb. Lakin 10 il keçsə də prezidentin tapşırığı hələ də yerinə yetirilməyib”.
Qubad İbadoğlu daha sonra qeyd edib ki, qanuna görə, vəzifəli şəxslər ildə bir dəfə gəlirləri barədə məlumat verməlidir: “Bu məlumatlar son 10 ildə yığılsaydı indi baş verənlərlə heç kimi təəccübləndirmək olmazdı, belə olan halda vaxtında zəruri informasiyalar formalaşar və qərarlar qəbul etmək üçün hüquqi əsaslar yaranardı. Nəticədə də dövlətin büdcəsinə, iş adamlarının qazanclarına bu qədər ziyanlar dəyməzdi. 
Məlumat üçün qeyd edim ki, ABŞ-da vəzifəsindən asılı olmayaraq nəinki məmurlar, hətta sıravi vətəndaşlar illik gəlirlərini rəsmi şəkildə açıqlayır və müvafiq qaydada vergi ödəyirlər. Moldova, Ukrayna, Gürcüstan və hətta Rusiyada “Gəlir deklarasiyası haqqında” Qanun qəbul olunub və tətbiq edilir. Dünyanın əksər ölkələrində xeyli vaxtdır gəlir bəyannaməsi “online” şəkildə verilir və bütün bu informasiyaların əhali üçün əlçatanlığı təmin edilir. Hazırda Azərbaycanda baş verənləri və mütərəqqi dünya ölkələrinin təcrübələrini nəzərə alaraq bu məsələnin yenidən müzakirəsini təklif edir, Nazirlər Kabinetini müvafiq sənədlərin hazırlanması öhdəliyini qısa müddətdə yerin yetirməyə çağırır və qanunun icrasına qısa müddətdə başlanmasını vacib hesab edirəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam