Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Komitə sədri ilə icra başçısı ordunun ərazisini satıblar

 

Əmlak Məsələləri Dövlət Komitəsi ilə Yasamal rayon İcra Hakimiyyəti Müdafiə Nazirliyinə məxsus olan daşınmaz əmlaklar üzərində qanunsuz sərəncamlar veriblər.
 
"Xeberinfo.com":   Məlumata görə, bu vəziyyət isə Müdafiə Nazirliyinin kəskin narazılığına səbəb olub. Artıq nazirlik hər iki dövlət qurumuna qarşı məhkəmə qaydasında yeni iddialarla çıxış edib:
 
«Zakir Həsənovun rəhbəri olduğu Müdafiə Nazirliyi  Əmlak Məsələləri Dövlət Komitəsini Yasamalda yerləşən hərbi şəhərcik ərazisində nazirliyə məxsus olan tiklilər üzrə qanunsuz alqı-satqı prosesi həyata keçirməkdə ittiham edir. Buna görə də, həm Kərəm Həsənovun sədri olduğu komitə, həm də komitənin qərarı ilə Müdafiə Nazirliyinin əmlakları üzərində sahiblik hüququ əldə etmiş Namiq Çingiz oğlu Bahadurov və bir neçə nəfər də məhkəməyə cəlb olunub. Artıq bu işə Yasamal rayon Məhkəməsində baxılıb. İş hazırda Bakı Apellyasiya Məhkməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə baxışa qəbul olunub. Hakim iş üzrə iyunun 30-na iclas saatı təyin edib».
 
Məlumata görə, Müdafiə Nazirliyinin Yasamal rayon İcra Hakimiyyəti ilə də davası qanunsuz sərəncamlarla bağlıdır:
 
«Nazirlik hesab edir ki, İbrahim Mehdiyevin rəhbərlik etdiyi Yasamal rayon İcra Hakimiyyəti səlahiyyət həddini aşaraq, nazirliyin balansında olan tiklilər üzərində qanunsuz aktlar həyata keçirib. İndi nazirlik bu sərəncam və onun əsasında fiziki şəxslərə verilən orderlərin də ləğv olunmasını tələb edir. Bu işə də birinci insansiya məhkəməsində baxılıb. Ancaq mübahisə öz həllini tapmayıb”.
 
Məlumatda bildirilir ki, birinci insansiya məhkəməsinin qərarından verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Kəmalə Abiyevanın sədrliyi ilə sabah baxılacaq:
 
"Prosesə sabah start veriləcək”. (Strateq.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam