“Şirkətimiz sizlərə xarici dövlət universtetlərinə heç bir imtahan vermədən, attestatla qəbul olmağı təklif edir. Əgər siz də Türkiyə, Ukrayna, Rusiya və digər xarici ölkələrdə təhsil almaq istəyirsizsə, bizə müraciət edin”.
Yenixeber.org: İnternetdə təhsil mərkəzləri tərəfindən yayılan bu tip reklam xarakterli elanların sayı günü-gündən çoxalmaqdadır.
Azərbaycanda daha çox qəbul imtahanlarında yetərli balı toplaya bilməyən tələbələr belə universitetlərə üz tuturlar.
“Attestatsız təhsil” arxasınca gedən abituriyentlərin sonrakı aqibətinə nəzər saldıqda vəziyyətin heç də ürəkaçan olmadığını görürük.
Xarici ölkələrdə təhsil sistemi çox güclü olduğundan, tələbələr bir çox hallarda dərslərdən yayınırlar. Bəziləri tüfeyli həyat tərzi sürərək, sonda, adları kriminal hadisələrdə hallanır.
Təhsil eksperti Kamran Əsədov xaricə axın edən tələbələrin üç kateqoriyaya ayrıldığını bildirib:
“Birinci kateqoriyadakı gənclər Azərbaycanda yetəri qədər bal toplaya bilməyib, xaricə üz tutanlardır. Hər il qəbul imtahanlarında 80 mindən artıq abituriyent sənəd verir. Amma onların yalnız 40 minə yaxını müsabiqə şərtlərini ödəyərək qəbul olunur. Yerdə qalanı hissə isə mili mentalitet dəyərlərinə əsaslanaraq utanır və xarici ölkələrə üz tutur.
İkincisi azərbaycanda Azərbacanda təhsilin keyfiyyətindən qane ola bilməyib, Avropaya üz tutanlardır. Üçüncü kateqoriya isə dövlət proqramlarına qoşulub gedənlərdir. Elə qardaş Türkiyədə 15 min azərbaycanlı təhsil alır. Avropa, Dağıstan və Rusiyada isə 24 minə yaxın gəncimiz oxuyur”.
Ekspert həmin gənclərin sonrakı aqibətinin heç də ürəkaçan olmadığını qeyd edib:
“Türkiyə və Avroapada neqativ hallar yoxdur. Kommersiya maraqlarına uyğun olaraq digər ölkələrin gənclərini təhsilə cəlb edirlər. Amma onların təhsil müəssisələrini bitirmək faizi çox aşağıdır. Hər il Azərbaycandan gedən gənclərin 100 nəfərindən 70-i kursdan-kursa keçə bilmir. Yaxud da hazırlıq kurslarından keçib, tələbə adını qazanmırlar. Digər tərəfdən onlar Azərbaycana gələndən sonra Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən xüsusi qurum tərəfindən bilik və bacarıqları yoxlanılır. O demək deyil ki, xaricdə təhsil alıblarsa, həmin məzunların diplomları da Azərbaycanda tanınacaq”.
Kamran Əsədov bu cür təhsilin həm beyin, həm də maddi vəsait axını baxımından çox ciddi məsələ olduğunu da bildirib:
“Bu gənclərin xaricə gedişi beyin və maliyyə axını deməkdir. Eyni zamanda həmin tələbələrin Azərbaycana diplomları tanınmır. Ən dəhşətlisi budur ki, onların əksəriyyəti xaricdə terror təşkilatlarına qoşulur, ikinci ölkəyə gedirlər”.
Yenicag.az