Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Azərbaycan adları ruslaşdırılır...

 Son vaxtlar ölkəmizdə milli adların ruslaşdırılması tendensiyası müşahidə olunur

Yenixeber.org: Bəzi valideynlər Azərbaycan adlarını və ya dilimizə doğmalaşmış adları təhrif edərək və ya bəzi hərfləri dəyişərək övladlarına rus adları qoyurlar. Bu zaman Nanə adı Nana-ya, Lalə adı Lala-ya, Samirə adı Samira-ya, Fatimə Fatyaya çevrilir.
Sosioloq Rəşad Əsgərov deyir ki, bu hal valideynin hansı ölkənin təsiri altında olduğunu göstərir.
Statistika göstərir ki, milli adların ruslaşdırılmasına tez-tez rast gəlinir. Məsələn, son 5 ildə Azərbaycanda Mədinə adı 89 nəfərə Madina, Səfurə adı 72 nəfərə Safura, Aliyə adı 63 nəfərə Aliya, Fatimə adı 48 nəfərə Fatima, Səbinə adı 37 nəfərə Sabina, Səidə adı 27 nəfərə Saida, Samirə adı 23 nəfərə Samira, Gülnarə adı 10 nəfərə Gülnara, Xədicə adı 6 nəfərə Xadica kimi qoyulub. Bundan başqa, bəzi adlar da uşaqlara qısaldılmış formada verilib. Belə ki, 15 nəfərə Elya, 5 nəfərə Ema, 1 nəfərə isə Ayka adı qoyulub.
Sosioloqların fikrincə, bu hal sonradan həmin adları daşıyan insanların sosial-psixoloji problemlərlə qarşılaşmalarına gətirib çıxara bilər.
Dilçi alimlər də uşaqlara ad qoyarkən Azərbaycan dilinin qrammatik tələblərinin qorunmasının vacibliyini vurğulayırlar.
Rəyini soruşduğumuz əksər paytaxt sakinləri də milli adların yadlaşdırılaraq uşaqlara verilməsini düzgün hesab etmədiklərini deyiblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam