Yenixeber.org: Bu günlərdə Avropaya səfər edən azərbaycanlı gənc Vəli Vəliyev Avropada yaşayan azərbaycanlıların əməllərindən dəhşətə gəldiyini bildirib. Onun sözlərinə görə, Avropada fəaliyyət göstərən Azərbaycan diasporunun bəzi nümayəndələri formal işlərlə məşğuldurlar:
“Özüm sıravi Azərbaycan vətəndaşıyam. Hər hansı bir vəzifədə çalışmıram. Avropanı səyahət etmək çoxdankı arzularımdan biri idi. Nəhayət, bu arzumu bu il reallaşdıra bildim. Çox şükür Avropaya xoş getdim, amma heç də xoş qayıtmadım. Avropada azərbaycanlı adı ilə yaşayan bir çox ermənipəst insanlarla qarşılaşdım. Və onların şərəfsiz hərəkətləri məni dəhşətə gətirdi. Dövlətimizin simvollarını, rəmzlərini, Azərbaycana aid olan şəkilləri nalayiq yerlərə yapışdırmaqla ermənilərin maraqlarına xidmət edirlər. Bunlar erməni diasporunun maliyyələşdirdiyi təşkilatların sifarişləri əsasında hərkət edən və vətənpərvərlik hissindən uzaq insanlardır. Səfərim Xocalı soyqırımının 26-cı ildönümünə təsadüf etdiyindən, “azərbaycanlı”ların həmin ərəfədə niyə bel şərəfsiz hərəkətlər etdiyini başa düşmədim. Əgər həmin “adamlar”da azacıq da olsa vətən və millət sevgisi olsaydı Xocalı soyqırımı, 20 yanvar faciəsi və erməni işğalı ilə bağlı aksiyalar keçirərdilər. Çünki bu insanlar azərbaycanlı adı ilə Avropada yaşayan əsl vətən xainləridirlər. Tualet və başqa ictimai-iaşə obyektlərdə eşələnən bu şəxslərin kimliyi ilə maraqlandığımda məlum oldu ki, onların arasında LGBT şəbəkəsinə üzv olanlarda var…”.
Vəli Vəliyevin fikrincə, Avropadakı azərbaycanlı iş adamlarının da əksəriyyəti Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması işinə biganə yaşayırlar:
“Vilnüs şəhərində dostlarımızın köməyi ilə Litvanın yerli, həm də yəhudi icmasının fəallarıyla görüşdük. Həmin görüşlərdə onlarda erməni vandalizmi və erməni faşizmi ilə bağlı fikirlər formalaşdırmağa çalışdıq. Daha sonra Litvanın ən köklü və qədim fondlarındn biri ilə “Letovus Aydas” fondunun rəhbərliyi ilə görüşdük. Sağ olsunlar, hər zaman yanımızda olduqlarını dilə gətirdilər. Amma Azərbaycan həqiqətlərinin təbliğ olunması üçün orada yaşayan iş adamlarımız çox da fəallıq etmirlər. Sanki azərbaycanlılardan uzaq gəzməyə çalışırlar. Amma dəstək verənlər də var. Həmin iş adamları ilə görüşlərimiz oldu. Qeyd etmək istəyirəm ki, xüsusilə SOCAR-ın Avropadakı invesitisya lahiyələri fonunda Azərbaycan həqiqətlərinin təbliğ olunması təqdirəlayiqdir. Müşahidələrim göstərdi ki, SOCAR rəhbərliyinin özü də bu prosesdə maraqlıdır. Amma təəssüf ki, Azərbaycanda qazandığı pullarla Avropada özlərinə biznes quran adamlar Azərbaycanın haqq işinə səs vermirlər. Vətənpərvər insanlar harada olmasından asılı olmayaraq, daim Azərbaycanla nəfəs alırlar.
Vilnüsdə olduğum qısa müddətdə Azərbaycan səfirliyinin də tam olaraq bu işdə fəaliyyətsiz qaldığını müşahidə etdim. Təsəvvür edin ki, Azərbaycan səfirliyinin 10–15 metr aralıda dövlət başçısının şəkillərini zibil qutularının üstünə vurmuşdülar…”
Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporunun fəaliyyətindən narazı qaldığını deyən gəncin sözlərinə görə, ermənipərəst təşkilatların Azərbaycana qarşı bəzi üzdəniraq azərbaycanlılardan istifadə etməsi buna bir sübutdur:
“Torpaqlarının 20 faizi işğalda olan Azərbaycan bütün cəbhələrdə effektli mübarizə aparmalıdır. Vətən üçün canından keçmək təkcə Dağlıq Qarabağda və Ermənistanla sərhəddəki cəbhə bölgələrində dayanan əsgərlərimizin deyil, bütün vətənpərvər azərbaycanlıların müqəddəs borcudur. Bu insanlar onu bilsinlər ki, Azərbaycan dövlətinin apardığı uğurlu xarici dəv daxili siyasətini mənim kimi yüz minlərlə gənc dəstəkləyir. Təsəvvür edin ki, Avropanın universitetlərində minlərlə azərbaycanlı tələbə oxuyur. Diaspor təşkilatlarımız demək olar həmin tələbələrlə işləmirlər. Habulki diaspor təşkilatları ölkəmizin maraqlarını müdafiə etmək sahəsində effektli işi universitetlərdən qurmağa başalamalıdır. Bizim diaspor nümayəndələri isə hər il Xocalı və ya 20 Yanvar hadisələrinin ildönümündə formal tədbirlərlə kifayətlənirlər. Fikrimcə, Azərbaycan həqiqətlərinin Avropaya çatdırılması üçün böyük imkanlar var. Düzdür, Avropa ölkələrinin əksəriyyətində xristian təəssübkeşliyi fonunda soydaşlarımıza nisbətdə erməni lobbisinə xüsusi simpatiya var. Amma bu faktdır ki, dayanmadan təbliğ etdikləri yalanları ilə mütəşəkkil erməni diasporu Avropanın ictimai rəyinə təsir edə bilir. Azərbaycan diasporu isə həqiqətlərimizi Avropaya çatdıra bilmir. Bunun da çox bəsit səbəbləri var. Hansı məqsədlə xaricə gedənləri birləşdirməyi bacarmayan adamlar merkantil maraq güdürlər”