Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

İkisi diaspor rəhbəri və məmur oğlu olmaqla 20-yə yaxın azərbaycanlı gənc oğurlandı

İkisi diaspor rəhbəri və məmur oğlu olmaqla 20-yə yaxın azərbaycanlı gənc oğurlandı

 

İkisi diaspor rəhbəri və məmur oğlu olmaqla 20-yə yaxın azərbaycanlı gənc oğurlandı

 

 
Xeberinfo.com:  Ukraynada yaşayan azərbaycanlılar arasında adam oğurluğu halları artıb. Artıq bu, Ukraynada yaşayan azərbaycanlılar arasında ciddi narahatlıq həddinə gəlib çatıb və Azərbaycanın Ukraynadakı səfirliyinin, ölkədəki azərbaycanlılar Konqresinin buna etinasızlıq nümayiş etdirməsinə, hadisənin ört-basdır etməsinə qarşı ciddi narahat həmyerlilərimiz tərəfindən kütləvi narazılıq formasına keçməkdədir. 
Oğurlananların demək olar ki, hamısı gənclərdir və imkanlı şəxslərin, fəal azərbaycanlıların övladlarıdır. Oğurluğun Gürcüstanda və Ermənistandan olan qrup tərəfindən təşkil edildiyi deyilir. 
Ukraynadakı mənbənin Moderator.az-a verdiyi məlumata görə, təxminən 20-ə yaxın azərbaycanlı oğurlanıb ki, bunlardan yalnız biri - Donetsk azərbaycanlıları konqresinin sədri, iş adamı Malik Pirverdiyevin oğlu, eyni vilayətdə azərbaycanlı gənclər birliyinin sədri Cəlal Pirverdiyev 10 aya yaxın girovluqda qaldıqdan sonra bu yaxınlarda 300 min dollar pul müqabilində azad olunub.
Digəri isə Azərbaycanda yüksək post tutan və “MTN-nin Rabitə Nazirliyi” olaylarında həbs olunan rabitə sahəsinin keçmiş yüksək rütbəli məmurunun Kiyevdə təhsil alan oğludur ki, hələ də girovluqdadır. Digərləri isə ölkənin müxtəlif şəhərlərində yaşayan azərbaycanlı iş adamlarının, yaxud Azərbaycandan olan iş adamların övladlarıdır. Oğurlananlar müqabilində müxtəlif və külli miqdarda pul tələb olunur.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov mətbuata açıqlamasında deyib ki, bununla bağlı səfirlikdə görüş keçirəcəklər: 
“Məndə bu haqda dəqiq məlumatlar yoxdur. Buna görə də nəsə deməyim düzgün olmaz. Bir problem də var ki, girovluğa düşən və sonradan azad olunanlar bu barədə məlumat verməkdən çəkinirlər. Girovluqdan çıxan adam heç zaman gəlib demir ki, onu oğurlamışdılar”. 
Hikmət Cavadov məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyində görüşlərinin olacağını da bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam