Asif Mərzili KİVDF-ni məhkəməyə verir-...tənqid etmək nə vaxtdan yasaq olunub???
Baş redaktor: «Artıq üçüncü dəfədir ki, müsabiqəyə ciddi araşdırma ilə tənqidi yazı verirəm, tənqidi yazıların mənə məlum olmayan səbəbdən yer tutmasına imkan vermir…»
Yenixeber.org: Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin mükafatlandırılması mərasimi keçirilib. KİVDF-in icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, 2018-ci ilin ilk müsabiqəsində 67 KİV-dən 169 yazı daxil olub: "Yazılar 12 ekspert tərəfindən oxunub. 90 nəfər qalib seçilib. Ən yüksək bal toplayan jurnalistlərin yazılarına Müşahidə Şurasında baxılıb, qaliblər seçilib. Hər istiqamət üzrə 6 qalib nəzərdə tutulub".
Tədbirdə V.Səfərli müsabiqəyə yazı təqdim etmiş jurnalistlərə iradını da bildirib: "Jurnalistlərin əksəriyyəti yazıları axırıncı günə saxlayırlar. Son gündə təhvil verirlər, ordan-burdan köçürürlər" və sair.
***
«Təzadlar» qəzeti artıq neçə dəfədir ki, müsabiqəyə təqdim edilmiş tənqidi yazılar dərc etsə də, bu yazıların heç biri naməlum səbəblərdən yer tutmur. Həmçinin bu günkü müsabiqədə də belə bir hal baş vermişdir. Həmin yazıların müəllifi, «Təzadlar»ın baş redaktoru Asif Mərzili bu günkü müsabiqənin nəticələri ilə bağlı bəyanatla çıxış edib. Jurnalist sosial şəbəkələrdə yayılan bəyanatında Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun son müsabiqələrində müəllifi olduğu tənqidi və araşdırma yazıların yer tutmamasına təəssüfləndiyini bildirir, adı çap və internet mediada tanınmayan, tərifli və nəzəri yazılar təqdim edənlərin isə müsabiqədə yer tutmasına qarşı etiraz ifadə olunur.
Asif Mərzili bu günkü müsabiqənin nəticələri barədə bunları dedi:
-Söhbət ondan gedir ki, mən dəfələrlə qeyd etmişəm, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi bütün müsabiqələrin istiqamətləri və mövzuları elədir ki, jurnalist yalnız tərif yazmalıdır. Bunu bilmək üçün KİVDF-nin saytına girib həmin müsabiqə şərtlərinə baxmaq lazımdır. Dünya ildən-ilə dəyişir, amma yarandığı tarixdən indiyədək keçən 10 ildən çox müddətdə KİVDF-nin müsabiqə istiqmətləri və mövzuları niyə dəyişmir? Siz cənab Prezidentin müşavirələrdəki çıxışlarını yada salın, hamısında müəyyən sahələr, hətta beynəlxalq təşkilatlar, müxalifət tənqid olunur. Jurnalistlər bilir, KİVDF-nin müsabiqələrində isə mövzular elə qoyulub ki, yalnız və yalnız tərif yazmalısan. Qarşıdan möhtəşəm Novruz bayramı gəlir, KİVDF-nin icraçı direktoru cənab Vüqar Səfərlinin və bütün həmkarlarımın, bu gün müsabiqədə qalib olan həmkarlarımın bayramlarını səmimi qəlbdən təbrik edirəm… Çox hörmətli Vüqar müəllim xatırlayar ki, Prezident İlham Əliyev 2017-nin Milli Mətbuat günündə üzünü jurnalistlərə tutaraq dedi ki, "...siz məmurları tənqid edirsiniz, yenə də tənqid edin!".
İndi çox hörmətli Vüqar müəllimə sual verirəm: necə ola bilər ki, Prezident İlham Əliyev biz jurnalistlərə rastlaşdığımız problemləri tənqid etməyi tapşırır, KİVDF isə tənqidi yazıların yazılmasına praktiki olaraq qadağa qoyur? Məsələn, mən artıq 3-cü dəfədir ki, KİVDF-nin müsabiqəsinə tənqidi yazılar verirəm və heç biri yer tutmur. Birinci dəfə Azərbaycanda alternativ enerjidən istifadənin problemlərindən araşdırma yazı vermişdim, dünya təcrübəsi və Azərbaycan reallığına işıq salmış, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tənqid olunmuşdu. Yazı ən aşağı bal toplamışdı. Niyə? Bilmədim ki, bu agentliyin sədri Akim Bədəlovun Vüqar Səfərlinin həmyerlisi olmasına görə idi, yoxsa məmur olmasına görə… İkinci yazım ADİU-nun rektoru Ədalət Muradovun barəsində idi, rektor ciddi araşdırma aparılaraq əldə olunmuş sənədlərlə tənqid olunurdu. Yenə də eyni mənxzərə: yazı aşağı bal topladı! Bu dəfə isə Azərbaycanın ekoloji vəziyyəti və təbiətimizin mühafizəsi barədə araşdırma yazı hazırladım. Təsəvvür edin, Bakının iki rayonunda-Nəsimi və Nizami rayonlarında icra başçıları- Asif Əsgərovla Arif Quliyevin sərəncamları ilə konkret ünvanlarda 40-50 ilin ağaclarının (yaşıllıqların) kütləvi surətdə məhv edilərək yerində iaşə və ticarət obyektlərinin, göydələnlərin tikilməsini foto və videogörüntülərlə təqdim etmişdim. Yenə də yazım yer tutmadı. Bu dəfə isə şübhələrim tam əsaslı idi: həm Asif Əsgərov, həm də Arif Quliyev ya məmur olduqlarından, ya da çox hörmətli Vüqar Səfərlinin yerliləri olduğundan araşdırma (praktik) yazım müsabiqədə aşağı bal topladı! (Həmin yazının linki: My Webpage http://www.tezadlar.az/manset/33229-bakda-mmurlarn-aacksm-yar.html)
Cənab Vüqar Səfərlinin diqqətinə çatdırıram ki, Yasamal rayonunun sabiq İH başçısı İbrahim Mehdiyev məhz «Ovçular evi»nin arxasında 54 şam ağacının kəsilərək yerində göydələn tikilməsinə razılıq-sərəncam verdiyinə görə cənab Prezident işə qarışdı, günahkarları sərt tənqid etdi, İ.Mehdiyev vəzifəsindən azad olundu, MTK sədri isə cərt formada cəzalandırıldı… Yaxşı, indi Asif Əsgərovla Arif Quliyevi yaşıllığı məhv edən sərəncamlar verdiklərinə görə tənqid etmək doğurdanmı yolverilməzdir??? Odur ki, «Atalar 3-ə kimi deyib!» fəlsəfəsini tutalqa edərək bu dəfə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, çox hörmətli Vüqar Səfərlinin hərəkətindən məhkəməyə müraciət edəcəyəm. Məhkəmədən mənim yazımı qiymətləndirmiş ekspertlərin kimliyinin üzə çıxarılması (məndə olan məlumata görə, onlar mənim araşdırma-tənqidi yazıma yüksək bal veriblər), onların reallıqda verdikləri balla yekun bal arasındakı fərqin səbəbi aydınlaşdırılsın və s. Və müsabiqədə yer tutmuş həmin yazıların məhkəmə qərarı ilə ölkədə tanınan müstəqil ekspertlər tərəfindən yenidən qiymətləndirilməsi təmin olunsun.
Dəfələrlə bəyan etmişəm, mən müsabiqədə yer tutulması ilə verilən maddi vəsaitə iddialı deyiləm, amma araşdırma və praktiki tənqidi yazımın-jurnalist hüququmun adı kimsəyə məlum olmayanların, bu gün Vüqar Səfərlinin etiraf etdiyi kimi, ordan-burdan köçürdükləri yazı müəlliflərinin ayağına verilməsini qəbul edə bilmərəm… Həmçinin nəzərdə tutmuşam ki, yaranmış vəziyyətlə bağlı cənab Prezident İlham Əliyevə, Azərbaycanın 1-ci vitse-Prezidenti Mehriban xanım Əliyevaya, Prezidentin ictimai-siyasi məsələr üzrə köməkçisi, Azərbaycan mətbuatının yaxın dostu cənab Əli Həsənova müraciət edim… Eləcə də nəzərdə tutmuşam ki, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin bütün üzvlərinə müraciət edərək bu məsələyə dair konkret qərar vermələrini xahiş edəcəyəm.
Sonda aşağıda ekologiyamızla bağlı Azərbaycanın sonuncu iki Prezidentinin tarixi mövqeyini təqdim edirəm: 1. Türk dünyasının böyük liderlərindən görkəmli dövlət xadimi Heydər Əliyevin Bakıda yaşıllıqların qorunması ilə bağlı narahatlıq dolu tarixi çıxışı: “Bakıda bir ağacı əkib böyütmək bir il bir övladı böyütməyə bərabərdir. Çünki Bakıda ağac əkmək çətindir. Vaxtilə Bakıda ağaclar yox idi. İyirminci illərdə Bakıya gələn Maksim Qorkinin,Vladimir Mayakovskinin sözlərini yadınıza salın: “Bakıda cəmisi iki-üç dənə ağac gördüm”. Amma biz Bakını yaşıllaşdırdıq. Küçələri, meydanları, o cümlədən, Bakıxanov, Badamdar qəsəbəsini Bakıdan hava limanına gedən yolu yaşıllaşdırdıq. “Xalqlar Dostluğu” parkını, oradakı ağacları nə əziyyətlə saldıq. Biz iməciliklər keçirirdik, hər həftədə o ağaclar iki dəfə suvarılırdı. Bu Bakı üçündür, xalq üçündür, təbiət üçündür, Bakının iqlimi üçündür. Bəs bu ağacları kəsib onları baqqalxanaya keçirənlər bu ölkəyə xəyanət etməyiblərmi? O kəsilən ağacları indi bərpa etmək çətindir. Onlar hesab edin ki, mənim balalarımın başını kəsiblər. Onlar gərək haqq-ədalət məhkəməsi qarşısında cavab versinlər. Orda gəlib baqqal dükanları salanlar, özlərinə xüsusi mülklər salanların hamısını dağıtmaq lazımdır, qovmaq lazımdır, uçurtmaq lazımdır”.
2. Prezident İlham Əliyevin ağac kəsimi ilə bağlı 13 aprel 2014-cü ildə, Nazirlər Kabinetinin iclasındakı çıxışı: “Biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır... Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir”.
İndi çox hörmətli Vüqar Səfərlidən soruşmaq istəyirəm: hər iki prezidentin ürək ağrısı ilə qaldırdığı problemə laqeyd olan, əksinə, bu çağırışların əleyhinə gedən məmurları tənqid etmək nə vaxtdan yasaq olunub???
Təqdim etdi: Azad