Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Mükafatlandırılan jurnalistlərin bir qisminin adı bəlli oldu

 

Azərbaycanda fəaliyyət göstərən jurnalistlərin bir qismi mükafatlandırılıb.
"Xeberinfo.com":   Trend-in məlumatına görə, bu gün Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 22 iyul – Mətbuat günü münasibəti ilə elan etdiyi fərdi jurnalist yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Tədbirdə çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, müsabiqəyə 64 KİV-lərdən 153 yazı daxil olub. Onlardan 111-i qalib elan edilib. Onun sözlərinə görə, müsabiqədə 114 qalib nəzərdə tutulsa da, müəyyən istiqamətlərlə bağlı müsabiqəyə yazı təqdim edilməyib.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli çıxışında qeyd edib ki, bu yazı müsabiqəsində inkişaf göz qabağındadır: “Bunu mən müşahidə edirəm. Ancaq yazılarda jurnalistin fərdi üslubu az müşahidə edilir. Hesab edirəm ki, jurnalistin yazılarda fərdi üslubu da müşahidə edilməlidir. Digər bir problem isə internet resurslarından çox istifadə edilməsidir”.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə tədbirdə bildirib ki, müsabiqəyə təqdim edilən bəzi yazılarda qeyd olunan ekspertlər düzgün seçilmir: “Bəzi yazılarda qüsurlar da olur. Ancaq ötən müsabiqələrə nisbətən araşdırma yazıları çoxdur. Ümumiyyətlə, yazılarda müsbət tendensiya müşahidə edilir”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxışında vurğulayıb ki, müsabiqəyə təqdim olunan məqalələrdə analitik yazı üslublarından çox az istifadə edilir.
Tədbirin sonunda qalib jurnalistlər mükafatlandırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam