Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

KİVDF müsabiqə qaliblərini açıqladı

 

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

Xeberinfo.com:  “Report”un xəbərinə görə, tədbirdə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə yanaşı, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri iştirak edib.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli deyib ki, belə tədbirlər ənənəvi olaraq keçirilir, bunun özü də mətbuata dəstəkdir: “Fond bir çox layihələr həyata keçirir, çap mediasına birdəfəlik yardım verir, müsabiqələr təşkil edir. 2015-ci ildə 11 belə müsabiqə keçirilib. Bundan sonra da müsabiqələr davam etdiriləcək. Hər bir jurnalist müsabiqələrdə fəal olmalıdır”.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, artıq neçənci dəfədir ki, belə tədbirlər keçirilir: “Bu müsabiqələrdə yüzlərlə jurnalist iştirak edir, qalib olur”.

Ə.Həsənov Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Müsabiqənin şərtlərinə uyğun olaraq 15 istiqamətin hər biri üzrə 6 yazı müəllifi qalib elan edilib, ümumilikdə 90 nəfər jurnalistin mükafatlandırılıb. Müsabiqənin şərtlərinə əsasən, hər istiqamət üzrə I yerin qaliblərinə 500 manat, II yerin qaliblərinə 400 manat, III yerin qaliblərinə 300 manat mükafat verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam