Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Ağdam səhiyyəsində maliyyə əməliyyatları:10 manatlıq nizamnamə kapitalı ilə?!

Ağdam səhiyyəsində maliyyə əməliyyatları:

 

                           “Seyid Azər”ə “yaşıl işıq yandırılmasının” səbəb və səbəbkarları...

Yenixeber.org: Ağdam rayon səhiyyəsinə dövlət büdcəsindən ayrılan vəsaitin qaranlıq taleyi ilə bağlı indiyədək də mediada yazılıb. İndi isə yenixeber.org-a bu istiqamətdə yeni məlumatlar daxil olub.

Məlumata görə, Ağdam Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, rayon Səhiyyə Şöbəsinin müdiri Bəxtiyar Haqverdiyev “Azər İnşaat 2012” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru Azər Həsən oğlu Mirzəyevlə “centlimen sazişi” bağlayaraq müəyyən maliyyə əməliyyatları həyata keçirir. Belə əməliyyatlardan birində Azər Mirzəyevin rəhbərlik etdiyi “Azər İnşaat 2012” MMC-i Ağdam Rayon Mərkəzi Xəstəxanasına 18 min manatlıq dəftərxana ləvazimatları satıb. Digər bir əməliyyata görə, 20 500 manatlıq yumşaq inventarlar, 33 600 manatlıq isə bərk inventar satıb. Ancaq bu da son deyil. Belə ki, Azər Mirzəyevin rəhbərlik etdiyi “Azər İnşaat 2012” MMC-i Ağdam Rayon Mərkəzi Xəstəxanasına 14 500 manatlıq maşın və avadanlıqlar, təxminən 6 min manatlıq ehtiyat hissələri satıb. 16 min manatdan artıq büdcə vəsaitinin sərf edildiyi “Sair xərclər maddəsi üzrə tədbirlərin təşkili işlərinin satın alınması”nın isə nədən ibarət olması belə görünür ki, Bəxtiyar Haqverdiyevlə Azər Mirzəyevdən başqa heç kimə məlum deyil(?) Olsun, ilk baxışdan qeyri-adi bir nəsnə yoxdur. İstənilən iş adamı qanunauyğun olaraq istənilən maliyyə, alqı-satqı əməliyyatları apara bilər. Amma,...

Ağdam rayon ictimaiyyəti arasında “Seyid Azər” kimi tanınan Azər Mirzəyevin təsisçisi və direktoru olduğu “Azər İnşaat 2012” MMC-i 2012-ci ilin ilk ayında yaradılıb. Ağdam rayon, Quzanlı qəsəbəsində qeydiyyatda olan “Azər İnşaat 2012” MMC-nin Nizamnamə kapitalı cəmi 10 manatdır. Rayondakı mənbəmiz Rayon Mərkəzi Xəstəxanası ilə bir neçə maliyyə əməliyyatı aparan bu şirkətin heç bir maddi-texniki bazasının, hətta ofisinin belə olmadığını iddia edir. Məlumata görə, bu əməliyyatların Azər Mirzəyevin təsisçisi və direktoru olduğu “Azər İnşaat 2012” MMC-i ilə aparılmasının yeganə səbəbi isə “Seyid Azər”in rayonun rəhbər şəxsləri ilə yaxın qohumluq əlaqəsi olması ilə bağlıdır... Bu və digər məlumatları araşdırmaqla mövzunu davam etdirəcəyik.

Ağdam Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Bəxtiyar Haqverdiyev bu yazdığımız və hələ yazmağı uyğun bilmədiyimiz məlumatlarla bağlı danışmaq istəmədi: “sizə nə məlumat veriblər verin getsin, heç bir mövqe bildirmirəm”(?)

“Azər İnşaat 2012” MMC-nin direktoru Azər Mirzəyevin mövqeyini öyrənmək istiqamətindəki çabalarımız isə hələ ki, baş tutmur.

İnformasiya şöbəsi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam