Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Xaricdə təhsil alan azərbaycanlı tələbələr dalana dirəniblər -PROBLEM

 

Mərkəzi Bankın (MB) İdarə Heyətinin 28 noyabr 2016-cı il tarixli qərarı ilə “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları” yeni redaksiyada qəbul edilib.

Ötən il dekabrın 8-dən qüvvəyə minən qaydalarda cari valyuta əməliyyatlarında, o cümlədən təhsil və müalicə haqlarının köçürülməsi ilə bağlı valyuta ödənişlərində sərbəstlik saxlanılmaqla bəzi köçürmələrdə müəyyən limitlərin tətbiqi (hesab açmadan və şəxsi məqsədlər üçün aparılan köçürmələrdə rezident və qeyri-rezident fiziki şəxsin bir əməliyyat günü ərzində 1000 (bir min) ABŞ dolları ekvivalentinədək, ay ərzində isə cəmi 10000 (on min) ABŞ dolları ekvivalentinədək maksimum məbləği, yaxın qohumlara köçürülən vəsaitin ay ərzində cəmi 10000 (on min) ABŞ dolları ekvivalentinədək  nəzərdə tutulur. Bununla bərabər, rezidentlərin xarici banklardakı hesablarına pul köçürmələrinin aparılmasında mövcud sərbəstlik aradan qaldırılıb.

Məsələ burasındadır ki, yeni qaydalarda təhsil haqları üçün sərbəstlik saxlanılsa da, ölkə daxilində dollar tapılmır. Baş verən devalvasiyalar və “üzən məzənnə” sisteminin tətbiqi fonunda milli valyutanın dəyərdən düşməsi davam etdikcə, bazarda tələb təklifi üstələyir. Vətəndaş əlində olan 100 manatı dollara dəyişmək üçün bankları gəzsə də, istəyinə nail ola bilmir.

 Övladı xaricdə təhsil alan valideynlərin vəziyyəti daha da pisdir. Çünki xaricdə təhsil alan tələbələrin gündəlik xərclərini və təhsil haqlarını ödəməsi üçün ciddi problemlər yaranıb.

Təhsil üzrə ekspert Əjdər Ağayev Modern.az-a deyib ki, istənilən halda həmin tələbələrə güzəşt edilməlidir:

Keçən ildən dövlət dəstəyilə xaricə tələbə göndərilməsi dayandırılıb. Amma indiyədək göndərilən, öz hesablarına oxuyan tələbələrin olduğunu nəzərə almalıyıq. Onlarla bağlı problemlər var. Sadəcə olaraq həmin tələbələrə kömək üçün hansısa imkanlı adamların, şirkətlərin vəsaitlərindən istifadə edilməlidir ki, onlar təhsillərini başa çatdıra bilsinlər”.

Məsələ ilə bağlı iqtisadçı Qubad İbadoğlu Modern.az-a problemdən dolayı narahatlığını ifadə edib:

 

“Azərbaycan vətəndaşı dünya iqtisadiyyatına, dünya təhsilinə, dünya səhiyyəsinə inteqrasiya olunub. Yalnız təhsil, müalicə üçün deyil, başqa məqsədlər üçün də ölkədən kənara valyuta aparmağa məcburdular. Vətəndaşı valyuta ilə təmin edən yeganə mənbə banklardır. Valyutanın əldə edilməsində yaranmış problem bu istiqamətdə öhdəliklərin yerinə yetirilməsində, icra olunmasında çətinliklər yaradır”.

İqtisadçı dollar qıtlığının səbəblərinə belə aydınlıq gətirib:

“Mən düşünürəm ki, bunun əsas səbəblərindən biri kommersiya banklarının öz ehtiyaclarına uyğun valyuta ala bilməməsidir. Onların sifarişləri ödənilmir. İkinci səbəb ondan ibarətdir ki, bankların məhdud şəkildə aldığı valyuta açıq bazarda satışa yönəlmir. Çünki onların cari ehtiyacları, xərcləri var. Əldə olan valyutanı isə ən zəruri öhdəliklərin yerinə yetirilməsinə sərf edirlər. Bir qismi də “qara bazar” vasitəsilə realizə olunur. Bu problemin həlli Azərbaycanın müvafiq orqanlarından asılıdır. Birmənalı şəkildə valyuta bazarı liberallaşdırılmalıdır. Məzənnə gerçək olmalıdır ki, dollar satmaqda maraqlı olan qüvvələr burada iştirak etsinlər. Bu gün heç kəsin valyuta bazarına dollar çıxarıb satmağa marağı yoxdur. Çünki marağın təmin olunması üçün gerçək məzənnə yoxdur. İnsanlar, şirkətlər gözləmə mövqeyində çıxış edərək hesablarında olan dollarları saxlayırlar ki, bu da problemin daha da dərinləşməsinə gətirib çıxarır”.

Q.İbadoğlu deyib ki, xüsusilə xaricdə təhsil alan tələbələrin problemlərinin aradan qaldırılması üçün yeganə çıxış yolu liberallaşmadadır:

 

“Həm valyuta alqı-satqısı, həm də ölkədən çıxarılan valyuta liberallaşmalıdır. Onsuz da bu gün ölkədən kifayət qədər böyük həcmdə valyuta çıxarılıb. Yəni məhdudiyyətlər olsa da, bəziləri üçün bu, problem deyil. Bizdə olan məlumatlara görə, bəzi banklar ölkədən 100 milyondan çox dollar çıxarıb. Bu gün məhdudiyyətlərdən əziyyət çəkənlər əsasən valideynlər, azad sahibkarlar, iş adamlarıdır. Ona görə də mənim yanaşmam ondan ibarətdir ki, məhdudiyyət olmamalıdır və manatın gerçək məzənnəsi müəyyənləşməlidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam