Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Dollarla valyuta əməliyyatlarının həcmi azalıb:33,5%

 

dollar_241116

2017-ci ilin I rübü ərzində valyuta bazarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli azalıb.

Yenixeber.org:  Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2017-ci ilin yanvar-mart ayları üzrə Pul siyasəti icmalında öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, hesabat dövründə ötən ilin I rübü ilə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 33,5% azalıb, avro ilə əməliyyatların həcmi isə 5,7% artıb.

Rüb ərzində valyuta bazarında əməliyyatların 82,2%-i ABŞ dollarında, 17,8 %-i digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 28,1% hissəsi banklararası valyuta bazarında (BVB), 71,9%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb. ABŞ dolları ilə BVB-də aparılmış əməliyyatların 51,7%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. BDVB-də isə valyuta əməliyyatlarının 95%-i hüquqi şəxslərə valyuta satışı təşkil edib.

Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib. Banklar tərəfindən ötən ilin I rübü ilə (147 mln.$) müqayisədə nağd valyutanın xalis satışı (cari ilin I rübündə 77 mln. $) 2 dəfə azalıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam