Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Neft Fondu 9 ayda 4 milyard dollar satıb

Cari ilin 9 ayında Azərbaycan Respublikası Dövlət Neft Fondunun xarici valyuta satışları 4 mlrd. ABŞ dolları təşkil edib.

 

Xeberinfo.com:  Mərkəzi Bankın 2016-cı ilin yanvar-sentyabr ayları üzrə Pul Siyasəti icmalında qeyd olunub ki, valyuta hərracları həftədə bir neçə dəfə keçirilib, hər bir hərracın parametrləri haqqında məlumatlar hərrac başlamazdan əvvəl Bloomberg terminalı vasitəsilə bazar iştirakçılarına elan edilib və carı lin yanvar-sentyabr aylarında Mərkəzi Bankda, ümumilikdə, 88 valyuta hərracı keçirilib.

Qeyd olununb ki, sentyabr ayının sonunda Mərkəzi Bank valyuta hərracının keçirilməsinin yeni, ikitərəfli hərrac mexanizmini bank ictimaiyyətinə təqdim edib. Yeni hərrac mexanizmi bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanı verir. Bu hərraclarda alıcılar və satıcılar hərracın təşkilatçısı tərəfindən elan olunan məzənnə ilə öz valyuta sifarişlərini yerləşdirmək imkanı əldə edirlər. Hesabat dövründə Mərkəzi Bankda valyuta hərraclarının keçirilmədiyi günlərdə də banklararası valyuta bazarı normal fəaliyyət göstərib. Dövr ərzində banklararası valyuta bazarında hərracdan kənar alqı-satqı əməliyyatlarının həcmi artmağa meylli olub.

Bildirilib ki, 01 oktyabr 2016-cı il tarixinə Mərkəzi Bankın xarici valyuta ehtiyatları 4,1 mlrd. dollar təşkil edib. Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi kifayətlilik üzrə beynəlxalq təcrübədə qəbul edilmiş normaları (3 aylıq mal və xidmət idxalını örtmək, milli valyuta ilə pul təklifinə nisbət və s) üstələyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam