Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Münaqişənin həlli istiqamətində canlanma hiss olunur"

 

Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun qaytarılması bir çox amillərdən asılıdır. Bu qaytarılmanın ardınca gedən proseslərdə ərazi bütövlüyümüz birmənalı təmin olunmalıdır.


"Xeberinfo.com":   Məlumata görə, bu barədə Axar.az-a regionda baş verən son prosesləri və ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağ ətrafındakı işğal altında olan 7 rayonun qaytarılması barədə dediklərini qiymətləndirərkən politoloq Fikrət Sadıqov deyib. O, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aktivliyin müşahidə olunduğunu bildirib: 


“Son dövrlərdə regionda həqiqətən çox mürəkkəb proseslər gedir. Qərb artıq maraqlarını açıq şəkildə büruzə verir. Avropa Birliyi və ABŞ çox istəyir ki, regionda stabillik yaransın. Çünki regiondan neft-qaz kəmərləri keçir və enerji təhlükəsizliyi qorunmalıdır. Lakin Qərb Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən standartlar çərçivəsindən çıxış edir. Onlar bizi masa arxasına əyləşdirib, ermənilərlə barışdırmaq istəyir. Yəni torpaqların azad olunması və ya olunmaması onların marağında deyil. Lakin Azərbaycan bu məsələdə iradəsini ortaya qoyub. Biz münaqişənin həlli zamanı ümummilli maraqlarımıza zidd hərəkət etmirik. Azərbaycanın birmənalı şəkildə mövqeyi ölkəmizin ərazi bütövlüyüdür. Əlbəttə, Qərblə münasibətlərimizi yaxşı tutmaq fikrindəyik və bundan heç vaxt əl çəkməyəcəyik. Lakin bir şərtlə ki, Qərb əgər regionda stabilliyin qorunmasında maraqlıdırsa, onda Azərbaycanın ərazi bütövlüyü şərtdir. Bu, diplomatiyamızın hazırda əsas istiqamətlərindən biridir”. 


Politoloq Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun ilin sonuna qədər qaytarılacağı barədə fikirlərə də münasibət bildirib: 


“Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun qaytarılması bir çox amillərdən asılıdır. Bu qaytarılmanın ardınca gedən proseslərdə ərazi bütövlüyümüz birmənalı təmin olunmalıdır - əsas mövqe budur. Ona görə də hazırda beynəlxalq strukturların, aparıcı dövlətlərin rolu və mövqeyi, onların Ermənistana təzyiqi, Ermənistan-Rusiya münasibətləri münaqişənin həllində əsas rol oynayır. Bu məsələdə Rusiyanın mövqeyindən çox şey asılıdır. Çünki Ermənistanın arxasında Rusiya dayanıb və bunu gizlətmir. Hazırda münaqişənin həlli istiqamətində canlanma hiss olunur və diplomatik addımlar atılır, amma inanmıram ki, 20 ildən artıq bir müddətdə həll olunmayan münaqişə bu qədər sürətlə, bu ilin sonuna kimi həll olunsun”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam