Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

30 il əvvəl bizi ermənilər cəlai-vətən etmişdilər, indi isə XİN didərgin salır –Diplomatdan Ceyhun Bayramova şok etiraz

Quş dili bilən Süleyman olmaq azdır, XİN-də gərək Ceyhun Bayramovun da dilini biləsən

Yenixeber.org: Məlum olduğu kimi, 2020-ci ilin 16 iyul tarixinə qədər Azərbaycan XİN-nə “mürgülü nazir” adıyla məşhuri-cahan olan Elmar Məmmədyarov rəhbərlik edirdi. Hətta Prezidentin çıxış etdiyi beynəlxalq təbdirlərdə belə yuxusuna haram qatmayıb mürgüləyən Elmar Məmmədyarovun bu xasiyyəti öz başında çatladı. Xüsusilə 12 iyul 2020-ci il tarixində ermənilərin Tovuz rayonuna hücumları zamanı keçmiş nazir yuxuya elə qərq olmuşdu ki, Prezidentin belə telefon zənglərinə cavab verməmişdi. 

 

Üstəlik, Elmar Məmmədyarov təcəvüzkar ermənilərlə qurduğu dialoqlarda özünü xeyli ürkək aparır, bəzən günün aktual məsələlərini bir kənara atıb özünə aid olmayan mövzularla üzəngi parıldadırdı. Tovuz hücumları zamanı da məhz belə olmuş, erməni həmkarı ilə söhbətində təcavüz aktından çox, koronavirusun dünyaya yayılması perspektini müzakirəyə çıxarmışdı.

Elmar Məmmədyarovun bu əhli-keyfliyi və yumşaq xasiyyəti Prezident İlham Əliyevi bərk qəzəbləndirmiş, iyulun 16-da imzaladığı Sərəncamla onu istefaya göndərmişdi. Yerinə təyin etdiyi indiki nazir Ceyhun Bayramovdan isə “hücum diplomatiyası” yürütməyi istəmişdi.

Prezidentin bu çıxışından sonra XİN strukturlarında ciddi kadr dəyişikliyi baş vermişdi. Demək olar ki, əksər səfirlər və diplomatlar Bakıya çağırılmış, içərilərindən yeni diplomatik təlimatlara uyğun olanlar saf-çürük edilərək boş qalmış vəzifələrə götürülmüşdülər.

 

 “Savaş diplomatiyasına keçid”lə əlaqədar olaraq xaricdə yaşayan gənc kadrlar da XİN strukturlarında fəaliyyət göstərmək üçün ölkəmizə gəlmişdilər. Onlardan bəziləri nadir dil biliklərinə malik insanlar idi. Bir çoxları hətta qatıldıqları imtahanları qazanmış və ehtiyat diplomat kimi namizəd kadrlar siyahısına salınmışdılar. Üstündən 3 ildən çox keçməsinə baxmayaraq hələ də bu namizədlər nə zamansa növbənin onlara çatacağı günü gözləyirlər. 

 Paşayev Qəzənfər Malik oğlu da belələrindəndir. Onun bildirdiyinə görə, nadir dil biliklərinə və beynəlxalq hüquq sahəsində təcrübələrinə baxmayaraq, XİN-in şans günəşi ilyarımdır ki, onun üzünə gülümsəmir. Səbəbi isə “barəsində diplomatik vəzifəyə təyinata mane olan halların müəyyən edilməsi” kimi mücərrəd arqumentlərlə əlaqələndirilir. Amma konkret hansı hallardan söhbət gedir, o da bilinmir.

 

Şikayətçinin bildirdiyinə inansaq, bu mücərrəd arqumentlə vəzifəyə təyin edilməyən təkcə o da deyil. XİN onun kimi daha 6 diplomata eyni cavabı verib. Hamısının da ortaq bir özəlliyi var: nadir dil bilgilərinə malik olmaları. Görünür, Ceyhun Bayramov həzrətlərinin nadir dil bilgisinə ehtiyacı yoxdur. Yetər ki, onunla onun bildiyi dildə danışasan. Ehtiyatda saxlanılan bütün diplomatlar isə quş dili bilən Süleyman olsalar da, Ceyhun Bayramovla ortaq dil tapmaqda çətinlik çəkirlər.

Ehtiyatda saxlanılan diplomatın redaksiyamıza göndərdiyi məktubu olduğu kimi dərc edirik.

Hörmətli Redaksiya!

Yeni nazirin “təcrübəli” diplomatları - Xarici siyasətimizi kimlər idarə edəcəklər? Bu məqalənizin nə dərəcədə həqiqəti əks etdirməsini mənə və digər vətəndaşlara qarşı edilmiş haqsızlıqlarla əsaslandıracağam.

Mən Paşayev Qəzənfər Malik oğlu ixtisasca hüquqşünasam. Müxtəlif ölkələrdə ölkəmizə qarşı ikili standartların olmasının şahidi olduğumdan həmin ölkələrdə qazandığım təcrübələri, dil biliklərini, beynəlxalq hüquq sahəsindəki biliklərimi tətbiq edərək ölkəmizi diplomatiya sahəsində təmsil etmək qərarına gəlmişdim.

Bu məqsədlə, 23 yanvar-2 iyun 2022-ci il tarixlərində Xarici İşlər Nazirliyi tərəfindən keçirilən diplomatik xidmət orqanlarına qəbul imtahanlarının test, yazılı, müsahibə mərhələlərində iştirak etmiş, bütün mərhələləri uğurla keçmiş və işə qəbul olunduğum barədə yazılı və şifahi şəkildə məlumatlandırılmışam.

 



Şəkillərdə: Diplomatların Ombudsmana müraciəti (Müraciət ayrıca dərc olunacaq)

Müsabiqənin qaydalarına uyğun olaraq, nadir dil biliklərinə malik, xaricdə təhsil almış, müxtəlif ölkələrdə (İtaliya, Yunanıstan,Türkiyə) iş təcrübəsi olan namizəd kimi ehtiyat kadrlar siyahısından ən tez çağırılmalı namizədlərdən olmalı olduğum halda, (müsabiqənin qaydalarına əsasən) 1 il 6 ay ehtiyat kadrlar siyahısında saxlanıldıqdan sonra mənə bildirildi ki, barəmdə diplomatik vəzifəyə təyin edilməyə mane olan hallar müəyyən olunmuşdur. Həmin halların nədə ifadə olunduğu barədə dəfələrlə müraciət etsəm də, cavab verilmir və ya XİN tərəfindən bildirilir ki, nazirliyin bu barədə cavab vermək öhdəliyi yoxdur. Eyni cavab digər 6 namizədə də verilmişdir ki, bütün namizədlərin ortaq cəhətləri nadir dil biliklərinə malik, xaricdə təhsil almış vətənpərvər gənc olmalarıdır. Digər ölkələrin və beynəlxalq təşkilatların ölkəmizə qarşı ikili standartlar sərgiləməsinin səbəbi bu kontekstdə mənim üçün aydın oldu. Çünki, Azərbaycan barədə mənfi rəy formalaşdıracaq, milli kimliyimizi təmsil etmək iqtidarında olmayan namizədlərə üstünlük verilməsi ölkəmizə qarşı ikili standartların sərgilənməsində böyük rol oynayır.

Məsələ ilə əlaqədar bütün müvafiq qurumlara müraciət etsəm də, bu günə qədər cavab əldə etmək mümkün olmayıb.  İnformasiya əldə etmək hüququnun pozulması ilə əlaqədar Ombudsmana müraciətimdən sonra Nazirlik Ombudsmana cavabında da yenə diplomatik vəzifəyə təyin olunmağıma mane olan hallar aşkarladıqlarını bildirmiş, lakin yenə də həmin halların nədə ehtiva olunduğunu izah etməkdən boyun qaçırmışdır. 

Qeyd edim ki, 1 ay yarım öncəyə qədər xarici ölkədə fəaliyyət göstərirdim, sırf bu məsələni həll etmək üçün hal-hazırda ölkədəyəm. Hüquqşünas olaraq bu məsələdə öz hüquqlarımı müdafiə etmək iqtidarında olmadığımdan artıq yenidən ölkəni tərk edərək başqa ölkələrdə fəaliyyətimi davam etdirməkdən başqa yol qalmadığını anlayıram. Təəssüflər olsun ki, 90-cı illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Qarabağı tərk etmək məcburiyyətində qalmışdıq, hal-hazırda isə Nazirliyin qanunsuz əməlləri nəticəsində ölkəmizə xidmət etmək, onu layiqincə təmsil etmək hüququndan məhrum olunaraq ölkəni tərk etməli oluram. 

 

Şəkildə: XİN-in Ombudsmana cavabı

Düşünürəm ki, bu məsələ ictimailəşməlidir. Mən öz sahəmdə müxtəlif ölkələrdə fəaliyyət göstərə bilərəm, ancaq bəzi namizədlər var ki, ixtisasları sırf beynəlxalq münasibətlərdir, diplomat kimi ölkəmizi təmsil etməyə böyük həvəsləri var, ancaq qeyd olunan qanunazidd hərəkətlər nəticəsində müvafiq sahədə fəaliyyət göstərmək iqtidarında deyillər.

Qoşma:

1)XİN tərəfindən Ombudsmana göndərilən cavab;

2) İnformasiya sorğusunun icrasından imtina ilə bağlı Ombudsmana müraciətim.(ovqat.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam