Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Gəncə Dövlət Universitetinin prorektoru Şahin Nadir oğlu Xurşudovun min bir gecə senarisi... -VİDEO

Gəncə Dövlət Universitetinin prorektoru Şahin Nadir oğlu Xurşudovun min bir gecə senarisi...

Yenixeber.org: 2014- cü ildə Yusif Yusibov Əmiralı oğlu, Gəncə Dövlət Universitetinin rektorutəin olandan bu günə kimi, Gəncə Dövlət Universitetində ki, korrubsiya və rüşvət hallarından, universitetdə baş verən özbaşınalıqdan, dərəbəylikdən bəhs edən minlərlə şikayətlər, faktlar dərc edilib, içtimayətə təqdim edilib. Əfsuslar olsun ki, bu günə gədər heç bir tədbir görülməyib.
Əksinə Gəncə Dövlət Universitetində korrubsiya və rüşvət hallarının inkişafına nail olunub.
Elə bil Azərbaycan mətbuatında dərc edilən faktlara əhəmiyyət verilmədən, Gəncə Dövlət Universiteti bir şəxsi biznes obyekti kimi istifadə olunur.
Şok faktlardan biridə Gəncə Dövlət Universitetinin qara kassası kimi mətbuatda illərlə təqdim edilən, Şahin Nadir oğlu Xurşudov ən azı işdən azad etmək əvəzinə, Gəncə Dövlət Universitetinin prorektoru təin edilir. Bu müəsisədə rüşvət və korubsiyanın daha çox inkişaf etməsinə zəmin yaradır.
Bütün dünya üzrə ən çox şikayət olunan universitetlər haqqında sorğu keçirilsə şübhəsiz ki, Gəncə Dövlət Universiteti bu sıralamada 1-ci olacaq. Təkcə Google axtarış sistemində “Şahin Xurşudov”, “Asif Vasif qardaşları”, “GDU-da Sorusun uşaqları” və bu kimi ifadələr yazıb axtarışa versək, orada olan neqativ məlumatları sıraya düzüb qurtarmağa həftələrlə vaxt tələb olunacaq. Amma bunlar Universitet haqqında olanların yalnız bir qismidir.
Gəncə Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə fakültəsi”nin bir qrup professor-müəllim heyəti 29 - iyul 2022 - ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Elm və Təhsil Naziri Emin Əmrullayevə, Gəncə Şəhər Prokuroru Azad Qarayevə, Gəncə Şəhəri İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova məktüb və mətbuat vasitəsi ilə şikayətlərini faktla göstərsələrdə bu günə kimi heç bir reaksiya verilməyib.
Universitetin idarəçilik sistemi elə bir hala düşüb ki, tədris müəssisəsi barıt çəlləyini xatırladır. Artıq universitetdə təhqir, hədyan, hədə - qorxu, dava - dalaş adi gündəlik bir hala çevrillib. Hər bir anda bu universitetdə partlayışın baş verəcəyi gözləniləndir.
Tədris işləri üzrə mərhum prorektor Fəxrəddin Məmmədovun dünyasını dəyişməsi ilə sanki rektor Yusif Yusibovun və onun “pulkəsən maşını” Şahin Xurşudovun qol-qanadı açıldı. Çoxdan bəri qurulan planları gerçəkləmək üçün rektor çox böyük canfəşanlıqla Şahin Xurşudovu prorektor kürsüsünə əyləşdirdi. Şahin Xurşudov, Texnologiya Universitetində ictimai iaşənin təşkili ixtisasını bitirmiş, atkeçməz yollarla iqtisadiyyat üzrə (..!) fəlsəfə doktoru olub. Yusif Yusibovun “işlərinə” yarımaqla etimadını qazanıb, GDU-da İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı olub.
Bu arada həm 2014 - cü ildən Gəncə Dövlət Universitetində rektor Yusif Yusibovun, həm də Şahin Xurşudovun macaraları haqqında internetdə yetərincə məlumatlar var.
İndi Şahin Xurşudov tədris məsələləri üzrə prorektor olmasına baxmayaraq əslində bütün prorektorların: elmi işlər, humanitar məsələlər, təsərrüfat işləri üzrə prorektorların, həmkarlar təşkilatının, kadrlar şöbəsinin, ümumi şöbənin, mühasibatlığın da səlahiyyətlərini mənimsəyərək “VAHID PƏNCƏRƏ” üzrə prorektor rolunu oynayır.
İqtisadiyyat fakültəsinin dekanı olarkən 200- nəfər tələbəni aylığa buraxdığına görə, hətta pandemiya dövründə dərslər distant olaraq keçirildiyi zaman fakültənin 1000 - nəfər tələbəsini bir-bir evdən çağıraraq onlardan bal pulu, imtahan pulu yığdığına görə Yusif Yusibov onu prorektorluğa təqdim etdi ki, öz qabaqcıl təcrübəsini bütün universitetə tətbiq eləsin.
Lakin Təhsil Nazirliyinin daxili nəzarət şöbəsi onun keçmişdəki biabırçı hərəkətləri və indiki əməllərindən xəbər tutduqda bu təqdimatı geri çevirib. Gəl ki, necə oldusa Təhsil Naziri Gəncəyə gələrək GDU-da vətəndaşların qəbulunu keçiridikdən sonra, orada nə söhbət baş tutdusa Bakıya qayıdan kimi onun əmrini verərək prorektor təyin elədi.
O hərbi xidmətə yararsız olduğu üçün orduda xidmət etməyib, 1-ci Qarabağ müharibəsində iştirak etməyib. Əslində bu əlillik deməkdir.
Onda sual olunur ki, əlilliyi olan adam universitet prorektorluğu kimi, ağır bir işi necə çiynində çəkə bilər?
Heç 44 - günlük Vətən müharibəsi dövründə də onun əsgərlərin yanına getdiyini görən olmadı. Bu adam gənclərimiziə vətənpərvərlik nümunəsi ola biləcək?
Müasir texniki təlim vasitələrinə dair bilikləri sıfır səviyyəsində olan, informasiya texnologiyalarından başı çıxmayan, kompyuterlə davranışı yandırıb söndürməkdən və internetə girib şəkillərə baxmaqdan ibarət olan, bir dənə də olsa xarici dil bilməyən, bir adam 7 - min tələbəsi olan universitetin tədrisinə rəhbərlik edir. Hələ bir danışanda da başqalarına irad tutur ki, geridə qalmısız, zamanla ayaqlaşmaq lazımdır.
Gəncə Dövlət Universitetinin prorektoru Şahin Nadir oğlu Xurşudovun vətənə, xalqa, dövlətə və dövlət rəhbərliyinə sədaqəti olmasına heç inanmıram.
44 - gün ərzində torpaqlarımızı azad edən şəhidlərimizə və qazilərimizə bu günə qədər diqqət göstərməyib. Bir şəhid ailəsini belə ziarət eləməyib. Heç bir şəhid ailəsinə və ya qaziyə heç bir yüngül köməyi belə olmayıb. Mətbuat işçilərindən yalnız qadınları qəbul edib bir - ikimanatla yola salır.
Unuversitetdə vəzifə vəd olunaraq pulu alınmış adamlar Şahin müəllimin otağının qarşısında sıraya düzülən zaman koridorda böyük bir tıxac yaranar. Hər gün onlara nə isə vəd olunaraq vaxt uzadılır, lakin nə alınan pullar geri qaytarılır, nə də onlara vəd olunan işlər təmin edilir.
Aydın məsələdir ki, aldığı pulu qaytarmaq Şahin müəllimin oyun qaydalarına ziddir. Ən yaxşı halda yeni - yeni qurbanlar tapıb onlardan alınan pulu köhnələrə qaytarırlar ki, səs küy yaranmasın. O da ki, hamıya yox, kim səs sala bilirsə ona. Bir sözlə, universitetdə böyük bir maliyyə piramidası da mövcuddur.
Şahin Xurşudovun məsləhəti ilə rektor bütün əməkdaşlarla təması kəsib. Əslində isə bu plan Xurşudovun növbəti kələyidir. O istəyir ki, rektor bütün məlumatları yalnız ondan eşitsin və onun planları ilə hərəkət etsin. Onun özünün əməlləri haqqında isə heç bir kəs rektora məlumat verməsin. Ancaq bu geniş miqyaslı planın yalnız birinci mərhələsidir. Çünki, Xurşudovun fikrincə çox da uzaq olmayan gələcəkdə bu kürsü rektor kürsüsü ilə əvəzlənəcək. bu səbəbdən də o indidən özünə prorektor, köməkçi, katibə, sürücü axtarir.
Hələliksə çütlük "BURADA MƏNƏM, BAKIDA HAVADARLARIM" deyib təhsilin, təhsil alanların və təhsil verənlərin anasını ağladır. Bu adamların amalı ancaq ondan ibarətdir ki, hər gün bunların cibinə iri məbləğdə pul girməlidir. Hər axşam “şirinlik” gətirənlər qapıda növbəyə düzülməlidir. Belə olmayanda qanqaraçılıq düşür və növbəti gün bir qrup cəza dəstəsi qoltuğunda dəftər bir - bir tədris binalarına tökülüb başlayırlar nöqsanlar axtarmağa ki, günah keçiləri tapsınlar, onları işdən çıxarmaqla, maaşlarını kəsməklə, pensiyaya göndərməklə hədələsinlər. Bir sözlə, özlərini dövlət universitetinin sahibi sayan həmin cənablar qulluq mövqelərindən istifadə edərək bu işin öhdəsindən məharətlə gəlirlər. İşçi qəbulu, doktoranturaya qəbul, vəzifəyə təyin etmə, təkrar ali təhsilə qəbul, müəllim, baş müəllim, dosent, professor yerinə seçilmək üçün müsabiqəyə buraxılma və sair. Bunlar cütlüyün gündəlik cib xərcliyidir. Daha iri məbləğlər isə büdcəni darmadağın etməklə əldə olunur. Tenderlərdən, kotirovka sorğularından, irili xırdalı təmir işlərindən əldə olunan gəlir il ərzində milyonu ötür.
Respublika Prezidenti dəfələrlə qeyd edib ki, müəssisələrdə xidməti maşınların sayı azaldılsın. GDU-da rektorun katibəsinin də xidməti maşını var. Hal - hazırda universitetdə 8 - xidməti maşın var. Buna baxmayaraq kafedralara, dekanlıqlara veriləcək dəftərxana ləvazimatlarına, tədris üçün lazım olan avadanlıqlara, işçilərin maaşlarını artırmaq üçün pul tapmayan rektor biri 80.000 - manat olmaqla iki ədəd yeni xidməti maşın almağa pul ayırıb.
Gəl ki, söhbət maaş artımından düşəndə rektor cənabları az qalır dəsmal çıxardıb ağlaya ki, heç indiki maaşı verməyə pul çatmır. Bir az da belə getsə deyəcək ki, öz cibimdən verirəm maaşınızı, nə istəyirsiz?
Qulbeçələri professorlardan 2 - 3 dəfə çox məvacib, ezamiyyə, mükafat və paket alan Universitetdə görün nə gözəl elm və təhsil olacaq... Dırnaqarası nailiyyətləri sayıb qurtarmaq olmur. Filankəsin evləri, maşınları, obyektləri, istixanaları, peşmankəsin kafeləri, villaları, icarədə olan mülkləri, hətta daldalanacaq yerləri... Yəqin ki, sonuncu ifadənin geniş izahatına ehtiyac yoxdur.
Dağ boyda millət vəkilləri, nazirlər, icra başçıları adi insanları qəbul edib onların müraciətlərini dinlədikləri, hətta rayonları gəzib vətəndaşlarla görüş keçirdikləri halda, rektor cənabları heç rəhbərlik etdiyi Universitetin işçilərini belə qəbul etmir. Deyir kimin nə sözü varsa, getsin prorektorun yanına, mənim boş bekar vaxtım yoxdur sizə qulaq asım.
Əvvəllər hər həftə tələbə, valideyn və işçilər üçün qəbul günləri təyin edən rektor indi hamıdan qaçaq düşüb. Bu adamın öz kollektivini görməyə gözü yoxdur, onlara ikrah hissi ilə yanaşır, kollektivlə ünsiyyətdə olmağı özünə rəva bilmir. Bəlkə də tutduğu əməllər müqabilində onların üzünə baxmaqdan utanır, bu səbəbdən də özünü təcrid edir. Axı balaca bir universitetdə hamı bir - birini yaxşı tanıyır və bir - birinin tutduğu əməllərdən də, yaxın keçmişdəki macəralarından və indiki həyat tərzindən də yaxşı xəbərdardır. Lakin etik normalar naminə bir çox məqamları açıqlamağı hələ ki, özümüzə rəva bilmədik. Çox ümid edirik ki, ölçü götürən olsa elə bu faktlar da yetərlidir.
Rektorun yarıtmaz idarəçiliyi sayəsində universitetdə 20-30 il və daha artıq çiyin - çiyinə çalışmış insanlar bir - birinə düşmən kəsiliblər. Elə bir həftə olmur ki, universitetdə işçilər arasında münaqişə, sözlə və ya əlbəyaxa dava olmasın. Demək olar ki, universitetdə şəxsi münaqişə zəminində kiminsə həyat və sağlamlığına sui - qəsd olunacağı reallığa çevrilib. Bu baxımdan fiziki təzyiqin qurbanının rəhbər şəxslərin özlərinin olması da istisna deyil. Çünki, onların həyat tərzi və kollektivlə davranışları yumşaq desək, normaldan çox - çox uzaqdır. Bu cür hallar yaxın keçmişdə bir neçə dəfə baş verib. Lakin baş verənlərdən nəticə çıxarmaq əvəzinə bu insanlar öz mühafizələrini gücləndirmək qərarına gəliblər. Buna görə də rektor universitetdə “Mühafizə xidməti” adı altında idmançı gənclərdən ibarət bir cangüdənlər dəstəsi formalaşdırıb. Deyilənə görə 7-ci sinif şagirdi qədər savadı olmayan, universitetin 2 - ci binasında idman klubu adı altında pozğunluq yuvası yaratmış Xəqani Umudov adlı birisi həmin “Mühafizə xidməti”nin rəhbəri təyin edilib. Bu da azmış kimi, həmin adama xidməti maşın və hətta sürücü ayrılmışdırb. Tez - tez universitetin təsərrüfat işləri üzrə prorektoru Fəxrəddin Həsənovla Xəqani Umudov arasında vəzifə bölgüsü üstündə söyüşlərlə müşayiət olunan dava düşür.
Təsadüfi deyil ki, rektor 2013 - cü ildə, yenicə iş başına keçdiyi günlərdə, elə universitetin qarşısında, iki uşaq atası olan bir ailə başçısı qısqanclıq zəminində onu vurub yerə sərdi. Bu hadisə haqqında nəinki universitetin bütün əməkdaşları və hüquq mühafizə orqanları, bütün Gəncə sakinləri məlumatlıdırlar. Lakin o dövrdə rektor “lazımi tədbirlər” görərək bu hadisənin rəsmi qeydiyyata alınmasına yol vermədi, necə deyərlər ört - basdır edilməsinə nail oldu. Bundan sonra isə o uzun müddət kollektivin içində belə şəxsi cangüdənlərlə gəzmək məcburiyyətində qaldı. Bu münaqişənin davamı daha acınacaqlı və antimental xarakterə malik olduğundan başqa bir araşdırmanın mövzusudur. Yəqin nə zamansa bu məsələlər də araşdırılacaq və haqq - ədalət gec də olsa öz yerini tapacaq.
Hələ illər öncə, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda tələbə qəbulu komissiyasının məsul katibi işləyən zaman bu adam özünü pul hərisi, tələbə qəbulu alverçisi, özündən böyüklərin pul kisəsi kimi tanıtdırdı. Bu gün isə ağır bir daş parçası olaraq GDU-nun yükünə çevrilmişdir və universitet bu yükün ağırlığı altında çökmüş bir vəziyyətdədir. Yusif Yusibov universitetin rəhbərliyinə təyin edildiyi bir gündən burada neqativ hallara, dedi-qoduya, hətta kriminal hadisələrə rəvac verildi.
İş o yerə çatıb ki, universitetdə kimsə tədris prosesi haqqında, yaxud elmi mövzuda söhbət açanda ətrafdakılar ona az qala ruhi xəstə kimi baxırlar ki, “bu nə danışır”.
Çünki belə mövzular bu universitet üçün çoxdan yadlaşıb. Burada aktual olan mövzular rektorun yaxınlarının durmadan artan əmək haqqı və mükafatları, magistr təhsili belə olmayan “gül balaların” hansısa qondarma vəzifəyə təyin edilərək professordan artıq maaş almaları, dövlət büdcəsindən ayırmalar və tələbələrdən çətinliklə yığılan təhsil haqqları hesabına formalaşan universitet büdcəsinin təhsil prosesinə və pedaqoji heyətə aid olmayan dörd bir yana israfçılıqla səpilməsi, eləcə də fəxri adlar, elmi adlar, vəzifələr, işə qəbul, əlavə tələbə qəbulu və bu kimi “birbaşa rəhbərin mətbəxinə aid olan” məsələlər üçün müəyyən edilən məzənnələrdir.
Universitetdə yaz imtahan sessiyası təzəcə yekunlaşan zamanlarda, prorektor Şahin Xurşudov hər yerdə car çəkir ki, universitetin tarixində belə bir şəffaf imtahan sessiyası olmayıb. Bu cəmiyyətin gözünə həyasızcasına kül üfürməkdən başqa bir şey deyil.
Universitetdə imtahan sessiyasının gedişini işıqlandırmaq üçün gözdən pərdə asmaq məqsədilə mediatur təşkil edilir..(azerinfo.az)
Araşdırmamız davam edir...
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam