Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Gəncə Dövlət Universitetinin neçə rektoru var?!-NONSES

 

 Yenixeber.org: Redaksiyamıza Gəncə Dövlət Universitetində dövlət vəsaitinin xərclənməsi ilə bağlı ictimai arenanın və bəlli dövlət strukturlarının marağına səbəb olacaq məlumatlar daxil olub. Məlumatlarda Gəncə Dövlət Universitetinin ötən ayın 12-də "DUNAY-S" və "BUTA-S.H" Məhdud Məsuliyyətli Cəmiyyətləri ilə bağladığı müqavilələrdən və bu istiqamətdəki əməkdaşlığından bəhs olunur. (Bu prosesdə Maliyyə Nazirliyinin bir yüksək vəzifə sahibinin də adı hallanır.) Biz məlum qanun və prinsiplərə uyğun olaraq ötən ayın 14-də Gəncə Dövlət Universitetin hörmətli rektoruna online sorğu ünvanladıq. O gündən bu günə sorğumuza cavab yoxdur(?) Rektorun köməkçisi Elsevər Nağıyevlə telefonla danışsaq da, cavab yazılacağı vəd olunsa da nəticə yoxdur. Qarşıdakı günlərdə müəyyən dəqiqləşdirmələrdən sonra yenixeber.org-da bu mövzuda geniş yazı dərc edəcəyik...   

İndi isə redaksiyamızın elektron poçtuna yegane_huseyn@mail.ru emaildən Yeganə Hüseynovanın imzası ilə Gəncə Dövlət Universitetində yaşananlarla bağlı daxil olmuş müraciəti müəyyən düzəlişlərlə dərc edirik: 

"Prezidentin  sərəncamı ilə  Gəncə Dövlət Universitetinə   rektor Yusif  Yusibov  təyin  edilsə  də, hazırda  GDU-da  bir  yox, bir  neçə  rektor fəaliyyət göstərir. Bu şəxslər  hamısı rektor  tərəfindən  səlahiyyətlər  alıblar.

                            GDU-nun indiki rektorları kimlərdir?

1.Orxan Məmmədov. Məlumunuz  olsun ki, rektor Yusif  Yusibov  tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor  Fəxrəddin  Məmmədovun bütün fəaliyyətini iflic edib, heç bir məsələdə onunla hesablaşmır. Tədrislə  bağlı bütün məsələlərdə  nə  bu sahəyə məsul olan Fəxrəddin Məmmədovun, nə  fakültə dekanlarının,nə  də  kafedra müdirlərinin  fikirlərinə  əhəmiyyət  verilmir. Bu məsələdə  əsas söz sahibi  universiteti  güc-bəla ilə qurtaran, bakalavr və magistr təhsil pilləsində oxuduğu müddətdə  bir saat  dərsdə  oturmayan, işi-gücü  şou tədbirlər  və  yumoristik  verilişlər  keçirməkdən  ibarət  olan, tədbirlərdə  Yüsif Yusifovun  paltosunu  soyundurub  geyindirən, yağışlı  havalarda  ona  çətir tutub, mühafizəçi  və  xəbərdaşıyan  funksiyasını  yerinə  yetirən  Orxan Məmmədovdur. Məlumat üçün bildirmək istəyirik ki, rektor  universiteti  bir növ ailə universitetinə çevirib, Orxan  Məmmədov Yusif Yusibovun oğulluğudur, hərbi  xidmətə  tam yararlıdır, amma  buna  baxmayaraq  Yusif  Yusibov  tərəfindən  hərbi  xidmətdən saxlatdırılıb. Orxan  Məmmədov   Yusif  Yusibovun  sosial  şəbəkələrdə  saxlatdığı trol  dəstəsinə  başçılıq edir və  bunların  müqabilində  maaşdan  əlavə  hər ay paket alır. Müəllimlərin maaşını artırmağa canı çıxan Yusif  Yusibov  Orxan kimilərə  pulu çox səxavətlə  paylayır. Axı hörmətli rektora kim bu səlahiyyətləri verib ki, universitetin  pullarını sağa-sola səpsin. Hörmətli Yusif  Yusibovun marketoloqu  Orxan ağlına gələn tədbirlər keçirdərək universitet büdcəsini talan edir. O, hərbi xidmətdə olmalı olduğu halda bu gün universitetin marketinq işlərini görür. Universitetdə hamı onun Yüsif  Yusibovun  oğulluğu olduğunu bilir. Onun anası işə  gəlməsə də universitetdə xadimə kimi maaş alır. Hörmətli rektor Orxanı hərbi xidmətdən saxladararaq onu yanında şərəfləndirmiş və heç bir yerdə misli görünməmiş vəzifə yaradaraq həmin vəzifəyə təyin etmişdir. Orxana o qədər sərbəstlik verilib ki, hətta o, istənilən vaxtı tələbələri avtobuslara doldurub istədiyi yerlərə aparır, orada tədbirlər və mənasız, lazımsız layihələr keçirtmək adı ilə universitetin pullarını sağa- sola səpir. Artıq o vəziyyət yaranıb ki, deyəndə ki, bu layihələr kimə lazımdır, bu pulları müəllimlərə versəniz olmazmı? Bəs nazirlik buna nə deyir? Sabah nazir Ceyhun Bayramov bundan xəbər tutsa nə olacaq? Cavabında deyirlərki, xəbər tutmur  nə  tutur  tutsun. Onsuz  da  ölkə  belədir. Kim hardan necə qapır qapsın, necə dağıdır dağıtsın.... sakitcə işini gör. Hərə bir tərəfə dağıdır. İndi bizim əlimizdə fürsət olduğu halda nəyə görə durub baxmalıyıq. Göründüyü  kimi Yusif Yusibov və onun dağıdıcı komandası heç kimdən qorxmur, universitetin pullarını istədikləri kimi xərcləyirlər.

 Orxan Məmmədov bir  ayda maaşından əlavə  rektorun verdiyi aylıq  paket hesabına  kafedra müdirindən çox maaş alır. Təsəvvür  edin  ki, rektor  tələbələrə öz  video müraciətində  dekanları  heçə  sayır, müxtəlif  fakültələrin  tələbələrini dekanla yox, Orxanla əlaqə saxlamağa səsləyir.

2.Vasif Həsənov. Vasif Həsənov innovasiyalar departamentinin direktorudur.Bu adam bir ayda 1500 manata qədər maaş alır. Məlumunuz olsun ki, bu heç dosent də deyil. Amma universitetdə kafedra müdirlərindən, dekanlardan, hətta professorlardan çox maaş alır. Bu adam öz qardaşı  Asif  Həsənovla  birgə  kompüterdə  test imtahanlarına bütün rəhbərliyi  həyata keçirir, istədikləri  adamın  cavablarını düzəldir, istənilən adamı pul verməyəndə kəsdirirlər. Vasif Həsənov  nurçudur, Fateh Gülən camiyyəsi ilə güclü əlaqələrə malikdir, nənəsi ermənidir,Məmməd Əmin Rəsulzadəni təhqir edən,vaxtı ilə  Elmar Vəliyevin iclaslarını təşkil edən,ona su süzən  deputat Naqif  Həmzəyevlə  yeznə- qayındır, bu  şəxs  bütün  günü xarici ölkələrdə başının dəstəsi ilə kefdədir,layihələr adı ilə universitetin pullarını sağa sola səpir.Bu şəxs  hansı  keyfiyyətlərinə  görə  "Tərəqqi" medalı ilə təltif olunub, çox maraqlıdır.Yusif  Yusifov  ona  Vaska kimi müraciət edir. GDU-da komputer və  proqramlaşdırma  işləri onun inhisarındadır. Semestr imtahanlarının böyük hissəsi test üsulu ilə kompyuterlə verildiyinə görə, komputerlə test imtahanlarını o idarə edir. İmtahana  pul  vermiş  tələbələrin qiymətləri Vasif  Həsənovun  xüsusi məharəti ilə düzəlir. Ələddinin sehirli çırağı olduğu kimi, Həsənov Vasifin də həmişə əlində gəzdirdiyi sehirli noutbuku var. İmtahana girən tələbə monitorun önündə düz cavabları tapıb qaralaya bilməsə də, Vasif  Həsənovun  noutbukdakı sehirli düymələri bu işi yerinə yetirir. Vasif  Həsənov sessiya müddətində “imtahan serveri”nə girib bir-bir düz cavabları qaralayır. Hətta pul almaq məqsədilə tələbənin kompüterdə seçdiyi dogru cavabı da dəyişdirib yanlış cavabla əvəz edir, tələbə heç nə sübut edə bilmir, kəsilir və son nəticədə rüşvət verməyə məcbur olur. Beləcə savadlı  kadrlar  yetişdirmək  amacımızı, körpə  fidanlarımızın  universitetə, təhsilimizə, haqqa, ədalətə inamını qaralayır. Məhz  Vasif  Həsənovun  möcüzəsi ilə kompyuter  vasitəsilə  test imtahanları  verib  qeyri-kafi  almış tələbələrin qiymətləri verdikləri pulun məbləğinə uyğun olaraq elə həmin gün düzəlir. Təhsil Nazirliyinin diqqətinə çatdırırıq ki, bunu sadə üsulla yoxlamaq olar. Təlimata görə, tələbələrin cavabları bir semestr saxlanmalıdır. O test cavablarına baxmaq kifayətdir. Yaxud ixtiyari seçilmiş tələbələr yenidən eyni fənn üzrə imtahan versə əvvəlki nəticə çətin ki, alına. Başqa yollar da var...
Tələbənin təhsil almaq, elmə yiyələnmək arzusunu məhz Vasif  Həsənov  davamlı şəkildə məhv edir. Vasif   Həsənov  GDU-da  təhsilimizin, millətimizin qəsdinə duran baltadır. Yusif  Yusifovun baltası... Universitetdə  hamı onun nənəsinin erməni olduğunu bilir. Ceyhun Bayramovun nəzərlərindən iraq yazıq təhsilimizə isə, gör, kimlər kimlərin əli ilə balta çalır?!

2.Elsevər Nağıyev. Bu şəxs  rektor  köməkçisi  olsa da özünü rektor kimi aparır. Elsevər Nağıyev Fətulla Gülən tərəfdarları ilə birbaşa əlaqəlidir. Belə ki, məlumata əsasən  Elsevər Nağıyev Türkiyədə  Fətullah  Gülənə  məxsus ali məktəblərdən birində magistr  təhsili  alıb. Universitet  xətti  ilə   Elsevər  Nagıyev ayda 2-3 dəfə Türkiyəyə gedir. Onun  həyat  yoldaşı isə Yusif Yusibovun yaxın qohumudur, Gəncə Dövlət Universitetində işləyir.

3.Asif Cavadov. Asif Cavadov  baş müşavir olmaqla Yusif  Yusibovun  marketinq  qaydasına əməlli-başlı xidmət göstərir. Ona göstərdiyi fəaliyyətə görə, hətta əməkdar müəllim adını da verdiriblər. Halbuki, onun bircə saat da dərs keçdiyini görən olmayıb. Asif  Cavadovun  həyat yoldaşı psixologiya kafedrasının müdiri Zümrüd  Şirinova (Cavadova) həmin kafedranı özəlləşdirib. Bu xanım vaxtıilə Ulu Öndərin əleyhinə kəskin bəyanatlar verən bir şəxs, eyni zamanda prezident seçkilərində Lalə Şövkətin vəkili olmuşdur. Zümrüd xanım alternativsiz secki yolu ilə təyin olmuş kafedra müdiridir, müəllimlərdən hər yeni tədris ilində rüşvət alaraq onlara dərs verir. Hər semestr  başlayanda  heç  kimdən qorxmadan, cəkinmədən müəllimlərdən 20-50 manatdan fond pulu, ad günü pulu, müəllim günü pulu yığır. Kafedranın müəllim və laborantlarını aylığa buraxır… Bu ailə zamanında tutduqları vəzufələrə uyğun olaraq əqidələrini dəyişənlərdir. Asif Cavadov  kommunist  partiyası  hakimiyyətdə  olanda  onun  üzvü  olmaqla Texnologiya Univerisitetinin  partiya  təşkilatının  sədri, Xalq Cəbhəsi vaxtında cəbhə üzvü olmaqla həmin Univerisitetdə kafedra müdiri və Ana Vətən Partiyasının üzvü olmaqla bu partiyanın təmsilçisi kimi Gəncə şəhər 39 saylı Kəpəz rayon Dairə Secki Komisiyasının üzvü işləmişdir. GDU-da prorektor vəzifəsinə təyin olunan kimi YAP üzvlüyünə keçdi. İndi də rektorun baş müşaviri olmaqla həm də YAP təmsilçisi kimi 14 saylı məntəqənin sədridir. Bütün seçkilərdə karusel əməliyyatına rəhbərlik edir, tələbələri və işçiləri universitetin baş binasına və özünün sədr olduğu məntəqəyə gətirdib dəfələrlə səs verdirərək seçkiləri saxtalaşdırır. Bu adam xamilyon kimi rənglərini günün təsiri ilə tez-tez dəyişənlərdəndir. 

4.İlqar Kubışev.İlqar Kubışev də rektor məsləhətçisidir. 1988-1993-cü illərdə  Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) "Maşınqayırma" ixtisası üzrə təhsil almışdır. İlqar Kubışev sədaqətlə xidmətinə görə  "İnformatika" kafedrasına dosent də seçilib. Maşınqayırma  hara, informatika  hara???  Bu şəxs informatika sözünün mənasını belə bilmir,amma belə bir aparıcı kafedrada dosentdir. Bu günə kimi bir dəfə də olsun kafedraya gəlməmişdir,onun dərs keçdiyini  isə heç kim görməyib. Ona dərs yükünə daxil olan dərslər ya keçilmir, ya da kafedranın digər müəllimləri tərəfindən əvəz olunur. Görəsən, kafedra müdiri Əkrəm Aslanov  o gəlməyə-gəlməyə ona necə tabel yazır və onun dərslərini keçməməsinə niyə göz yumur??? Sutkanın xeyli hissəsini İlqar Kubışev  sərxoş olur. Maraqlıdır, bunun özünə məsləhət verən lazımdır, bu adam rektora hansı məsləhətləri verir? İlqar Kubışev də rektor Yusif Yusibovun çirkli işlərinə rəhbərlik edir. Bu adam Yusif Yusibovun Prezidenti aldatması nəticəsində "Tərəqqi" medalına layiq görülüb. Arada gəzən məlumatlara görə qadın alverində adı hallanılır. İlqar Kubışevin  də həyat yoldaşı "İqtisadiyyat" kafedrasında  müəllim  kimi  işə götürülüb.

5.Şahin Xurşudov. Universitetdə rektor Yusif Yusibovun "qara kassa"sı "İqtisadiyyat və idarəetmə" fakültəsinin dekanı Şahin Xurşudovdur. Bu adam hər yerdə deyir ki, mən mini rektoram. Əvvəllər  rüşvət  bir az gizli formada alınırdısa, Şahin  Xurşudovun fakültəsində   heç kimdən çəkinib eləmədən tələbələrdən pul yığırlar. Hətta fakültədə vəziyyət o həddədir ki, tyutorlar tələbələrdən rüşvət alarkən gülə-gülə iqtisadiyyat fakültəsinin tələbələrisiniz, indidən pul alıb-pul verməyi öyrənin deyirlər.İndi pandemiya şəraitində tələbələrə tyutorların vasitəsi ilə zəng olunur. Təklif olunur ki, sualların doğru cavablarını da verəcəyik. Pulunu bizim kart hesabımıza göndərin, qiymətlərinizi yaxşı yazacağıq.

 Rektor  Yusif  Yusibov  universitetdə  "kölgə iqtisadiyyatı"nın  Şahin Xurşudovsuz  mümkün  olmadığını anlayır. Məhz bu səbəbə görə də onu ikinci dəfə  dekan vəzifəsinə təyin etməklə yanaşı, həm də "qara kassa"ya nəzarəti də ona həvalə edib. İnsafən də,  Şahin Xurşudov  bu "məsuliyyətli" tapşırığın öhdəsindən məharətlə gəlir. Hətta Şahin Xurşudov pul məsələsində o qədər həssasdır ki, əldə olunan  hər bir manatın dəqiq hesabatını rektora vaxtlı-vaxtında çatdırır.Şahin Xurşudovun rektora qarşı bu cür sədaqətli və düzgün olması qarşılıqsız qalmır. Belə ki, GDU-nun "qara kassa"sına toplanan vəsaitlərin böyük hissəsindən Şahin Xurşudovun da özəl payı olur. Əgər belə olmasaydı Şahin Xurşudov dəyəri 4000 manatlıq qızıl saat taxmaz, yüz min manat dəyərində "Land Cruiser" sürməzdi. Bu hələ aysberqin görünən tərəfidir. Onun xeyli sayda evləri və digər daşınmaz əmlakları da var. Əlbəttə ki, bunlar hamısı tələbələrdən yığılan rüşvətlərin hesabına əldə olunub. 

Xatırladaq ki, Şahin Xurşudov Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olub. İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, iqtisadiyyat kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktorudur.  2007-ci ildən Gəncə Dövlət Universitetində işləyir. Şahin Xurşudovun ixtisası texnoloqdur, ixtisasca texnoloq olan bu şəxs daha sonra hansısa yollarla iqtisad elmlər namizədi diplomuna  da sahiblənə bilib. Bunu da deyək ki, Şahin Xurşudov demək olar ki, Gəncədəki, əksər ali məktəblərə əl qoyub. Məsələn o, bir  ştat vahidi ilə Gəncə Dövlət Universitetinin İqtisadiyyat kafedrasında, 0,5 ştat vahidi əvəzçiliklə və 240 saat hesabı ilə Azərbaycan Texnologiya Universitetində dosent və yenə də Gəncə Dövlət Universitetinin “Təcrübə və işlə təminat”şöbəsinin ictimai əsaslarla müdiridir.Bu şöbənin müdiri Cabbar  Məmmədov  olsa da, bu sənəd üzərində belədir. Cabbar Məmmədov  əslində yalnız işinə görə həmin vəzifənin maaşını alır. Əslində  bütün rüşvət kompaniyasına rəhbərliyi  Şahin Xurşudov  və  Elsevər Nağıyev  həyata keçirir. Ən gülməli məqamlardan biri də budur ki, hər işlə məşğul olmağı bacaran Şahin Xurşudov  sən demə  həm də kafe işlətmək qabiliyyətinə malik imiş. Belə ki, dosent Gəncə Dövlət Universitetinin 4-cü korpusunun həyətində 20-25 kv metrlik yeri qanunsuz zəbt edərək kafe tikdirib. Hətta universitetin 5-ci korpusunda  və tələbə yataqxanasındakı kafelər də ona məxsusdur. Göründüyü kimi,  Gəncə Dövlət Universiteti "İqtisadiyyat və idarəetmə" fakültəsinin dekanı, "İqtisadiyyat" kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Şahin Nadir oğlu Xurşudov iqtisadiyyatdan dərs  deməklə kifayətlənmir. Biliklərini real həyatda sınamağı da xoşlayır. Biznes sahəsində uğurları var, hərdən kafeyə şəxsən gələrək aşbazlara göstəriş verməyi də  sevir. Onun “Kotleti yandırma”, “yeməyi duzsuz etmə”, “küftəyə  düyü qat” və diğər dəyərli məsləhətlərinə aşbazlar mütləq əməl edir.Çox maraqlıdır ki, Şahin Xurşudovun bu qanunsuzluqlarına “yox” deyəcək bir kəs yoxdur. Əvəzinə Yusif Yusibov bir "Tərəqqi" medalı da onun sinəsindən asıb.

 Yusif  Yusifovun  qocalığı ilə əlaqədar hüşsuzluğundan istifadə edərək Orxan Məmmədov, Elsevər Nağıyev, Şahin Xurşudov, İlqar  Kubışev, Vasif  Həsənov, Fəxrəddin Həsənov  hərəsi  bir  əmr förmalaşdırır, bu əmrlərin də forma və məzmunu gün ərzində  bir neçə dəfə dəyişir.

 Maraqlıdır,görəsən Gəncə Dövlət Universiteti nə vaxt  rektorsuzluq və ya rektor çoxluğu bəlasından xilas olacaq???"

Redaksiyadan: Qarşı tərəfin cavab haqqını tanıyırıq.

                                                              


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam