Yenixeber.org: Hesabatda 2023-cü ildə bəşəriyyətin və yer üzündə həyatın bir çox təhlükələrlə qarşılaşma riskinin yüksək olduğu bildirilib və mütəxəssislər bunları əsaslandırmaları ilə sadalayıblar.
2023-cü il üçün fəlakət ssenariləri aşağıdakı kimi sıralanıb.
Rusiya-Ukrayna müharibəsinə görə dünya qlobal nüvə müharibəsi riski ilə üz-üzədir. Qlobal Çağırışlar Fondunun hesabatına əsasən, ABŞ-ın 1945-ci ildə Xirosima və Naqasakiyə atom bombası ilə hücumundan sonra dünyada nüvə müharibəsi və nüvə silahından istifadə riski hazırda ən yüksək səviyyədədir. Hesabatı yazan Çikaqo Universitetindən Kennet Benedikt “nüvə silahlarından istifadə çoxlu insanın ölümünə, günəş şüalarının qarşısını almaq üçün toz buludunun əmələ gəlməsinə səbəb olacaq" deyib. Bunlar isə qida artımının yavaşlamasına və nüvə müharibəsindən sağ çıxanların aclıqdan ölməzdən əvvəl xaos və zorakılıq içində yaşamağına səbəb olacaq.
Benedikt növbəti ildə Şimali Koreyanın daha nüvə silahı sınaqları keçirəcəyini və
Hindistan ilə Pakistan arasındakı gərginliyin də yüksək olacağına diqqət çəkib.
Hesabatda qlobal istiləşmə və iqlim böhranı ilə ekoloji fəlakətlərin arta biləcəyi proqnozlaşdırılır. Qlobal iqlim dəyişikliyinin qidaya ciddi təsir göstərə biləcəyi, ərzaq istehsalının yavaşlayacağı, aclığın artacağı və nəticədə siyasi qeyri-müəyyənlik və qarşıdurmanın yaranacağı proqnozlardandır. Lakin ekspertlər qlobal iqlim böhranının bir ildə kəskin şəkildə dəyişməyəcəyinə və bunun uzunmüddətli proses olacağına diqqət çəkiblər.(azvision)
Aytən Zəhra
2023-cü il fəlakət ili olacaq -PROQNOZ
Baş ofisi İsveçrənin paytaxtı Stokholmda yerləşən “Global Challenges Foundation” beyin mərkəzi 2023-cü ildə bəşəriyyətin üzləşə biləcəyi təhlükə, siyasi böhran, müharibə və qlobal problemlərə həsr olunmuş yeni hesabatını ictimaiyyətlə bölüşüb.