Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Yasamal rayonunda dərəbəylik nə vaxta kimi davam edəcək?

 
Nə qədər yazılsa da, deyilsə də Bakıda qanunsuz küçə ticarəti problemi öz həllini tapmır. Əksinə, problem daha da mürəkkəbləşir.
Yenixeber.org: Bu tərəfdən də obyekt sahibləri işi qəlizləşdirir,küçələrindəki piyada yolu,ətrafdakı kafelər tərəfindən zəbt olunub.Paytaxtımızda küçə ticarətinin qadağan olunması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin məlum qərarı var.İnzibati Xətalar Məcəlləsin. 453-cü maddəsinə əsasən, qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etmədiyi yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə cərimə tətbiq olunmalıdır. 
Ara küçələrdə, əsasən metro qarşılarında pərakəndə satış ilə məşğul olanların sayı artmağda davam edir. Əsasən  “İnşaatçılar” metrostansiyasının yaxınlığında və Yeni Yaşamalın demək olar ki hər yerində küçə ticarəti baş alıb gedir.Ərazidə dəhşətli vəziyyət hökm sürür.Bəs görəsən ərazinin təmizliyinə cavabdeh olan Yasamal  Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi bu qanun pozuntusuna niyə göz yumur, yaxud da ərazidən küçə ticarətinin yığışdırılması üçün aidiyyatı qurumlara niyə müraciət etmir?Yasamal rayon İcra Hakimiyyəti,Yasamal  Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi bu natəmizliyi görəsən hansı səbəbdən görmür?Bəs niyə hamının gözü qarşısında bu “qanunsuz” ticarət davam edir?
   Cavab çox sadədir:Çünki həmin “qanunsuz” ticarət müəyyən şəxslərin "əli ilə “tənzimlənir”.Küçə ticarətilə bağlı mövcud vəziyyətin qalması küçələrə nəzarət edən qurumların marağına cavab verir:Konkret olaraq yerli icra hakimiyyəti strukturlarına yaranmış vəziyyət sərf edir. Ona görə də həmin qurumlar küçə ticarətinə özlərinə sərf edən formada nəzarət edirlər. Belə vəziyyətdən istifadə etməklə onlar küçə ticarətilə məşğul olanlardan müəyyən qanunsuz haqq da alır. Nəticədə bu sahədə belə özbaşınalıq və anti-sanitariya hökm sürür.Baş alıb gedən anti-sanitariya qida təhlükəliyinin yaranmasına səbəb olur.Kənd təsərrüfatı məhsulları tozun-torpağın içində satılır. Bu insanların həyat və sağlamlığına təhlükə deyilmi?
Bütün bunlar barədə portalımızda 28-07-2022 tarixdə bir yazı ilə çıxış etmişik və yazını Bakı şəhər İcra Hakimiyətininin,Yasamal rayon İcra Hakimiyyətinin,Yasamal  Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin elektron poçtuna ünvanlamışıq.Təəssüflər olsun ki məqalənin çapından bir aydan artıq vaxt keçməsinə baxmayaraq baş alıb gedən küçə ticarəti, antisanitariya, natəmizlik, pintilik bu sahəyə baxan və cavabdeh olan təşkilatları heç də narahat etmr. Həmin problemlərin həlli istiqamətində heç bir addım atılmır. (mediatv)
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam