Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rusiya-Ukrayna müharibəsi Bakıda məktəb bazarını da “vurdu”

 

“Çanta baha, kağız baha, nə edəcəyik, bilmirik” - valideynlərin qayğılı günləri başlayır

Yenixeber.org: 2022-2023-cü tədris ilinin başlanmasına bir aydan az vaxt qalıb. Əksər valideynlər isə indidən məktəb ləvazimatlarını almaqda maraqlıdırlar. Onlar bildirirlər ki, hər il məktəblər açılana bir neçə gün qalmış qiymətlər çox baha olur, o səbəbdən indidən alış-veriş edirlər.

Avqustun 15-dən isə paytaxt Bakıda məktəbli yarmarkaları da fəaliyyətə başlayıb. Güzəştli qiymətlərlə topdan və pərakəndə satışı həyata keçirən məktəb yarmarkaları nəhayət ki, iki illik fasilədən sonra yenidən açıldı. Yarmarkaların təşkilində isə əsas məqsəd valideynlərin az zaman sərf etməklə dərs vəsaitlərini, keyfiyyətli məktəb ləvazimatlarını güzəştli qiymətlərlə əldə etməsidir.

Bəs görəsən, yarmarkalarda vəziyyət necədir, bu il valideynlər ucuz qiymətə, həm də keyfiyyətli məktəb ləvazimatlarını burada, əldə edə biləcəklərmi?

Mövcud vəziyyəti öyrənmək üçün metro stansiyalarının girişlərində quraşdırılan həmin yarmarkalara getdik.  İlk olaraq “Neftçilər” metro stansiyasının  yaxınlığında quraşdırılan çadıra daxil olduq. Burada alıcıların olmadığı nəzərimizdən yayınmır. Əvvəlki illərdən fərqli olaraq malların da az olduğunu müşahidə edirik. Bununla belə, malların üzərində qiymətləri qeyd edilib, odur ki, bütün malların qiymətlərini nəzərdən keçirdik. Burada müxtəlif qiymətdə, müxtəlif çeşiddə dərs vəsaitlərini görmək olar. Bizimlə söhbətdə satıcı bildirdi ki, mağazada qiymətlər əsasən keyfiyyətə görə dəyişir.  Məsələn, qələmlər 10 qəpikdən başlayır, 1 manat 50 qəpiyə olanları da var. Satıcı burada müdaxilə edir: “Bax bu qələmi hər yerdə iki manata satırlar, biz daha ucuz satırıq. Burada hər qiymətə mal var, kimin nəyə gücü çatırsa onu alır”.

Sadə qələm 20-40 qəpik arasında dəyişir. Pozanların qiyməti 50 qəpik-70 qəpik, bir manata olan pozanlar da var. Xətkeşlər 50 qəpikdən başlayır. Xətkeş dəsti (4 ədəd) isə 3 manat 50 qəpikdir. Balaca ölçüdə olan Azərbaycan bayrağının qiyməti  1 manat 50 qəpiyədir. Qələmqabılar 2 manat 20 qəpikdən başlayır, 9 manatadək dəyişir. Satıcı qələmqabılarını göstərib deyir: “Müştərilər deyir ki, ”Mall"arda bu “penal” 18 manata satılır,  bizdə isə 9 manatdır. Ona görə bunlardan ikisini alıb apardılar". Müşahidələrimizə davam edirik. Plastik suqabılar 5 manat, içi metal, “sensor”lu olan isə 15 manata təşkil edir. Yapışqanların qiyməti 50 qəpikdən başlayır,  1 manat 10 qəpiyə olanı da var. Dəftərlərin də qiyməti keyfiyyətinə görə dəyişir.  12 vərəqli dəftərlər 15 qəpik, 60 vərəqli dəftərlər isə 80 qəpikdir. 96 vərəqli enli dəftərlər isə 1 manat 60 qəpiyə satılır. Rəngli boyalar 3 manatadır. Altı rəngdən ibarət plastilin 2 manat 20 qəpik, 12 rəngli plastilin isə 3 manat 50 qəpikdir. Sirkul dəstlərinin ən ucuzu  1 manat 70 qəpiyə, ən bahalı olanı isə 6 manat 50 qəpiyədir. Albomların qiyməti 90 qəpikdən başlayır. 60 vərəqli albom 2 manat 20 qəpiyədir. Dəftər üzü 2 manat 40 qəpiyə, sadə qovluqlar 40 qəpiyə, 2 manat 80 qəpiyə olan qovluqlar da var. Gündəlik 2 manatdır.

Yarmarkada diqqətimizi çəkən isə əsasən oyuncaqlar oldu. Hətta yarmarkaya daxil olan alıcıların da məktəb ləvazimatı əvəzinə oyuncaqların qiymətini soruşduğunu gördük. Satıcıdan “Niyə məktəbli yarmarkasında  bu qədər oyuncaq satılır” sualına belə cavab aldıq: “Alıcı yoxdur. Təsəvvür edin, hər dəftərdən bizə 5 qəpik qalır, bununla dolanmaq çətin olur. Ona görə məcburuq oyuncaq da sataq. Valideynlər yanlarında uşaqları gətirirlər, alırlar. Alıcılıq qabiliyyəti çox aşağı düşüb, əvvəl 10 dəftər alırdılarsa, indi 1, ya 2 dəftər alırlar”.

Satıcılardan o biri də söhbətə qoşularaq giley-güzar etdi: “Baxın, bu qədər mal qoymuşuq satışa, gün ərzində 100-120 manat qazancımız olur. Məcburuq oyuncaq sataq. İndi ümid edirik məktəblər açılana yaxın bəlkə alıcılar çoxala. 12 vərəqli dəftərləri 28 qəpiyə almışıq, 30 qəpikdən satırıq. Dəftər tapılmır. Rusiya-Ukrayna müharibəsi ilə bağlı kağız qıtlığı var. Xaricdən gətirilən malların maya dəyəri qalxıb. Bəzi məhsullarda 60-70 faiz artım var. Hələ biz ən ucuz qiymətə satırıq”.

Yarmarkada çantaların qiymətini öyrənmək istəyirik, amma çantalar gözümüzə dəymir. Satıcılardan öyrənirik ki, yarmarka yenicə açıldığına  görə hələlik bütün mallar gətirilməyib: “Çantalar sabahdan piştaxtada olacaq. Amma çantalar çox bahadır, ona görə bilmirik necə edək. Əvvəlki illərdən 80 faiz fərq var. Ötən il 30 manata aldığımız çanta ilə indi aldığımız 30 manatlıq çanta arasında keyfiyyət baxımından çox fərq var. İndikilər çox keyfiyyətsizdir. Bahalı modellər də ala bilmirik, çünki almayacaqlar. Sonra onları qaytara da bilmirik”.

Buradan ayrılıb,  “Qarayev” metro stansiyasının  yaxınlığındakı yarmarkaya yollanırıq. Burada fərqli ab-hava ilə üzləşirik. Bayaqkı çadırdan fərqli olaraq burada alıcılar da çox idi, mallar da bol idi. Hətta çantalar da çox idi. Yaxınlaşıb qiymətlərə baxmaq istəyirik. Amma malların üzərində qiymətləri görmürük. Səbəbini satıcıdan soruşduqda o “Bəli, malların üstünə qiymət qoymamışıq. Amma müştərilərin imkanını nəzərə alırıq, uyğun endirimlər edirik”, - deyə əlavə etdi. 

Satıcıdan məktəb ləvazimatlarının qiymətini soruşuruq. Onun sözlərinə görə, çantaların ən ucuzu 8 manatadır: "Bizdə  ən bahalı çanta “Yalong” firmasına məxsus olandır, qiyməti 34 manatdır. Digər çantalar özümüzün deyil, bahadır deyə satmırıq. Aşağı təbəqəni düşünmək lazımdır. Suqabıların qiyməti 4 manat 50 qəpikdən 12 manatadək dəyişir. 24 rəngli dəmir qablı karandaş 5 manat 50 qəpikdir. Qələmqabılar 1 manat 80 qəpikdən başlayır, 6 manata qədər satılır. Karandaş  9 qəpikdən başlayır, 60 qəpiyə qədər dəyişir. Flamastrın ən ucuzu 1 manat, 4 manat 50 qəpiyə olanları da var. Qələmlər 9 -55 qəpik arasında dəyişir. 16 santimetrlik  qlobuslar 5  manatdır. Yemək qabları 7-10 manat arasında dəyişir. Xətkeşlər 20 qəpikdən başlayır,  45 qəpiyə xətkeşlər də var. Xətkeş dəsti 1 manat 40 qəpikdir. 12 vərəqli dəftər 14 qəpik, 96 vərəqli isə 1 manat 10 qəpiyədir. Pozanlar 10 -60 qəpik arasında dəyişir. Albom (12 vərəqli) 60 qəpik, 60 vərəqli albom isə 1 manat 80 qəpikdir".

Satıcı qiymətlərin baha olmasından şikayət etdi: “Kağız malların qiyməti çox qalxıb. Rusiya-Ukrayna müharibəsinə görə qiymətlər qalxıb. Əsasən də Rusiya məhsulları daha çox qalxıb. Ona görə Rusiyadan gətirilən dəftərlər bahadır, 12 vərəqli 23 qəpik, 24 vərəqli 35 qəpikdir, 48 vərəqli 58 qəpikdir, 96 vərəqli 1 manat 10 qəpikdir. Amma keyfiyyətli olduğuna görə alıcılar bu dəftərləri istəyirlər”.


“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam