Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“KONSTİTUSİYA MƏHKƏMƏSİNİN BU QƏRARI HƏR ŞEYİ ALT-ÜST EDİR” –“Elman Rüstəmov məsuliyyətə cəlb olunmalıdır”

Konstitusiya Məhkəməsi Nazirlər Kabinetinin sorğusu əsasında “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71, 81 və 82-ci maddələrinə dair” Qərar qəbul edib. Qeyd edək ki, Hökumət qarşısında bu sorğu barədə təşəbbüs qaldıran qurum Əmanətlərin Sığortalanması Fondudur.

Yenixeber.org: Məhkəmə qərar verib ki, fiziki və ya hüquqi şəxslər tərəfindən ləğv prosesində olan kommersiya bankına kredit borcu ləğvedici Əmanətlərin Sığortalanması Fonduna ödənildiyi təqdirdə, həmin şəxslərin əmlakı üzərində Mərkəzi Bankın ipoteka hüququna xitam verilməsi və əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması ilə bağlı gözləntiləri əsaslı hesab edilməlidir.

Bank sektörü üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov bu qərarı yanlış hesab edir. Bildirir ki, qərardan əvvəl bu məsələ ilə bağlı rəyini Konstitusiya Məhkəməsinə də göndərib.

“Sorğu forma baxımdan qanun pozuntuları ilə tərtib edimişdi və buna görə icraata qəbul edilməməli idi. Amma edildi, baxıldı və əsassız olsa da təmin edildi” –deyə, hüquqşünas vurğulayıb.

 

 

Ə.Həsənov deyir ki, bu qərara görə Mərkəzi Bank ləğv prosesində olan banklara verdiyi kreditlər üzrə təminat kimi götürdüyü girovlardan (ipotekalardan) məhrum oldu: “Söhbət ikili girov halından gedir. Yəni hər hansı borcalanın banka borcu üzrə qoyduğu ipoteka predmeti eyni zamanda həmin bankın Mərkəzi Bank qarşısında da girovla yüklü edilib. Sonra bank müflis olub. Buna görə də borcalan borcunu ödəməkdə maraqlı deyil. Axı borcu ödəsə belə, girov yüklülükdən azad edilməyəcək. Bunun üçün gərək bankın Mərkəzi Bank qarşısında da borcu bağlansın. Girovun dəyəri isə hər iki kreditin ödənilməsi üçün kifayət deyil. Qanuna görə bu halda ipoteka predmeti hərracda satılmalı, əvvəlcə Mərkəzi Bank pulunu götürməli, qalan vəsait isə müflis banka çatmalıdır.

Konstitusiya Məhkəməsi isə bu qənaətə gəldi ki, borcalan müflis banka olan borcunu bağladığı halda ipoteka yüklülükdən azad olunur və Mərkəzi Bank girovsuz qalır, yəni təminatsız kreditora çevrilir. Halbuki, Mərkəzi Bankın həmin ipotekaya hüququ daha ilkindir (üstündür). Konstitusiya Məhkəməsinin mövqeyini gəlincə, güya borcalanın gözləntisi var idi ki, banka borcunu ödəsə, əmlakı girovdan azad olunacaq. Çox qəribə mövqedir! Axı o, Mərkəzi Bankla da ipoteka müqaviləsi bağlayıb. Deməli, başa düşməlidir ki, əmlakı iki kredit üzrə girovdadır. Buna görə də yalnız öz kreditinin ödənilməsi üzrə gözləntisinin olması heç cür anlaşılan deyil”.

 

Ekspert sual edir, Konstitusiya Məhkəməsi məsələləri tərəflərin gözləntiləri əsasında həll edirsə, bəs niyə devalvasiya üzrə dollar borcu olanların əleyhinə qərar vermişdi?

“Bax, onların tam gözləntisi var idi ki, devalvasiya olmayacaq. Amma bu gözləntisini əvvəlcə Mərkəzi Bank, sonra da Konstitusiya Məhkəməsi puç etdi”, -deyə hüquqşünas təəssüflənir.

Ə.Həsənov əlavə edir ki, sözügedən kreditlərin çoxu Mərkəzi Bank tərəfindən kobud qanun pozuntuları ilə verilib. Onun sözlərinə görə, bu səbəbdən sabiq rəhbərliyi məsuliyyətə cəlb edilməlidir.

Hüqşünas bildirir ki, burada söhbət qanunun aliliyindən, hüquq elmindən, mülki hüququn əsaslarından, nəhayət ipotekanın və ölkənin gələcəyindən gedir: “Konstitusiya Məhkəməsinin bu qərarı hər şeyi növbəti dəfə alt-üst etdi. Fevral yazımda və Konstitusiya Məhkəməsinə göndərdiyim rəydə bunları ətraflı vurğulamışam. Belə çıxır ki, ipoteka saxlayanı çox asanlıqla hüququndan məhrum etmək olar. Mülki hüquq ilk növbədə kreditorların maraqlarını qorumalıdır. Əks halda, ölkəyə sərmayə qoyan olmayacaq. Bu Qərar da məhz kreditor hüququnu kobud şəkildə pozdu! Ölkədə hüquqi dərəbəyliyin hökm sürdüyü növbəti dəfə öz təsdiqini tapdı. Özü də bu dəfə borcalanlara münasibətdə deyil, əksinə, banka münasibətdə! Bu, onu göstərir ki, hüquqi nihilizm şəraitində heç kəs özünü əmin hiss edə bilməz”.

 

 

Hüquqşünas vurğulayır ki, bu qərarın fəsadların biri Mərkəzi Bankın digər girovlarının da sual altına düşməsi olacaq: “Digər girov qoyanlar da deyəcək ki, onların da gözləntisi var idi ki, Mərkəzi Bank kredit verdiyi bankı bağlamaz. Amma bağlandı və indi onun əmlakını tələb edir, bu da gözləntiyə ziddir. Eyni məntiqlə tam real iddiadır! Adətən Konstitusiya Məhkəməsinin qərarlarında iştirak etmiş məmurların və ekspertlərin adı çəkilir. Bu dəfə yoxdur. Niyə? Çünki yəqin, heç kəs belə biabırçı qərara dəstək verməyib. Təsəllimiz yalnız budur...” “Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam