Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Qazilərimiz səbrlə, təmkinlə addım atmalı, dövlət qurumları isə onların müraciətlərinə daha çevik baxmalıdır" -RƏY

 

"Azərbaycanda dövlət tərəfindən şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə hər zaman yüksək diqqət və qayğı göstərilməkdədir. Prezident İlham Əliyev hər dövlət strukturu qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib".

Yenixeber.org:  Bunu Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.

Onun sözlərinə görə, həmin kateqoriyadan olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, fərdi evlərin, mənzillərin verilməsi, nəqliyyat vasitələri ilə təmin olunmaları, onlara reabilitasiya xidmətləri, müasir protezlərlə təminat, məşğulluq problemlərinin həlli və digər bir sıra mühün addımlar atılır:

"Ancaq bəzən elə hallar olur ki, müəyyən problemlərin həllində ləngimələr olur, müəyyən problemlər həllini tapmayıb. Azərbaycan dövləti bu istiqamətdə ardıcıl mühüm tədbirlər həyata keçirir. Belə olan halda bəzən biz görürük ki, bəzi qazilərimiz problemlərin həlli ləngiyəndə müəyyən dərəcədə aqressiv olurlar. Ancaq nəzərə almaq lazımdır ki, bütün dövlət qurumlarına edilən müraciətlərə həssas yanaşılmalıdır və yanaşılır da. Düşünürəm ki, bu məsələdə həm dövlət məmurları, həmdə qazilər tərəfindən həssas və diqqətli yanaşma olmalıdır. Çünki belə hallar baş verdikdə ölkəmizdə fəaliyyət göstərən bəzi xarici ermənipərəst qüvvələrin diqtəsi altında fəaliyyət göstərən dairələr bunu birbaşa siyasi alətə çevirirlər. Ona görə də bu məsələdə diqqətli olmaq lazımdır".

Deputatın sözlərinə görə, Azərbaycan qalib bir dövlətdir, dünyada nüfuzu artmaqdadır və bütün məsələlərdə olduğu kimi, bu məsələnin də sonrakı mərhələdə daha sivil yolla həlli istiqamətində daha mühüm addımlar atılacaq:

"Hörmətli qazilərimiz də bu məsələdə gərək daha səbrlə, təmkinlə addım atsınlar, o cümlədən aidiyyatı qurumlar da qazilərimizin müraciətlərinə daha çevik formada baxsınlar".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam