Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Kimin pulu varsa, savadı olan şəxslə qarşılıqlı anlaşma əsasında “alim” olur” – İLGİNC AÇIQLAMA

“Kimin pulu varsa, savadı olan şəxslə qarşılıqlı anlaşma əsasında “alim” olur” – İLGİNC  AÇIQLAMA 

Vaxtilə elm adamı olmaq, alim adını qazanmaq çox çətin idi. İndi isə məsələ xeyli bəsitləşb. İş o yerə çatıb ki, sosial mediada elmi işlərin, dissertasiyaların pul qarşılığında yazılması təklif olunur. Bu işi açıq biznes mənbəyinə çevirən şəxslərin sayı günbəgün artır. Müəyyən adamlar elmlə heç bir əlaqəsi olayan şəxslərdən pul alaraq onları “alim”ə çevirir. Bəs biz belə hallarla necə mübarizə aparmalıyıq?

Yenixeber.org: Mövzu ilə bağlı bizə danışan təhsil ekpserti Kamran Əsədov bildirib ki, günümüzdə dissertasiya işləri heç bir əhəmiyyət daşımır: “Sosial şəbəkələrdə diplom və dissertasiya işlərinin, o cümlədən digər elmi öhdəliklərin yerinə yetirilməsi ilə bağlı elanlar görürük. Bu işlə məşğul olanlar mütəxəssislərdir. Onlar elmi məqaləni “satışa” çıxarır. Azərbaycanda milli məclisin bəzi deputatları, icra hakimləri, müxtəlif yüksək vəzifəli məmurlar öz adlarının qarşısında elmlər namizədi və ya doktoru ifadəsinin olmasının onlara prestij gətirəcəyini düşünürlər.

Belə olan təqdirdə onlar hansısa məclisdə daha etibarlı adam hesab ediləcəklərini düşünürlər. Halbuki elm onların sahəsi deyil. Bu şəxslər maddi ehtiyacı olan şəxslərə pul qarşılığında elmi iş yazdırır. Məmurların akademik karyerada uğur əldə etməsinin səbəbi budur. Kimin pulu varsa, savadı olan şəxslə qarşılıqlı anlaşma əsasında “alim” olur”.

Gedib Lalə Azərtaşın verilişində otururlar" - Tolik efirə gəlməyən Kamran Əsədov haqda danışdı » BakiSesi.Com

Ekspertin fikrincə, bütün bunlar həqiqi elm adamlarımızın maddi vəziyyətinin yaxşı olmamasından irəli gəlir: “Təbii ki, belə məqalələrin böyük əksəriyyəti plagiat olur. Dissertasiya şuralarında, Ali Attestasiya Komissiyasında belə plagiat məqalələr aşkar edilir. Komissiya məqalələri ciddi şəkildə yoxlayır və plagiat işlər geri qaytarılır.

Lakin buna baxmayaraq belə faktların sayı çoxdur. Pul qarşılığında dissertasiya işlərinin yazılması indi adi hal alıb. Hətta universitet tələbələri belə diplom işini pul qarşılığında yazdırır. Lakin biz məsələnin dərinliyinə baxsaq, bunun nəticə olduğunu görə bilərik. Səbəb isə daha dərindir.

Elmlə məşğul olan adam görür ki, onun gəlir qazanmaq üçün başqa çıxış yolu yoxdur. O da məcbur olub belə bir yola əl atır. Vaxtilə hökmdarlar dahi Nizami Gəncəviyə pul qarşılığında əsərlər yazdırırdı. Yəni belə hallar həmişə olub.

Lakin məsələ burasındadır ki, Azərbaycanda elm artıq öz mahiyyətini itirib və ciddi qəbul edilmir. Buna görə də hər kəs hansısa mərhələdən keçmək üçün pul qarşılığında biliyini satır. Nə qədər xoşagəlməz olsa da, bu fakt danılmazdır”.(konkret.az)

Şəbnəm Mehdizadə


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam