Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

48 YAŞINDA ALİM OLUB, DİSSERTASİYASI ŞÜBHƏLİDİR –Fərhad Abdullayevi deyirlər…

ferhad

Bir neçə gün əvvəl Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin kəskin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyi və bu səbəbdən də dollar kreditlərinin hazırki məzənnə ilə qaytarılmalı olduğu haqda qərar verən və beləliklə də böyük çətinlik içində olan yüzminlərlə insanın maraqlarını heçə sayan Konstitusiya Məhkəməsinin sədri, sən demə 48 yaşında alim olubmuş. Üstəlik Fərhad Abdullayevin doktorluq işinin plagiat olduğuna dair də ciddi şübhələr var.

Yenixeber.org: Məlumata görə, bu barədə təhsil eksperti Etibar Əliyev“Facebook”da məlumat verib. O, bugünkü statuslarından birində yazır: “Fərhad Abdullayev bioqrafiyasında nə zaman namizədlik, nə zaman doktorluq müdafiə etməsinin tarixini göstərməyib. Aldığım səhih məlumata görə o, 48 yaşında namizədlik dissertasiyası müdafiə edib. 2011-ci ildə isə “Azərbaycan Respublikasında Konstitusiya İcraatının nəzəri və praktiki problemləri” mövzusunda müdafiə etdiyi dissertasiyaya görə ona hüquq elmləri doktoru elmi dərəcəsi verilib. Onun doktorluq dissertasiyasının plagiat olması barədə dövri mətbuatda əsaslandırılmış yazılar dərc olunub. İddia olunur ki, dissertasiya əsasən rus alimlərinin yazdıqları elmi işlərdən plagiatdır”.

48 yaşında alim olmuş, dissertasiyası şübhəli birinin manatın dollara nisbətdə məzənnəsinin 0.78 qəpikdən 1.70 manata sıçramasını “gözlənilməz” hesab etməməsi təbii ki, təəccüblü deyil. Yuxarıdan sifariş gəlsə, belə adamlar hətta üzümüzə durarlar ki, ümumiyyətlə Azərbaycanda dollarla kredit verilməyib, banklara şər atırıq.(azpolitika)

Rasim ƏLİYEV


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam