Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Dünyanı ərzaq böhranı gözləyir: Necə qorunmaq olar?!

 

Dünyanı ərzaq böhranı gözləyir:    Necə qorunmaq olar?!

Müharibənin yaradacağı çətinliklər hələ qarşıdadır...

Ukraynada gedən müharibənin dünyada ciddi ərzaq böhranına səbəb olacağı artıq heç kimdə şübhə doğurmur. İndi dövlətləri qayğılandıran başqa sualdır: Böhran zamanı ərzaq təhlükəsizliyini təmin etmək üçün hansı addımları atmaq lazımdır? Müharibə hətta qısa zamanda bitsə belə, doğurduğu böhran uzun olacaq və onun ağırlığı özünü 2023-cü ildə daha çox göstərəcək.
Yenixeber.org: Dünyanın ərzaqla təchizat zəncirində Ukraynanın rolu böyük və vacib idi. İndi isə təkcə Ukrayna yox, həm də sanksiyalara görə Rusiya bu zəncirdən çıxıb. Ukrayna hələ martın 9-da dənli bitkilərin ixracına embarqo qoydu. Martın 10-da Rusiya taxıl ixracını məhdudlaşdırdı. Əgər müharibə indi dayansa, Ukraynanın kənd təsərrüfatını əvvəlki vəziyyətə qaytarmaq üçün təxminən 20 milyard dollar investisiya lazımdır. Amma müharibənin nə vaxt bitəcəyini hazırda heç kim bilmir. Dünyada buğdanın 30%-i, günəbaxan yağının 75%-i indi müharibə alovuna bürünən Qara dəniz bölgəsindən gəlirdi. O dənizdən ki, indi minalar sərbəst şəkildə üzür, yük gəmiləri limanlardan çıxa bilmirlər. Bütün logistika sxemləri darmadağın olur.

Yaxın 12-18 ayda ərzaq böhranının ağır şəkil alacağını dünyanın bütün liderləri etiraf edirlər. “Böyük yeddiliy”in sonuncu sammitində geniş danışılan məsələlərdən biri də bu olub. BMT-nin proqnozuna görə, ərzaq məhsullarının qiymətində növündən asılı olaraq 30 faizədək artım və nəticədə qlobal yoxsulluğun dərinləşməsi gözlənilir. Problem özünü ilk növbədə Yaxın Şərqdə (Misir, Əlcəzair, Tunis) büruzə verəcək. Sonra Pakistan, İndoneziya, Banqladeş çətinliklə üzləşəcəklər. Paralel olaraq gübrənin çatışmazlığı və bahalığı Avropanın kənd təsərrüfatını vuracaq: əkin sahələri azalacaq, qiymətlər qalxacaq. Açıq deyək, dünyanın bəzi bölgələrinin aclıqla üzləşmək təhlükəsi realdır. Bu isə öz növbəsində yeni müharibələrə, çevrilişlərə gətirib çıxaracaq.
Hələ ki özünü təhlükəsiz hiss edən ancaq ABŞ-dır. Çin də martın 6-dan daxili ehtiyatları zənginləşdirmə rejiminə keçib.


Bunları deməkdə məqsədim həyəcan və təşviş yaratmaq deyil. Tam əksinə, indi soyuqqanlı şəkildə və sakit başla, təmkinlə ölçülüb-biçilmiş addımlar atmaq lazımdır. Artıq əksər ölkələr qabaqlayıcı tədbirlər görməyə başlayıblar. Azərbaycanda Nazirlər Kabineti əsasən ət məhsulları olmaqla 28 adda ərzaq növünün ixracatının tənzimlənməsi ilə bağlı qərar qəbul edib. Bu, ilkin addımdır, amma yəqin ki, yaxın gələcəkdə siyahını genişləndirmək və nəzarəti sərtləşdirmək lazım gələcək.

Fəqət məhdudlaşdırma və nəzarət işin ancaq bir tərəfidir. Məsələ ondadır ki, biz ərzaq böhranının başlanğıcını proqnozlaşdıra bilirik, sonunu isə yox. Amma böhran 2, hətta 3 il də çəkə bilər. Bu isə o deməkdir ki, Azərbaycan təcili şəkildə əsas strateji ərzaq məhsulları ilə özünü təmin etmək üçün addımlar atmalıdır. Bu mənada işğaldan azad olunmuş torpaqlarımızın kənd təsərrüfatı potensialının reallaşdırılması çox yerinə düşəcək.

Yerli ərzaq istehsalçılarının stimullaşdırılması üçün bəri başdan yubatmadan tədbirlər paketi qəbul olunmalı və maksimum effektivliklə həyata keçirilməlidir. Daxili bazarda süni qiymət artımlarına imkan verməmək üçün nəzarət gücləndirilməlidir.

Hökumətin davranışlarından hiss olunur ki, vəziyyəti düzgün qiymətləndirə bilir və lazım olan addımları atır. Vacib məqam odur ki, bu işlər təşviş yaratmadan görülməlidir. Dünyada gözlənilən böhran ölkəmiz üçün çətinlik yaratsa da, nəticələri çox ağır olmayacaq. Amma əsassız təlaşın və möhtəkirliyin nəticələri ağır ola bilər. Ona görə, hökumət atacağı addımlarda bunu da nəzərə almalıdır.



Əlibala Məhərrəmzadə
İqtisadiyyat elmləri doktoru, professor

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam