Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Unun və çörəyin qiyməti yenə artacaqmı?-Rusiya buğda ixracına qadağa tətbiq edir, dünya ərzaq böhranı ilə üz-üzədir

Yenixeber.org: Rusiya Ukraynaya hücumun üçüncü həftəsində dünya iqtisadiyyatından getdikcə daha çox tədric olunur. Kollektiv Qərbin və onun böyük iqtisadiyyata malik müttəfiqlərinin tətbiq etdikləri sanksiyaların sayı 6 minə yaxınlaşır. Rusiyanın, demək olar, bütün ticarət, ixrac məhsulları, bankları, strateji valyuta ehtiyatları qadağalar altındadır, uzun illər bu ölkədə fəaliyyət göstərən Qərb şirkətləri bir-birinin ardınca kapitallarını geri çəkirlər. İqtisadçılar bildirirlər ki, qonşu ölkəni dərin resessiya gözləyir.

Eləcə də Rusiya hərb maşının dəhşətli atəşi altında olan Ukrayna da ağır itkilər verir, ölkəyə dəyən zərərin miqdarı on milyardlarla dollarla ölçülür, müharibə yaxın zamanlarda dayansa belə, Ukraynanın özünə gəlib iqtisadiyyatını bərpa etməsi üçün illərlə vaxt lazımdır.

Britaniyada nəşr olunan “The Guardian” nəşrində dərc edilən məqalədə deyilir ki, Rusiya və Ukraynadan buğda tədarükünün dayandırılması halında dünyanın bir sıra regionları ərzaq qıtlığı və aclıqla üzləşəcək. Məqalədə bildirilir ki, bu barədə Ukrayna böhranı səbəbindən dünya 2008-ci il qlobal maliyyə böhranından sonrakı vəziyyətlə müqayisə oluna bilən qiymət artımı ilə üzləşib. Rusiya və Ukraynadan tədarükün kəsilməsi mövcud vəziyyəti daha da gərginləşdirə bilər. 

BMT-nin Ümumdünya Ərzaq Proqramının baş iqtisadçısı Arif Hüseynin sözlərinə görə, Ukrayna böhranının nəticələri dünyanın digər hissələrinə də təsir edəcək. 

Bu arada, Dünya Bankı qlobal əmtəə bazarlarında fevralın sonuna qiymətləri açıqlayıb. Hesabatda enerji daşıyıcılarının və ərzaq məhsullarının kəskin bahalaşdığı əks olunub. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə, kömür 2.2 dəfə, neft 2.2 dəfə, təbii qaz Avropa bazarında 4.5 dəfə, ABŞ-da 40%, soya yağı 37%, qarğıdalı 21%, buğda 38%, mal əti 35%, toyuq əti 69%, pambıq 53%, alüminium 55%, mis 18% bahalanıb.

“Taxıl və neftin qiymətləri bahalaşmaqda davam edir və hətta 2008-ci ilin ərzaq və yanacaq böhranından bəri müşahidə olunmayan göstəriciləri üstələyir”, – mütəxəssis izah edib.

Azərbaycanın qeyri-neft ticarətində Rusiya və Ukrayna birinci və ikinci pilləni bölüşürlər. Azərbaycan ən zəruri ərzaq məhsullarını, xüsusən buğdanı iki ölkədə tədarük edir, eyni zamanda onlara kənd təsərrüfatı məhsulları göndərir. Azərbaycan bu il Ukraynada icarə əsasında bir neçə min hektarlıq ərazidə taxıl əkməyi planlaşdırırdı. Amma dağıdıcı müharibə bütün planları dəyişib.

Rusiya Gömrük Tarifi və Qeyri-Tarif Tənzimlənməsi üzrə Alt Komitə Rusiya Federasiyasından Avrasiya İqtisadi İttifaqı ölkələrinə Qazaxıstan, Belarus, Qırğızıstan və Ermənistana taxıl məhsullarının ixracına 2022-ci il avqustun 31-dək müvəqqəti qadağa tətbiq edilməsi barədə qərarı təsdiqləyib. İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, Avrasiya İqtisadi İttifaqı ölkələrinə, həmçinin şəkər və xam şəkərin ittifaqdan kənara ixracına da qadağa qoyulub. 

Taxıl qadağası 31 avqust 2022-ci ilə qədər qüvvədədir. Buğda, çovdar, meslin, arpa, qarğıdalıya da aiddir. Eyni zamanda, Sənaye və Ticarət Nazirliyi tərəfindən verilən ixrac lisenziyaları üzrə tədarüklərə də istisna ediləcək. Məlumata görə, alt komitə Rusiyadan üçüncü ölkələrə ağ şəkər və xam şəkər qamışının ixracına müvəqqəti qadağa haqqında qərarı da təsdiqləyib.

Azərbaycanda bu ilin əvvəlində unun və un məhsullarının qiyməti 33 faiz bahalaşıb. Ötən il 50 kiloqramlıq kisəsi 27 manata satılan əla növ un hazırda bazarlarda topdan 36, pərakəndə isə 38-39 manata təklif olunur. Çörəyin qiymətindəki artım isə 40 faizdən çoxdur. Xatırladaq ki, Azərbaycana idxal olunan taxılda Rusiyanın payı 83 faizdir.

Beləliklə, müharibədən dolayı Azərbaycanda unun qiymətinin növbəti dəfə bahalaşması gündəmdədir. 

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli bildirib ki, Rusiyanın taxıl ixracı ilə bağlı qərarının Azərbaycan və Avrasiya İqtisadi İttifaqa (Aİİ) üzv olmayan ölkələrə aidiyyatı yoxdur. Onun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqı ölkələri əvvəlki kimi Rusiyadan asanlıqla güzəştli şərtlərlə buğda və meslin, çovdar, arpa, qarğıdalı əldə edə bilməyəcəklər:

“Rusiya Kənd Təsərrüfatı Nazirliyi hesab edir ki, Aİİ ölkələri cari mövsümdə rüsumsuz rejimdə lazımi həcmdə taxıl alıb. Taxıl İxracatçıları İttifaqının idarə heyətinin sədri Eduard Zernin mətbuata açıqlamasında deyib ki, Aİİ-dəki tərəfdaşlar çoxdan əsaslandırılmış taxıl həcmlərini alıblar. Zernin onu da qeyd edib ki, Qazaxıstan və Qırğızıstan Rusiya Federasiyası tərəfindən ixrac kvotası tətbiq edildikdən sonra taxıl alışının həcmini kəskin şəkildə artırıblar. Rusiya Taxıl İttifaqının vitse-prezidenti Aleksandr Korbut da mətbuata bildirib ki, Qazaxıstan nəzərdə tutulduğundan 2,5 milyon ton artıq buğda alıb. O, hesab edir ki, Rusiya taxılı daxili Qazaxıstan tranziti ilə başqa bazarlara, Aİİ üzvü olmayan Özbəkistana gedir. Halbuki Özbəkistan o həcmdə Rusiyadan buğda idxal etməklə ixrac rüsumu ödəməli idi. Beləliklə, dünya bazarında buğdanın qiymətinin kəskin şəkildə bahalaşdığı bir vaxtda Rusiya hökuməti çalışır ki, taxılın ittifaq ölkələri hüdudlarından kənara ixracın qarşısını alsın və bu imkanlara özü sahib olsun. Rusiya hökuməti şəkər və xam şəkərin ittifaq ölkələrinin hüdudlarından kənara ixracına qadağanın tətbiq edilməsini hazırkı şəraitdə daxili bazarın qorunması ilə əlaqələndirir. Apardığımız araşdırmalar göstərir ki, son bir neçə gün ərzində Rusiya bazarında çox ciddi şəkər qıtlığı yaranıb”. 

Mütəxəssis qeyd edir ki, Azərbaycan ərzaq buğdasına olan tələbatının əsas hissəsini, bəzi illərdə 55-60%-ni, bəzi illərdə isə hətta 70%-ni Rusiyadan idxal edilən buğdanın hesabına ödəyir: “Azərbaycanda istehlak edilən ümumi bitki yağının 33%-ni, şəkər istehsalı üçün istifadə edilən xam şəkərin 45%-ni də Rusiyadan idxal edilir. Rusiya buğdanın ixrac rüsumunu artırsa, Azərbaycanda buğdanın, unun, un məmulatlarının və çörəyin qiymətlərində artım gözlənilir”.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam