Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

Rusiyada görünməmiş ərzaq növbəsi-FOTO+VİDEO

 

Rusiya Ukraynaya qarşı müharibənin üçüncü həftəsində mağazalarından əsas ərzaq məhsullarının, o cümlədən rəflərdən şəkərin yox olması ilə üzləşib. Bu ağır ərzaq böhranına çevrilən vəziyyət artıq rusiyalıları ərzaq panikasına salmağa başlayıb.

Yenixeber.org: Sosial şəbəkələrdə və regional mediada Rusiyanın regionlarında böyük miqdarda şəkər almağın mümkünsüzlüyü barədə məlumat yayılır. Bəzi mağazalara şəkər gətirilsə də, bu ərzaq məhsulunun dərhal qurtardığını bildirirlər. Artıq digər məhsullarla bağlı da problemlər başlayıb. Belə ki, mağazalarda günəbaxan yağı və dənli bitkilər əldə etmək çox çətindir.

Qiymətlər də sürətlə qalxır, bu da öz növbəsində ruslar arasında panikanı getdikcə daha çox artırır. Rusiya hakimiyyəti artıq bir nəfərə əsas məhsulların satışını məhdudlaşdırmağı tapşırıb, lakin bu da vəziyyəti kökündən dəyişməyib.

 

Saratovda mərkəzi meydanda əhali böyük növbəyə düzülüb. Bura böyük yük avtomobillərlə şəkər gətirilib. İnsanlar 2 saatdan çox növbədə dayanır və yenə də bir paketdən artıq şəkər ala bilmir: rəhbərliyin göstərişi ilə artıq almaq mümkün deyil. Növbəyə duran Saratov sakinləri deyirlər ki, baş verənlər Sovet İttifaqının növbələri və əsas ərzaq qıtlığına qayıtmasına bənzəyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam