Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Rusiyaya qarşı “görünməmiş sanksiyalar” - Bakının itki və qazancları...

Rusiyaya qarşı “görünməmiş sanksiyalar” – Bakının itki və qazancları…

Ukrayna ətrafında beynəlxalq gərginlik səngimir. Yanvarın son ongünlüyündə Rusiyanın bu ölkəyə hərbi müdaxilə hazırlıqları beynəlxalq münasibətləri son həddə qədər gərginləşdirdi. Son günlər Rusiyanın Ukrayna ilə bağlı ritorikasında müəyyən yumşalmalar hiss olunsa da, ABŞ və Qərb dövlətləri təhlükənin sovuşmadığı qənaətindədirlər. Buna görə də Rusiyaya qarşı gözlənilən “görünməmiş və çox sərt sanksiyalar”ın tətbiqi məsələsi aktual olaraq qalır. Artıq ABŞ və Avropa İttifaqının sanksiya paketi ilə bağlı bütün məqamları razılaşdırdıqları bildirilir. Hətta ABŞ və Avropadan Ukraynaya müdaxilə olmasa belə, Rusiyaya qarşı sərt sanksiyaların bir qisminin tətbiq olunması təklifləri səslənməkdədir.

Yenixeber.org: Məlumdur ki, Rusiyaya qarşı yeni sanksiyalar paketi aşağıdakı iqtisadi tədbirləri nəzərdə tutacaq: 1. İri banklara valyuta konvertasiyasının məhdudlaşdırılması; 2. İxrac nəzarətinin gücləndirilməsi, ixrac və idxalın məhdudlaşdırılması və qadağan olunması; 3. Mühüm texnologiyaların əldə edilməsinə məhdudiyyət. Böyük Britaniya və ABŞ-ın təkidlərinə rəğmən Avropa ölkələri Rusiyanın beynəlxalq SWIFT ödəniş sistemindən xaric edilməsində yekdil deyil və bunun baş verəcəyi real görünmür. Əvəzində Rusiyanın böyük banklarının valyuta mübadiləsi əməliyyatlarına qadağa qoyulması müzakirə olunur. (bakı-xəbər).

Şimal qonşumuza qarşı yeni sanksiyaların  Azərbaycana hansı mümkün təsirləri ola biləcəyi də maraq doğurur. Çünki Rusiya ölkəmizin əsas ticarət tərəfdaşları sırasında yer alır. 2021-ci ildə Rusiyadan 2 milyard 74 milyon 311.78 min dollarlıq mal alıb, 920 milyon 819.53 min dollarlıq mal satmışıq. İdxalımızın 17,72 faizi, ixracımızın isə cəmi 4.15 faizi bu ölkənin payına düşür. Lakin qeyri-neft, xüsüsilə də kənd təsərrüfatı məhsulları ixracımızda Rusiyanın payı çox yüksəkdir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına əsasən, 2021-ci ilin yanvar-dekabr ayları ərzində 2,7 milyard dollarlıq qeyri-neft ixracımızın 877,8 milyon dolları Rusiyaya reallaşdırılıb. Bunun çox böyük hissəsi aqrar məhsullardır.

Nəşrlərin elektron versiyaları | Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan ixrac olunan  39 milyon 873,14 min dollarlıq 91 min 873,83 ton kartofun 38 milyon 315,65 min dollar dəyərində 85 min 54,66 tonu, 140 milyon 581,55 min dollarlıq 129 min 631,23 ton pomidorun, 138 milyon 317 min dollar dəyərlə 124 min 910,35 tonu,  3 milyon 757,49 min dollar dəyərində 13 min 717,17 ton soğanın 2 milyon 665,6 min dollar dəyərlə 6208,86 tonu, 7 milyon 879,83 min dollarlıq 5882,02 ton xiyarın 7 milyon 825,77 min dollar dəyərlə 5814,77 tonu,  95 milyon 77,58 min dollarlıq 16 min 44,51 ton qabığı təmizlənmiş meşə fındığının 43 milyon 414,31 min dollar 7265,41 tonu,  32 milyon 806,51 min dollarlıq 59 min 579,76 ton almanın 31 milyon 819,02 min dollar dəyərlə 56 min 245,36 tonu, 31 milyon 76,37 min dollar dəyərində 19 min 442,99 ton təzə albalı və gilas, digərlərinin 30 milyon 953,73 min dollar dəyərlə  19 min 277,31 tonu, 29 milyon 239,81 min dollarlıq 23 min 395,09 ton şaftalının (nektarinlər də daxil olmaqla) 28 milyon 998,78 min dollar dəyərlə 22 milyon 847,65 min tonu Rusiyaya satılıb. Bu rəqəmlər göstərir ki, Azərbaycan kənd təsərrüfatı ixracı demək olar ki, 90 faiz bir ölkənin – Rusiyanın üzərində qurulub. Qərbin sərt sanksiyaları fonunda bu ixracın həcmində artım ola bilərmi? Mövcud vəziyyətdə bu, real görünmür. Belə ki, Rusiya Avropadan ərzaq, xüsusilə də kənd təsərrüfatı məhsullarının idxalını 2015-ci ilin avqustundan Krımın ilhaqına görə tətbiq olunan sanksiyalara cavab olaraq tam dayandırıb. Birlik ərazisindən ölkəyə bütün növ ərzaq, o cümlədən kənd təsərrüfatı məhsullarının idxalı qadağan edilib. Qadağa, həmçinin, ABŞ, Ukrayna, Nirveç, Kanada və Avstraliyaya da aiddir. Bu qadağaya qədər Rusiyaya meyvə-tərəvəz idxalının 40 faizi Avropa Birliyi ölkələrindən reallaşdırılırdı. Ayrı-ayrı məhsullar üzrə  bu göstərici 50 faizə qədər idi. Qadağa qüvvəyə mindikdən sonra keçmiş Sovet respublikaları, həmçinin Yaxın Şərq ölkələrindən idxal sürətlə artdı. Hazırda Rusiyanın aqrar idxalının böyük hissəsi Əlcəzair, Misir, Türkiyə, Belarus, Azərbaycan, Özbəkistan və Çindən reallaşdırılır.

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb - Yeni Gəncə

Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracındakı sürətli artımın əsas səbəbi də məhz Avropadan idxalın dayandırılmasıdır. Lakin təcrübə göstərir ki, hansısa məhsulun idxalı, yaxud ixracında Rusiyadan asılı olmaq heç də yaxşı perspektiv vəd etmir. Bunu Moskvanın 2015-ci ildə təyyarə olayından sonra Türkiyədən pomidor idxalına qadağa qoymaqla türk sahibkarlarına külli miqdarda zərər vurması nümunəsində müşahidə etmişik. Rusiyanın etibarlı tərəfdaş olmadığını 2020-ci ilin son aylarında Azərbaycandan pomidor və alma idxalına tətbiq edilən qadağa nümunəsində özümüz də görmüşük. Bu qadağa nəticəsində 2021-ci il ərzində Azərbaycandan pomidor ixracı 160 milyon 228.84 min dollar dəyərində 145 min 216.59 ton təşkil edib. Halbuki 2020-ci ildə pomidor ixracımız 201 milyon 353.53 min dollar dəyərlə 187 min 539.39 ton təşkil etmişdi və bunun 95 faizə qədəri məhz Rusiyaya satılmışdı. Bütün bunlar aqrar ixracın bir ölkədən asılılığınn yarada biləcəyi problemlərin miqyasını təsəvvür etməyə imkan verir.

Proqnozlara görə, sanksiyalar tətbiq edilsə, Rusiyanın maliyyə və daşınmaz əmlak sektoruna Azərbaycan Dövlət Neft Fondunun yerləşdirdiyi vəsaitlərdən əldə olunan gəlirlər aşağı düşəcək. Eyni zamanda Rusiyanın əmlak bazarına yerləşdirilən vəsaitlərdən də əldə olunan gəlirdə dəyişiklik baş verəcək. Belə ki, fond 2013-cü ildən Rusiyanın paytaxtı Moskva şəhərində daşınmaz əmlaka, həmçinin VTB Bankda səhmlərə investisiya edib. Fondun daşınmaz əmlaka investisiyanın həcmi 130 milyon dollar, VTB Bankın 3 faiz səhminə investisiyasının isə 500 milyon dollara yaxın olduğu məlumdur. Fondun açıqladığı məlumata görə, 2021-ci ilin sonuna 45 milyard dollardan yuxarı olan investisiya portfelinin 0,6 faizi Rusiya rublundadır. Bu isə rublun kəskin dəyərsizləşməsindən Neft Fondunun itkilərinin olmasını labüd edir.

Bundan əlavə, ABŞ və Avropanın sanksiyaları Moskvada Tverskaya 16 ünvanında yerləşən ticarət və ofis mərkəzindən də fondun gəlirlərinin azalmasını şərtləndirə bilər. Məlumat üçün bildirək ki, 2021-ci ilin 9 ayında Moskvada Tverskaya 16 ünvanında yerləşən ticarət və ofis mərkəzindən Neft Fondu 2 milyon dollardan bir qədər artıq, məzənnə dəyişiklikləri nəzərə alınmadan 4,56 faiz gəlir əldə edib.

Rusiyaya qarşı sanksiyalar Azərbaycana da təsirsiz ötüşməyəcək | Banco.az

Bundan başqa, sanksiyalardan sonra rublun ucuzlaşması Rusiyadan ixrac olunan məhsulların maya dəyərinin aşağı düşməsinə gətirib çıxaracaq. Yəni Rusiyadan Azərbaycana ixrac olunan məhsulların qiymətinin ucuzlaşması baş verəcək. Bu da Rusiyadan ucuz idxalın artması nəticəsində yerli məhsulların rəqabətdə uduzmasına gətirib çıxaracaq.

Bu qeyd etdiklərimiz ilkin gözlənilən problemlərdir. Amma sanksiyalar sərtləşərsə, təsir daha böyük sektorları əhatə edə bilər. Rusiya gömrük orqanının məlumatına əsasən, 2021-ci ilin yanvar-noyabrında ölkənin idxalı 266,5 milyard dollar təşkil edib. Bu, 2020-ci ilin eyni dövründəki ilə müqayisədə 27,2 faiz artım deməkdir. Bu həcmin 49,3 faizini maşın və avadanlıqlar təşkil edib. Onların da 52.7 faizi uzaq xaricdən – əsasən Avropa və ABŞ-dan, 20,7 faizi MDB ölkələrindən alınıb.

Ərzaq məhsulları və onların istehsalı üçün xammal idxalı ümumi idxalın 11,6 faizinə bərabər olub. Qeyd olunan dövrdə Rusiyanın ümumi ticarətinin 35,9 faizi  Avropa İttifaqının payına düşüb. Bu zaman Almaniya ilə qarşılıqlı ticarət 51,4 milyon dollar, Niderlandla 41,8 milyard dollar, ABŞ-la 31,2 milyard dollar, İtaliya ilə 27,5 milyard dollar, Böyük Britaniya ilə 24,2 milyard dollar, Polşa ilə 19,9 milyard dollar, Fransa ilə 19,6 milyard dollara çatıb. Nəzərə alsaq ki, Rusiyanın Avropa və ABŞ-dan idxalının mühüm hissəsini maşın və avadanlıqlar, yüksək texnologiyalar təşkil edir, onda sanksiyaların ortamüddətli dövrdə Rusiyada bütün növ sənaye məhsulları istehsalını kəskin azaldacağını söyləyə bilərik. Rusiyada daxili istehsalın böyük bir hissəsi müdafiə sənayesinin sifarişləri əsasında həyata keçirilir. Müasir avadanlıqlar, texnologiyalar olmadığı halda bu istehsalın azalması, yaxud dayanması qaçılmaz olacaq. Bura həmçinin əczaçılıq sənayesini də əlavə etmək olar. Rusiyanın əczaçılıq sənayesi Avropa xammalından kəskin asılıdır. Bu sahələrdəki problemlər bütün ölkədə sənayenin inkişafdan qalmasına gətirib çıxara bilər. Bu isə ümumilikdə ölkədə gəlirlərin azalması, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi, son nəticədə isə Azərbaycan məhsullarına tələbatın düşməsinə səbəb olar.

Rusiya iqtisadiyyatında ciddi problemlərin yaranması bu ölkədən Azərbaycana sərmayə qoyuluşlarının da azalmasını şərtləndirəcək. Ötən ilin dekabr ayında açıqlanan statistikaya görə, Rusiyanın Azərbaycana yatırdığı sərmayələrin həcminin 4,5 milyard ABŞ dollarına, Azərbaycanın bu ölkəyə qoyduğu investisiyaların həcmi  isə 1,5 milyard dollara çatıb. Azərbaycanda Rusiya kapitalına əsaslanan 1110 müəssisə qeydiyyata alınıb./musavat/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam