Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ukrayna - Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər

Ukrayna Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər
Ukrayna hökuməti Kiyevin nəzarətində olmayan ərazilərdə yerləşən və Rusiyanın hərbi-sənaye kompleksinin müəssisələri ilə əməkdaşlıq edən şirkətlərə qarşı sanksiya tətbiq edə bilər.
Yenixeber.org: Bu barədə Ukrayna Nazirlər Kabinetinin cari ilin 27 noyabr tarixli, hökumət saytında dərc edilmiş məlumatında deyilir.

Ukraynanın müvəqqəti işğal edilmiş ərazisində olan Rusiya Federasiyasının hərbi-sənaye kompleksinin müəssisələrinə material, avadanlıq və xidmətlər tədarükü ilə məşğul olan hüquqi şəxslərə üç il müddətinə fərdi xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlərin (sanksiyaların) tətbiqi ilə bağlı təklifləri təsdiqləmək və bir ay müddətində Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasına təqdim etmək tapşırılıb.

Bundan başqa ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının fərdi xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlı qərarı qüvvəyə mindikdən sonra Xarici İşlər Nazirliyinə oxşar məhdudlaşdırıcı tədbirlərin tətbiqi məsələsini nəzərdən keçirmək üçün Avropa İttifaqı, ABŞ və digər dövlətlərin səlahiyyətli orqanlarına məlumat vermək tapşırılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam