Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“XƏSTƏXANALARDA ”DELTA"dan VƏZİYYƏTİ AĞIRLAŞAN UŞAQLAR VAR" -"Bu, tədrisin təşkilində ciddi problemlər yarada bilər"

"COVİD pasportu olmayanlara xidmət göstərilməməsi Konstitusiyaya ziddir"

Yenixeber.org: Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun “Mu” adlı yeni variantını izləyir. Təşkilat bununla bağlı açıqlamasında bildirib ki, ‘’Mu’’ variantı hələ tam tədqiq olunmayıb, amma mutasiyalar onun COVİD-19 peyvəndlərinə duruş gətirə biləcəyi riskini yaradır və ÜST bundan narahatdır. ‘’Mu’’ variantına yoluxma ilk dəfə bu ilin yanvarında Cənubi Amerikada qeydə alınıb. Hazırda Cənubi Amerika ilə yanaşı Avropanın da bəzi ölkələrində virusun bu növünə yoluxanlar var.

Virusun digər variantları ilə müqayisədə ‘’Mu’’ya yoluxmaların sayı hələ ki cüzidir. Virusun adı yunan əlifbasının 12-ci hərfindən götürülüb. Elmi dairələrdə ‘’Mu’’ variantı B.1.621 kimi təsnif edilib.

Yeni variantların (ştamların) yaranması haqda əvvəl danışanda deyirdilər ki, tədricən mutasiya virusun öldürürücülük və yayılma qabiliyyətini azaldacaq və sairə. Amma “Delta” ştammı göstərdi ki, əksinə, mutasiya daha təhlükəli varianta çevrilə bilir. Üstəlik, bundan əvvəlki ştamm-COVİD-19 uşaqlara zərər vermirdi, indi isə Azərbaycanda da son günlər hətta uşaqların koronavirusdan ağırlaşması qeydə alınıb. Mütəxəssislər bunun səbəbini koronavirusun təhlükəli “Delta” ştammının ölkəmizdə də sürətlə yayılmasında görürlər. Məlum olduğu kimi, “Delta” ştammı uşaqlarda da ağır fəsadlara yol aça bilir. Yeni ‘’Mu’’ ştammından nə gözləyək? Uşaqları təhlükəli “Delta” ştammından necə qorumalı?

Mövzu ilə bağlı  Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assistenti, həkim-infeksionist Nilufər Məmmədova danışıb: “İlk öncə deyim ki, Kolumbiyada ‘’Mu’’ ştammı ilə əlaqədar genişmiqyaslı tədqiqat aparılmayıb. Ona görə də klinik gedişatı necə olacaq, risk qrupuna kimlər daxil olacaq, qorunma qaydalarında bir dəyişiklik olacaqmı və sairə bu suallarla bağlı indidən dəqiq bir söz demək mümkün deyil. Bu haqda ÜST-in məlumatlarını gözləyirik. Bildiyimiz odur ki, hazırda Kolumbiyada yoluxanların də ortalama götürsək, 30-40 faizi ”Mu" ştammına yoluxub. Bu da onu göstərir ki, əslində o ştammın da yoluxduruculuğu heç də az olmayacaq. Ancaq yenə də panikaya qapılmayaq, qorunma qaydalarına ciddi bir dəyişiklik olacağını düşünmürük. Yenə də sosial məsafə, əl gigiyenasına əməl etmək, xüsusən də məktəblərin açıldığı vaxtda otaqların tez-tez havalandırılması, uşaqların əl gigiyenası qaydalarına vərdiş etdirilməsi, simptomları olan uşaqların məktəbə göndərilməməsi və sosial məsafənin məktəblərdə gözlənilməsi kimi qaydalara nəinki məktəb işçilərinin, müəllimlərin, tərbiyəçilərin, eyni zamanda da valideynlərin də diqqətlə yanaşmasını xahiş edirik".

 

Nilufər Məmmədova

 

İnfeksionist son günlər uşaqlar arasında da virusdan ağırlaşmaların olduğunu deyib: “Hazırda ölkəmizdə də bu səbəbdən xəstəxanada müalicə alan uşaqlar var. Ölkəmizdə ”Delta" ştammının üstünlük təşkil etdiyini nəzərə alaraq, bu uşaqların da bu ştamma yoluxma nəticəsində ağırlaşmaların olduğunu düşünürük. Bu uşaqların bəzilərinin yanaşı xəstəlikləri olduğu halda, bəzilərinin heç bir yan xəstəliyin olmadan da ağırlaşmaların müşahidə olunduğunu görürük. Buna görə də, qorunma qaydalarından əvvəl böyüklərdən ciddi tələb etdiyimiz halda, indi uşaqlardan da xüsusən də məktəbə gedən, bağçaya gedən uşaqlar arasında da qorunma qaydalarına ciddi riayət olunmasını xahiş edirik. “Mu” ştammının uşaqlara təsiri ilə bağlı heç bir məlumat əldə etməmişik. Çünki yoluxanların sayı o qədər azdır ki, yoluxanlar üzərində klinik tədqiqat aparıb bir nəticəyə gəlmək hazırda mümkün deyil".

 

Nuran Abdullayev

 

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev isə bildirib ki, hazırda dünyada, eləcə də Azərbaycanda uşaqlarla, xüsusən də məktəblilərlə olan vəziyyət elmi əsaslı yeni strategiyalar tələb edir: “Uşaqlarda Long-COVİD təhlükəsi nəzərə alınaraq onların maksimum şəkildə qorunması və zamanında virusa yoluxmalarının aşkar edilməsi çox vacibdir, əks halda ölkənin səhiyyə sistemində yaranacaq yüklənmədən dolayı uşaqlara da lazımi tibbi xidmətin göstərilə bilməməsi qaçılmaz ola bilər.

Müasir testlərin məktəblərdə ən son elmi əsaslı strategiya ilə tətbiqi tədrisin distant deyil, məktəblərdə davamlı keçirilməsinə birbaşa şərait yaradır. Əks halda, “Delta” variantının özünəməxsus yüksək yoluxduruculuğu məktəblilər arasında, daha dəqiq desək, ümumiyyətlə, tədrisin təşkilində ciddi problemlər yarada bilər".

 

Natiq Cəfərli

 

Yeri gəlmişkən, sentyabrın 1-dən Azərbaycanda karantin rejimi uzadıldı, toylarda koronavirus pasportuna olan tələblər sərtləşdirildi. Bu arada, Respublikaçı Alternativ Partiyası Azərbaycanda koronavirus pasportunun tətbiqi metodunu konstitusiyaya zidd sayıb. Partiyanın Siyasi Komitə üzvü Natiq Cəfərli deyib ki, partiya qaydanın ana qanuna uyğunluğuna aydınlıq gətirməsi üçün Konstitusiya Məhkəməsinə sorğu verməyə hazırlaşır. Bəs görəsən, partiyanın bu addımı “vaksin dissidentlərini” həvəsləndirməyəcək ki?

Mövzu ilə bağlı Natiq Cəfərli danışıb: “Əslində REAL-ın mövqeyi ondan ibarətdir ki, Azərbaycanda insanların bərabərlik hüququ pozulmasın. COVİD pasport ilə bağlı vətəndaşlara konstitusiya tərəfindən verilmiş bərabərlik hüququ pozulur. Hətta indi özəl müəssisələrdə, kafe və restoranlarda bunun tətbiqini haradasa anlamaq olar. Amma bəzi dövlət qurumları, dövlət idarələri belə ayrı-seçkiliyə yol verirlər. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və dost mərkəzlərində və başqa sahələrdə COVİD pasportu olmayan vətəndaşlara xidmət göstərilmir. Yəni onların ərizələrinə, müraciətlərinə baxılmayacağı ilə bağlı bəyanatlar olub. Bu, ümumiyyətlə, nonsesdir, doğru deyil. Azərbaycanda, ümumiyyətlə, COVİD pasportlarının tətbiqi ilə bağlı ciddi problemlər var. Bizim də əsas istəyimiz və qayəmiz ondan ibarətdir ki, Konstitusiya Məhkəməsi bununla bağlı hüquqi şərh versin. Bu, tarix üçün də, hüquq üçün də çox önəmlidir. Tətbiq olunan qərarlar, qaydalar Azərbaycanda insanların bərabərlik hüququnu pozur, yoxsa pozmur. Bu, çox vacib məsələdir. Mənə elə gəlir ki, bununla bağlı Konstitusiya Məhkəməsinin şərh verməsi doğru olardı. Bizim dediyimizin ”dissidentliyə çağırış", həvəsləndirmə ilə heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə, mənim bu sözdən o qədər də xoşum gəlmir. “Vaksin dissidentləri” bəzən damğaya çevrilib. Bu xəstəliklə bağlı, virusla bağlı, onun hüquqi və başqa tərəfləri ilə bağlı sual verənləri damğalayırlar, bu doğru deyil. Yəni virusla bağlı o qədər suallar var ki, virusun yayılması ilə bağlı və hökumətlərin tətbiqi ilə bağlı o qədər suallar var ki, bunları vətəndaşlar verməlidirlər. Vətəndaşların sual vermək və cavab almaq hüququ olmalıdır. Məsələn, indi İsrail baxmayaraq, əhalinin böyük bir hissəsi vaksin olunub (80 faiz), amma yenidən virusun ən yüksək dalğanı yaşayır. İsraildə də ciddi müzakirələr aparılır, hökumətə də, həkimlərə də, ümumiyyətlə, bu məsələ ilə bağlı çox ciddi suallar var. Yəni bu olmalıdır, mütləq baş verməlidir. Bu çox pis xəstəlikdir, tez bir zamanda yayılır. İl yarımdan çoxdur ki, insanlara, bəşəriyyətə çox böyük zülm edib. Amma bu o demək deyil ki, bundan istifadə edib, insanların haqq və azadlıqlarını məhdudlaşdırmaq da olar. Yəni bizim əsas məqsədimiz insanları bu yöndə bilgiləndirməkdir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam