Mehdi Səlimzadə vətəndaşı ölüm aclığına sövq edir.... -VİDEO
Yenixeber.org: Redaksiyamızın elektron poçtuna Göyçay rayonu Həbibi küçəsi ev 50 sakini Azadov Seymur Əlibala oğlunun şikayət məktubu daxil olub. Müəllif məktubunda Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin onu ölüm aclığına təhrik etməsindən bəhs edir. Aktuallığını nəzərə alıb müraciəti olduğu kimi dərc edirik:
"Göyçay rayon icra hakimiyyəti başçısı Mehdi Səlimzadənin qanunsuz əməllərinə, mənə qarşı etdiyi saxtakarlıqlarına etiraz olaraq bu gündən ölüm açlığı aksiyasına başlayıram. Əgər mən buna görə ölərəmsə məsuliyyəti bir başa Mehdi Səlimzadənin üzərinə düşəcək. 4 azyaşlı uşağımın boğazının çörəyinə bais olan Mehdi Səlimzadənin saxtakarlığını subut edən sənədləri təqdim edirəm xahiş edirıəm diqqət edin. Bəlkə də Azərbaycan Respublikasında ilk dəfədir ki, icra başçısı belə açıq-aşkar saxtakarlğa yol verir.
Göyçay rayonunun Çayarxı kəndi ərazisində 23 ildir ki, avtomobillərin təmiri sexində mühərrik ustası kimi fəaliyyət göstərirdim. 17 fevral 2017-ci il tarixdə Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin göstərişi ilə avtomobillərin təmiri seximiz qanunsuz olaraq dağıdıldı. Sonra məndən 5000 manat pul alıb köhnə sexin yaxınlğından mənə 40 kv- m ölçüdə torpaq sahəsi verdilər.Həmin pulu məndən Göyçay rayon İcra Hakimiyyətinin arkitektora şöbəsinin Kamil adlı əməkdaşı aldı və dedi ki, pul Mehdi Səlimzadəyə çatacaq. Mənə sənədlər verildi.İnanıb inşa işlərinə başladım.Həmin vaxt bir nəfər vətəndaş gəlib bildirdi ki, bu yer mənə məxsusdur və sənədini təqdim etdi. Baxıanda məlum oldu ki, həmin şəxsə bu yer 1996-cı il tarixdə satılıb. Bununlada məlum oldu ki, Mehdi Səlimzadə məni aldadıb 5000 manat pulumu alıb saxta sənəd verib.Bu isə cinayət əməlidir ki, Mehdi Səlimzadə etmişdir. İndi isə qalmışam çıxılmaz vəziyyətdə.Çadır qurub işləmək istəsəmdə alınmır. Çünki yayda istidən, qışda qardan-yağışdan orada işləmək olmur. Köhnə seximə yaxın ərazidə boş yerlər var ki, oradan mənə 40-45 kv-m torpaq ayıra bilərlər. Ancaq qəsdən bunu etmirlər çünki onların saxtakarlıqlarından şikayətlər etmişəm. İcra başçısı Mehdi Səlimzadə mənimlə ədavət aparır".
Mehdi Səlimzadə vətəndaşı ölüm aclığına sövq edir....
Daha sonra daxil olan müraciətdə deyilir: "Himayəmdə böyüyünün 13, kiçiyinin isə 5 yaşı olmaqla 4 azyaşlı övladım var, həyat yoldaşım işləmir. Valideyinlərim atam 1-ci, anam isə 2-ci qrup əlildir. Qardaşım subay və işsizdir. 9 nəfəlik ailənin yeganə qazanc yeri həmin təmir sexindən əldə olunan gəlir idi.İndi 9 nəfərlik ailə valideyinlərin əlilliyə görə aldığı cüzi təqaüdün ümüdünə qalıb. Daha doğrusu aclıq səfalət içində yaşamağa məhkum edilmişik. Mehdi Səlimzadənin korrupsiya əməlləri, özbaşınalığı bizi cana yığıb özümüzü öldürmə həddindəyik. Mehdi Səlimzadənin torpaq alveri camaatı boğaza yığıb, insanlara əziyyət verir. Sanki bu adamı bura icra başçsı yox torpaq alverçisi təyin ediblər.
Mən Mehdi Səlimzadənin məlum əməlllərinə etiraz olaraq bu gündən başladığım aclıq aksiyasını ölənə kimi davam etdirəcəm. Ölərəmsə, məsuliyyəti icra başçsının üzərinə düşəcək. Ümüdüm ancaq Allaha qalıb".
Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...