Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Mehdi Səlimzadə I qrup əlili acından öldürməklə hədələyib(?)-FOTOLAR

 Yenixeber.org: Redaksiyamıza Göyçay rayon H.Əliyev küçəsi ev 176 sakini 1-ci qrup əlil Əhmədov Şahin İdris oğlunun müraciəti daxil olub. Müəllif müraciətində 9 yaşından serebral iflic olmasını və iki ailə üzvünün də 2-ci qrup əlil olmasını qeyd etməklə, yaşadığları evin bərbad durumda olmasından və Göyçay Rayon İcra Hakimiyyətinin aqressiv münasibətindən yazır. Yazıda yer alan ittihamlarla bağlı qarşı tərəfi dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu. Yazını olduğu kimi Siz də oxuyun:   

"Mən Əhmədov Şahin İdris oğlu 1956-cı ildə Göyçay rayonunda anadan olmuşam.1965-ci ildə 9 yaşım olanda serebral iflici nəticəsində hər iki əl və ayağımdan məhrum olmuşam. Həmin vaxtdan məni əlil arabasında gəzdirirlər. Valideyinlərimin köməkliyi ilə orta təhsil almışam. Ailəliyəm,iki övladım var. Hər ikisi ailəlidir. Həmçinin həyat yoldaşım və oğulum da acınacağlı xəstədirlər, əlildilər.
Bizim ailə mənim aldığım pensiya ilə dolanır. Üstəlik hər ay müalicəmi də pensiyamın pulu ilə etdirirəm.
Bizim ailə 1950-ci ildə tikilmiş qəzalı evdə yaşayır. Xüsusən də evin dam örtüyü çox bərbad vəziyyətdədir. Yağan qar-yağış tamamilə evə dolur. Dəfərlə rayondakı aidiyyati qrumlara məlumat vermişəm. Bir müddət öncə rayonda əsən güclü külək nəticəsində evin dam örtüyündəki şiferləri külək daha da aralı etdi. İndi yağan yağış əvvəlkindən daha çox evə dolur. Göyçay rayon icra başçısının 1-ci muavini İkram Vəliyevin və icra aparatının bir çox məmurlarının qəbulunda olmuşam. Onlar isə bizim fondda pul olmadığını deyərək məni yola veriblər.
İcra başçısı Mehdi Səlimzadə mənə deyir ki, yüksək vəzifəli şəxslərə şikayət etsən, sənin üçün böyük problem yaradarıq, pensiyanı kəsdirib səni acından öldürərik.

Keçən həftə məni rayon icra aparatına çağırdılar. Bundan öncə prezidentə və baş nazirə yazdığım məktublara görə məni incitdilər və təkrarən təhdid etdilər ki, sənin üçün çox pis olar, ağıllı ol dedilər. 17 oktyabr 2019-cu il tarixdə isə Göyçay rayon İcra hakimiyyətliyindən və rayon Mənzil Istismarı idarəsindən bzə nümayəndələr gəlib dedilər ki, bizim büdcədə evi təmir edəcək həmin məbləğ yoxdu.
Qeyd edim ki, Mehdi Səlimzadə Göyçaya icra başçısı təyin olunandan bu günə qədər ancaq torpaq satmaqla, bazar maqazin açmaqla məşğuldur. Onun yarıtmaz fəaliyyətinə görə rayon sakinləri əziyyət çəkirlər.
Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevdən xahiş edirəm nümayəndənizi göndərib gəlib 3 nəfər əlilin yaşadığı mənzilin hansı bərbad vəziyyətdə olmasını öz gözləri ilə görsünlər və Sizə məruzə etsinlər. Mən köməyi Sizdən və Allahdan istəyirəm.Göyçay rayon icra başçısının fəaliyyəti ancaq kommersiya maraqlarına xidmət etməkdir".

Əlaqə telefonu; (050) 418-15-53

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam