Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Göyçay İcra hakimiyyətinin əməkdaşı saxta icazə kağızı satır – ŞOK İDDİA

 

 

 Göyçay rayon icra hakimiyyətinin rəsmisi haqda ilginc məlumat yayılıb.

Yenixeber.org: Rayondakı mənbələrdən verilən məlumatlarda Göyçay RİH-nin inzibati ərazi idarəetmə şöbəsinin müdiri Yusif Cəbrayılovun ayrı-ayrı vətəndaşlara saxta icazə sənədi satdığı iddia olunur.

Daxil olan məlumatlarda o da bildirilir ki, hərəsi 100-200 manat aralığında başa gələn həmin icazə kağızları aidiyyatı olmayan şəxslərə guya kənd təsərrüfatı ilə məşğul olduqlarına görə verilir. Elə bunun nəticəsidir ki, respublikamızın digər rayon və şəhərlərindən fərqli olaraq karantin rejiminə rəğmən Göyçayda çoxsaylı insanların küçədə dolaşdıqlarına şahidlik etmək olur.

Məlumat üçün bildirək ki, bu günə qədər vətəndaşlara saxta icazə vərəqələri satdığına görə bir sıra şirkət və media qurumlarının təmsilçiləri həbs olunublar. Amma çox maraqlıdır ki, indi bu kimi yolverilməz alqı-satqıda Göyçay RİH rəsmisinin adı hallanır. Bütün bunlardan Göyçay RİH başçısı Mehdi Səlimzadənin xəbərsiz olması isə inandırıcı görünmür.sfera.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam