Mehdi Səlimzadəyə qohumbazlıq ittihamı:"... talançılıq, reketlik və özbaşınalıqlar rayon sakinlərini bezdirib"
Yenixeber.org: Redaksiyamızın elektron poçtuna goycay78@mail.ru emaildən Göyçay şəhəri Səməd Vurğun küçəsi ev 24 ünvan qeyd olunan Əliyev Vaqif Rafiq oğlu tərəfindən müraciət ünvanlanıb. Müəllif müraciətində Göyçay rayon icra başçısı Mehdi Səlimzadəni qohumbazlıqda ittiham edir və bu səbəbdən də rayon sakinlərinin qaşılaşdığı özbaşınalıqlardan bəhs edir. Biz müraciətdə yer alan ittihamlarla bağlı qarşı tərəfi də dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu. Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik.
"Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin qardaşının kürəkəni Famil Bəkirova məxsus “Famil A” MMC 500-dən çox vətəndaşın maaş kartına sahib olub. Belə ki, işsizliyin aradan qaldırılması proqramına əsasən Göyçay Rayon İcra Hakimiyyəti müsabiqə keçirib və bu lahiyənin tenderin qalibi məhz başçının qohumu Famil Bəkirovun adına yaradılmış “Famil A” MMC olub. Bundan sonra rayonda aparılan tikinti-təmir və digər işlərdə fəhlə kmi işlədilməsi adı ilə 500-dən çox vətəndaşa maaşlar yazılıb başçı tərəfindən mənimsənilmişdir. Hazırda həmin maaş kartları adları işçi kimi qeydə alınmış vətəndaşlarda deyil, Famil Bəkirovun cibindədir.Talan edilən pulun 90 % Mehdi Səlimzadəyə çatır. Hər ay 500 nəfərdən çox vətəndaşa maaş yazılır anacaq nə iş var, nədə ki, adları işçi kimi yazılan şəxslərin maaşdan xəbələri yoxdur.
Famil Bəkirov Göyçayın icra başçısı Mehdi Səlimzadənin qardaşı Surxay Cəbrayılovun qızı Telli müəllimin həyat yoldaşıdır. Həmin Telli müəllim ki, hazırda işlədiyi Göyçay şəhər 5 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunmaq üçün hazırkı direktor Solmaz Kazımovanı şantaj etdirmək üçün pullar xərcləyir. Həttda icra başçısının qardaşı qızı Telli Bəkirovanın ali təhsil alması barədə diplomu saxtadır. Göyçay şəhər 5 nömrəli tam orta məktəbə ocaqçı (kaçaqar) vəzifəsinə təyin olunmş Telli Bəkirova əmisnin icra başçısı vəzifəsinə təyinatından dərhal sonra birdən-birə məktəbdə təşkilatçı vəzifəsinə gətirilir. Telli Bəkirovanın anası Solmaz Tağıyeva isə Potu kənd tam orta məktəbə direktor vəzifəsinə təyin olunur. Ana Solmaz müəllimə Potu kənd orta məktəbdə, qızı Telli Bəkirova isə 5 nömrəli tam orta məktəbdə reketçiliklə məşğul olurlar. Göyçay rayon sakinləri Mehdi Səlimzadənin özünün və qohumlarının hoqqabazlıqlarından cana yığılıblar. İcra başçısı olan əmiyə 2 milyon manat pul atdığı üçün qardaşı oğlu Səməd Cəbrayılov arzuolunmaz şəxs elan edilib. Səməd Cəbrayılov qəssablıqla məşğul olurdu ki, əmi icra başçsı olduqdan sonra tez saxta diplom əldə edib onu Göyçay Gənclər Mərkəzinə müdir az sonra isə İcra Hakimiyyətinin kadrlar şöbəsinə müdir vəzifəsinə gətirilir. Bundan sonra Səməd əmisinin kassiri rolunu oynamağa başlayır. Naxələflik edib, əmiyə 2 milyon manat pul atdığı məlum olduqda Səməd Cəbrayılov işdən azad edilir. İndi Səməd əmisinin və Göyçay rayonunda vəzifədə olan məmurların ifşaedici video çəklişlərini ictimailəşdirəcəyi ilə onlara hədə-qorxu gəlməklə məşğuldur. İdarə və müəssisə müdirləri başçıya verdikləri haqqı Səməd Cəbrayılov yığırdı deyə həmin vax o bütün prosesləri gizli video lentə alımışdı. İndi həmin videoçəklişlərin ictimailəşdirilməsi hədəsi ilə əmini və vəzifəli şəxsləri şantaj edən Səməd Cəbrayılov bu yolla əvvəlki vəzifəsinə qayıtmaq istəyir.
İfşa olunanlardan birincisi isə Göyçay rayon Maliyyə İdarəsinin müdiri Firdovsi Rəhimovdur. Onun başçıya çatacaq pulun Səmədə verilməsi məqamı çəkilən videonun səsyazısı sosial şəbəkədə yayıldı. Hətta Səməd Cəbrayılov işinə bərpa edilməyəcəyi təqdirdə müxalifətə qoşulacağı ilə əmisini şantaj edir.
İcra başçısı Mehdi Səlimzadənin və yaxın qohumlarının etdikləri talançılıqdan, reketçilikdən və özbaşınalıqlardan Göyçay rayon sakinləri beziblər. Rayon sakinləri bu harınlamışların cinayət əməllərindən çox əziyyət çəkirlər.
Göyçay rayon sakinləri səbirsizliklə gözləyirlər ki, prezident İlham Əliyev bu özbaşınalıqlara reaksiya verib korrupsiyaya qurşanmış Mehdi Səlimzadəni və onun harınlamış qohumlarını cəzalandıracaq".
Redaksiyadan: Qarşı tərəfin cavab haqqını tanıyırıq.