Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

EKSPERT:“Ermənistanın Mingəçevir bəndini hədəfə alması mənasızdır”

 

                   

                         Qara Həsənov: “Mingəçevirə raket atanların cəhdləri puça çıxacaq”

Yenixeber.org: Son aylarda Ermənistanın bəzi məsuliyyətsiz siyasətçiləri Mingəçevir su anbarını vuracaqlarını bildirirdilər. Oktyabrın 4-də düşmən bu hədələrini reallaşdırmağa cəhd etdi: şəhərə 3 raket atıldı. Xoşbəxtlikdən 2 raket havada zərərsizləşdirildi, biri isə məcburi köçkünlərin məskunlaşdıqları evə düşərək 5 nəfərə xəsarət yetirdi.

 

Əməkdar mühəndis, Texniki Universitetin professoru Qara Həsənov bildirib ki, Mingəçevir su anbarını vurmaq istəyənlərin cəhdləri mənasızdır:

“Həmin raketlər uzağı 4 metrə qədər dərinlikdə dağıntı yaratmaq gücünə malikdir. Halbuki uzunluğu 1550, hündürlüyü 80 metr olan Mingəçevir su anbarı bəndinin eni bundan qat-qat artıqdır. Yəni hətta raketlər hədəfə çatıb partlamış olsalar belə, qurğuya çox cüzi xəsarət yetirərlər, bəndi heç cür dağıda bilməzlər. Yeri gəlmişkən, su hövzəsində quru və hava hücumlarından müdafiə üçün mükəmməl sistemlər qurulub”.

Arayış: Kür çayının Bozdağdan keçən hissəsində yaradılan Mingəçevir su anbarı 1953-cü ildə istismara verilib. Anbarın 83 metrlik normal dolma səviyyəsində ümumi su tutumu 15730 mln. m3, faydalı həcmi onun yarısından bir qədər çoxdur.  Su anbarının çay boyu uzunluğu 70 km-dir, eni bənddə 3 km-dən Alazan çayı tökülən yerdə 18 km-ə qədər dəyişir. Maksimal dərinliyi 75 m, orta dərinliyi 26 m, sahil xəttinin uzunluğu 247 km, su səthinin sahəsi isə 605 km2-dir. Yuxarı Qarabağ və Yuxarı Şirvan kanalları Mingəçevir su anbarından qidalanır. Ondan enerji istehsalı, su təchizatı, balıqçılıq və çaylarda suyun səviyyəsinin idarə olunması məqsədilə istifadə edilir. Anbarın ərazisinə Mingəçevir, Yevlax, Samux və Gəncənin bir hissəsi daxildir.(pressklub)

Müəllif: Fərman Nəbiyev 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam