Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Müsavat AŞPA məruzəçilərilə görüşdən imtina edib!?

 

 

 

"xeberinfo.com": Bakıda səfərdə olan AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Cozef Debone Qrex və Pedro Aqramunt bir neçə siyasi partiyanın lideri və REAL hərəkatının təmsilçisi ilə görüşüb.
     Görüşdə Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azad Demokratlar Partiyası təşkilat komitəsinin sədri Sülhəddin Əkbər və REAL hərəkatının icra katibi Natiq Cəfərli iştirak ediblər. Bəzi saytlarda xəbər yayılıb ki, Müsavat Partiyası dəvətli olsa da, görüşə qatılmaqdan imtina edib.
Müsavat Partiyasının mətbuat xidməti görüşə qatılmaqdan imtina etdikləri barədə yayılan xəbərin yanlış olduğunu bildirən açıqlama yayıb. Açıqlamada deyilir: “Mediada yayıla məlumatlardan məlum olub ki, Müsavat başqanı İsa Qəmbər bu gün Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçilərinin Azərbaycandakı bəzi müxalifət partiyalarının rəhbərləri ilə keçirdiyi görüşə dəvət edilməsinə baxmayaraq görüşə qatılmayıb. 
    Bildiririk ki, Avropa Şurasının Bakı ofisinin nümayəndələri ilə bugün  dəqiqləşdirilmiş məlumata görə, görüşə dəvət haqqında məlumat Müsavat Partiyası başqanının keçmiş köməkçisi, hazırda partiyanın üzvü olmayan şəxsə verilib. Lakin məlumat partiya rəhbərliyinə çatdırılmayıb. Müsavat Partiyasının rəhbərliyi həmin görüşdə məhz bu səbəbdən – yəni görüşə dəvət barədə məlumat verilmədiyindən iştirak etməyib. Müsavat Partiyası rəhbərliyinə olan dəvətlərin Müsavat Partiyası başqanının qəbul otağına – 012 447 46 56 saylı telefonla bildirilməsi məqsədəuyğundur”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam