Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Departament rəisi: “SOCAR-da İnsan Resurslarının idarə edilməsində bir sıra yeniliklər nəzərdə tutulub” -MÜSAHİBƏ

 

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) İnsan Resurslarının idarə edilməsi ilə bağlı bir sıra yeniliklər nəzərdə tutulub.

Yenixeber.org:  SOCAR-ın İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli müsahibəsində bildirib ki, bu yeniliklər SOCAR-ın prezidenti Rövnəq Abdullayevin ayın əvvəlində şirkətdə çalışan gənclərlə görüşündə verdiyi tapşırıqlarda da yer alıb.

Departament rəisi qeyd edib ki, “Azəriqaz” İstehsalat Birliyinin və Qaz İxrac İdarəsinin regionlar üzrə olan vakansiyalarına müraciət etmiş vətəndaşların imtahanlarının regionlarda keçirilməsi nəzərdə tutulur: “Regionlarda yaşayan vətəndaşların yol məsafəsinə görə çətinliyin aradan qaldırılması üçün addımlar atılır. Belə ki, müəyyən sayda namizəd yığıldıqdan sonra onların imtahanlarının regionlarda təşkili nəzərdə tutulur".

O həmçinin qeyd edib ki, işə qəbulda üçüncü mərhələ olan müsahibə və peşə sınaqları mərhələsinin müəyyən hissəsinin birbaşa işəgötürən tərəfindən həyata keçirilməsi istiqamətində də addımlar atılır. Departament rəisinin sözlərinə görə, bununla bağlı sənədlər hazırlanır, normativlər, standartlar təsdiq olunduqdan sonra artıq üçüncü mərhələnin yerlərdə həyata keçirilməsi nəzərdə tutulur.

A.Bəkirli növbəti yenilik olaraq imtahan suallarının saytda yerləşdiriləcəyini bildirib. O qeyd edib ki, artıq hər kəs bütün sualları görə biləcək: “Hər hansı şəxs o suallardan istifadə edib möhtəkirliklə məşğul ola bilməyəcək. Sualları özümüz açıq şəkildə verəcəyik”.

2011-ci ildə yaradılan İnsan Resursları Departamentinin fəaliyyəti, işə qəbulun təşkili, insan resurslarının idarəedilməsində müasir yanaşmalar, peşəkarlığın, səriştəliliyin qiymətləndirilməsi istiqamətində görülən işlər və digər məsələlərlə bağlı geniş müsahibə ilə aşağıdakı videoda tanış ola bilərsiniz:

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam