Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

SOCAR-ın idarə rəisi Vasif Əmirov Türkiyədə milyonluq villa alıb? –İDDİA

 

SOCAR-ın idarə rəisi Türkiyədə milyonluq villa alıb? – İddia
Neft Kəmərləri İdarəsinin rəisi Vasif Əmirov Neft Şirkətinin digər rəhbər işçilərindən geri qalmamaq qərarına gəlib
Yenixeber.org: Azərbaycanda yüksək vəzifəli məmurların əksəriyyətinin xarici ölkələrdə mülk almaları barədə ölkə mediasında saysız hesabsız məlumatlara rast gəlmək olar. Xüsusi ilə də məmurların Türkiyədə bahalı əmlak sahibi olmaları artıq dəbə çevrilib.
Tendensiya.com a özəl mənbələrdən daxil olan məlumata görə Dövlət Neft Şirkətinin (SOCAR) Neft Kəmərləri İdarəsinin rəisi Vasif Əmirov bir müddət öncə İstanbul şəhərində dəbdəbəli bir mülk əldə edib. Məlumatda bildirilir ki, SOCAR şirkətinin idarə rəisi İstanbulun mənzərəli yerlərindən birində aldığı villa üçün bir neçə milyon türk lirəsi xərc çəkib.
Görünür, Vasif Əmirov SOCAR-ın bir çox idarə rəislərindən geri qalmamaq üçün bu addımı atıb. Qeyd edək ki, mediada SOCAR-ın əksər rəhbər işçilərinin Türkiyədə bahalı mülkə sahib olmaları ilə bağlı təkzibolunmaz məlumatlar dərc olunub.
Bir müddət öncə ölkə mediasında Neft Kəmərləri İdarəsinin rəisi Vasif Əmirovun prezident seçkisindən sonra SOCAR-da vitse prezident təyin ediləcəyi ilə bağlı məlumatlar yayılmışdı. Həmin məlumatlarda Vasif Əmirovun SOCAR vitse prezidenti Rəhman Qurbanovu əvəzləyəcəyi iddia edilirdi.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.(obyektiv.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam