Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Azneft”də -yeni təyinatlar olub

 
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində yeni təyinatlar olub.
Yenixeber.org: “Azneft”dən saytımıza verilən məlumata görə, Elmir Qaragözov Birliyin baş geoloqu-baş direktorun müavini, Balaəli Cəfərov isə baş mühəndisin hasilat üzrə müavini təyin ediliblər.

Bu münasibətlə “Azneft” İB-də təqdimat mərasimi keçirilib. Əvvəlcə, SOCAR-ın İnsan Resursları Departamentinin Personalın uçotu şöbəsinin rəisi Mahal Mehdiyev və “Azneft” İB-nin İnsan Resursları Departamanetinin rəisi Cavid Umbayev yeni təyinatlarla bağlı müvafiq əmrləri diqqətə çatdırıblar, onların iş fəaliyyəti barədə məlumat veriblər.

Yeni vəzifələrə təyin olunan şəxsləri təbrik edən “Azneft” İB-nin baş direktoru Şahmar Hüseynov onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Ümidvar olduğunu bildirib ki, gənc və perspektivli kadrlar bundan sonrakı vəzifələrində də Birliyin uğurlu fəaliyyətinə öz layiqli töhfələrini verəcəklər.

SOCAR-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezident Bəhram Hüseynov şirkətin struktur bölmələri arasında “Azneft” İB-nin əhəmiyyətini xüsusi olaraq vurğulayıb, gənc kadrların yeni vəzifələrə təyinatını müsbət qiymətləndirib.

Sonda Elmir Qaragözov və Balaəli Cəfərov çıxış edərək onlara göstərilən yüksək etimada görə SOCAR və “Azneft” İB-nin rəhbərliyinə öz minnətdarlıqlarını ifadə ediblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam