Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

SOCAR-da yeni təyinatlar

 

Rövnəq Abdullayevdən yeni təyinatlar

SOCAR-ın müəssisələrində yeni rəhbər şəxslər təyin olunub.

Yenixeber.org: Şirkətin yaydığı məlumata görə, Fontana qarşı dağmədənxilasetmə hərbiləşdirilmiş hissəsinin rəisi Aqil Məmmədov təqaüdə çıxıb və onun yerinə "Kompleks Qazma İşləri” Trestinin (KQİT) rəisi İskəndər Şirəli təyin olunub. KQİT-nin müdiri vəzifəsinə isə SOCAR-ın Baş Ofisinin Qazma şöbəsinin rəisi Əliş Həsənov təyin olunub.
Bundan başqa, "Azneft” İstehsalat Birliyində (İB) bir sıra təyinatlar baş tutub. Belə ki, İB-nin "Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinə (NQÇİ) Ayaz Bağırov, H.Z.Tağıyev adına NQÇİ-yə Fəxri Haqverdiyev, "Bibiheybətneft” NQÇİ-yə Salman Əliyev, Qaz anbarlarının istismarı idarəsinin rəisi vəzifələrinə Xaliq Şəfiyev təyinat alıb. "Azneft” İB-nin baş mühəndisi – Baş direktorun birinci müavini vəzifəsinə isə Rövşən Qarayev gətirilib.
Qeyd edək ki, "Azneft” İB-nin "Siyəzənneft” NQÇİ-nin yeni rəisi Ayaz Bağırov daha öncə bu idarədə baş mühəndis, H.Z.Tağıyev adına NQÇİ-nin yeni rəisi Fəxri Haqverdiyev daha öncə "Bibiheybətneft” NQÇİ-nin rəisi, "Bibiheybətneft” NQÇİ-nin yeni rəisi Salman Əliyev daha öncə H.Z.Tağıyev adına NQÇİ-nin rəisi, Qaz anbarlarının istismarı idarəsinin yeni rəisi Xaliq Şəfiyev daha öncə N.Nərimanov adına NQÇİ-nin rəisi, Birliyin yeni baş mühəndisi – Baş Direktorun birinci müavini Rövşən Qarayev isə daha öncə Qaz anbarlarının istismarı idarəsinin rəisi vəzifələrində çalışıb. Eyni zamanda İB-nin keçmiş baş mühəndisi – Baş Direktorun birinci müavini olan Balamirzə Ağarəhimov hazırda SOCAR-ın Yataqların işlənməsi üzrə vitse-prezidentinin müavini vəzifəsində çalışır. Qeyd edək ki, "Azneft” İB-nin N.Nərimanov NQÇİ, eləcə də SOCAR-ın Baş Ofisinin Qazma şöbəsinə rəislər hələlik təyin olunmayıb.   


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam