Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

“Kişilərə nisbətən qadınların yanıqları çox olur” – Cərrahla MÜSAHİBƏ

 

“Kişilərə nisbətən qadınların yanıqları çox olur” – Cərrahla MÜSAHİBƏ
Azərbaycanda 10 ayda 600-ə yaxın insan yanıb.

Yenixeber.org Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və rekonstruktuv cərrahiyyə klinasının yanıq şöbəsinin həkim cərrahı Ülviyyə Zeynalova nın Azvision.az-a müsahibəsini təqdim edir:
- İl ərzində yanıqla bağlı neçə müraciət daxil olur?

- Cari ilin 10 ayı ərzində yanıq xəsarətləri ilə müraciət edən xəstələrin sayı 550-600 arasında olub. Onların 65 faizi uşaqlardır. 50 faizdən çoxunu qız uşaqları təşkil edir. Qalanları isə qadın və kişilərdir. Yanıq xəsarətləri içərisində ən çox qaynar su, maye yanıqları üstünlük təşkil edir. Ümumi yanıqların 90 faizi qaynar su yanıqları ilə bağlıdır. Bu yanıqlar əsasən yay fəslində, mürəbbə, kompot bağlanan zaman müşahidə edilir. Bizə müraciət edən xəstələrin çoxunu azyaşlı uşaqlar təşkil edir. Bu, ambulator müalicədə də belədir. Haradasa 6-7 aylıqdan 3 yaşa qədər olan uşaqlar daha çox yanıqlarla şöbəyə gətirilir. Bunun səbəbi əsasən valideyn nəzarətsizliyidir. Hazırda şöbədə bacı-qardaşlar yatır. Onların hər ikisi qaynar maye yanığı ilə müraciət edib. Ananın nəzarətsizliyi nəticəsində qazın üstündə qaynayan su hər iki uşağın üstünə aşıb. Əksər hallarda bu rayonlardan gələn uşaqlarda, ən çox da cənub zonasından gələnlərdə müşahidə edilir. Qış fəslində isə uşaqlarda daha çox kontakt yanıqları müşahidə edilir. İstər regionlardan gətirilən xəstələrdə, istərsə dəBakıətrafı kəndlərdə biz bunu daha çox müşahidə edirik. “Ceyran peçləri” və ya spiral sobalarına nəzarətsiz qalan uşaq əlini vurur və kontakt yanığı olur. Kontakt yanıqları sahəsinin azlığına baxmayaraq, dərin yanıqlar olur. Bu yanıqlar əksərən III dərəcə olur.

- Müraciətlər əvvəlki illərlə müqayisədə çoxdurmu? Bəs, neçə ölüm faktı qeydə alınıb?

- Ötən illə müqayisədə müraciətlərin sayı azalıb və sağalan xəstələrin sayı artıb. Ölüm halları barədə isə onu deyə bilərəm ki, keçən ilin göstəricisindən 30 faiz azalıb. Ölüm halları əsasən yanığın ağır dərəcəsindən, yanıq sahəsinin çoxluğundan və yanıq toksimiyasından baş verib. Əsasən qaynar su və alov yanıqlarından ölüm halı müşahidə edilib.

- Uşaqlar əsasən hansı yanıq dərəcələri ilə sizə gətirilir?

- Uşaqlarda əsasən II və III dərəcəli yanıqlar müşahidə edilir ki, bunlar da ağır yanıqlardır.

- Belə yanıqların izləri qalırmı?

- II dərəcəli yanıqlarda izlər qalmır. Amma III dərəcəli yanıqlarda izlər qalır. Bunun bir səbəbi yanığın dərinliyi ilə bağlıdır. Lakin ən böyük səbəb yanıq sağalanandan sonra yaranın çapıqlaşma dövründə xəstələrin müalicə almamalarıdır.

- Xəstələr müalicələrini sona qədər davam etdirmirlər?

- Yanıq sağalan müddətdə xəstələr evə yazılır. Periodik olaraq həkimlə əlaqədə olmalıdırlar və yanığın çapıqlaşma dövründə müalicə almalıdırlar ki, iz və çapıq az qalsın. Əksəriyyəti isə bunu etmir. Rayona gedəndə xalq təbabətinə keçirlər, bəzən xalq təbabəti xeyir etmək əvəzinə pis təsir göstərir.

- Başqa hansı yanıqlarla sizə müraciət edilir?

- Havalar soyuyanda evi isitmək üçün qazı yandıran zaman ani yaranan qığılcamdan olan yanıqlarla müraciətlər olur. Bunlar əsasən I və II dərəcəli yanıqlardır. Son zamanlar böyük partlayış nəticəsində yananlar o qədər də çox olmayıb. Qəbələdəki hadisədə yanan ərəblərdə texniki yanıq müşahidə edilib. Hər iki xəstə artıq sağalıb və evə buraxılıblar.

- Bu il daxil olan müraciətlər arasında ailə məişət zəminində baş verən mübahisələr zamanı və ya özünü öldürmək üçün yandıranlar olubmu?

- Son zamanlar belə müraciət edən xəstələrin sayı azalıb. Əvvəllər daha çox olurdu. Bəlkə bu, insanların maarifləndirilməsi ilə əlaqədardır. Bu il ailə məişət zəminində mübahisələrdən özünü yandıran olmayıb. Bəlkə də olub, yerlərdə müalicə alıb. Bizə belə müraciətlər olmadığı üçün xəbərsizik.

- Bəs qadın və kişilər hansı yanıqlarla müraciət edirlər?

- Kişilərə nisbətən qadınların yanıqları çox olur. Çünki qadınlarda əsasən buğ yanığı, qazla iş görəndə və ya yemək bişirəndə qolun buxar yanığı, qaynar su yanığı müşahidə edilir. Qadınlarda bunlar əsasən üstünlük təşkil edir. Kişilər isə daha çox qaynar su və qaynar maye yanıqları ilə müraciət edirlər. Bir sözlə, böyüklərdə əsasən məişət zəminində yanan yanıqlara rast gəlinir.

- Yanıqdan qorunmaq üçün nə etməyi məsləhət görürsünüz?

- Analar körpə uşaqları mətbəxə girərkən nəzarətsiz buraxmasınlar. Məsləhət görərdim ki, isti çaydanlar, çayniklər və içində qaynar su olan qazanı yerə qoymasınlar. Uşaqlara xüsusi nəzarət edilməlidir. Gəzən və ya iməkləyən uşaqlarda yanıq daha çox müşahidə edilir. Ana termosa suyu çəkib yerə qoyur, uşaq da onu dağıdır və yanır. Və ya arabada olan uşaq gedib süfrəni çəkir və oradakı qaynar suyu üstünə dağıdır. Körpə uşaqlı analar xüsusilə diqqətli olmalıdır. Anaların telefondan çox istifadə etməsi, seriallara baxması belə halların artmasına səbəb olur.

Bundan əlavə, yanıq zamanı ilkin yardım düzgün edilməlidir. Çox zaman yanıqlarda el təbabətindən istifadə olunur və yanan yerə kimi yağ, diş pastası, tomat vurulur. Bunların heç biri olmaz. Yanıq xəsarəti alan kimi, əsasən qaynar sudan olan yanıqlarda soyuq su, buzdan istifadə olunur. 15-20 dəq həmin nahiyəyə buz qoyulur və şırınqa ilə soyuq su vurulur. İlkin yardım üçün pantenol və ya bepadin məhlulu, kurayod məhlulu marlaya hopdurulub yaranın üzərinə qoyulur və sarğı edilir. İlkin yardım zamanı mazlardan və ya məlhəmlərdən isitfadə etmək düzgün deyil.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam