Əmir Pəhləvan: “MƏN MİLLƏTİMİN QARŞISINDA ALNIAÇIĞAM”
Xeberinfo.com: Müsahbimiz – yazıçı-dramaturq, kinorejissor, dünyanın ən nüfuzlu mükafatlarının sahibi 70-80—ci illərin əfsanəvi jurnalisti Əmir Pəhləvandır.
Vəli Səmədli – Əmir müəllim, Sizi oxuculara təqdim etməyə o qədər də ehtiyac duymuruq. Çünki, Əmir Pəhləvan imzası artıq öz sözünü 70-80-ci illərdə təsdiq etmişdir. Indi Siz Vətəndən uzaqlarda çalışırsnız. Necə oldu ki, qürbətə üz tutmalı oldunuz?
Əmir Pəhləvan – Dünyanın bütün ağrı-acılarını, şikəstələrini saf ürəyinə, tər -təmiz ciblərinə yığıb, müqəddəs və ağrılı bir yük gəzdirən qələm sahibi anadangəlmə fitri istedad olaraq mürəkkəb, ziddiyyətli, bir aləmdir. Bu ilk növbədə onun şəxsiyyət dramı ilə bağlıdır. Mənə belə gəlir ki, imza müsbət mənada öz fərdi təsdiqini tapırsa, bütün zamanlarda öz sözünü deyir və sahibinə şərəf və qürur gətirir. Oxucularımın və tamaşaçılarımın gözlərindən yayınaraq, nə artıq tərifə, nədə əskik tənqidə bürünə bilmərəm. 40 illik jurnalist təcrübəsi olan bir insan kimi səmimi etiraf etmək istəyirəm ki, gözəl parıltılarda, qulaqları çığırtılarda olanların xəstə dünyasında Ziqmund Freydə böyük ehtiyac var. Mən sadə bir adamam. Lakin, heç də sadəlövh deyiləm. Öz daxili senzuram var. Bu ləyaqət senzurasıdır.
Hər bir yazıçının içində bir qürbət keçirən mənlik var. Ona görə də heç bir cəmiyyət heç bir sənətkarı heç zaman axıracan başa düşməyib. Əslində zəka və fitr sahibləri, içi mən qarışıq, hamısı qürbət həyatı yaşayırlar. Mən isə fərqli olaraq həmin qürbətin “Vətən” adlı içində yaşayıram. Bu da mənim dözüm qismətimdir.
Vəli Səmədli – Publisistikanzda olduğu kimi kino yaradıcılığında da yeni orijinal xəttiniz çox keçmədi ki, parladı. Sizcə indiki dövrdə nə üçün tamaşaçını düşündürən filmlər çəkilmir, Avropadan baxanda kino ekranımız necə görünür?
Əmir Pəhləvan – Mənə görə Qafaqz bütün Dünya xalqlarının ana beşiyidir. Avropada bu gün onların sivil hesab etdiyi məhz böyük və kiçik Qafqaz Sıra Dağları arasında ümumdünya etnoslar izdivacından törəyiblər. Qədim yunanların Promotey dediyi Börü, Metey, xaqandan çox-çox əvvəl naşükür bəşəriyyət “Allahlar” adına onu öz Vətənində - Qaf dağında çarmıxa çəkib. Elə buna görə də Odlar Diyarı Azərbaycan Qafqazın göz bəbəyidir, Günəşidir. mənin üçün Azərbaycan bəşəriyyətin cənnət bir guşəsidir Təəssüf ki, bir çox haramzadalar tərəfindən zaman-zaman cəhənnəmə çevrilib. Əgər yad planetlərin yer üzündə paralel ruhsal məskəni varsa, o da Azərbaycandır. Çünki, tarixən əndərəbadi, sosial –siyasi və iqtisadi ekspertləri ən çox bu torpağa – Azərbaycan üzərində sınaqdan keçirilib, heç bir cani, cəllad, müstəbid bu torpaqdan xeyirlə gedə bilmir. Bu bir ilahi əlamətdir. O ki, qaldı Bakıya, mənim şah damarımdı. Bakı məni bir körpə kimi böyüdüb. Mavi Xəzər laylamı çalıb. Ali təhsilimi Bakıda almışam. “Bakı”, “Baku” qəzetlərində işləmişəm. Bakı şəhərinin Mətbuatyayımının rəhbəri olmuşam. Iki oğul payı verib Bakı mənə. Bakı bu gün mənim arxamdı, Bakını çox sevirəm, bakılılara sonsuz sevgilərim var. Bakılı olmaq, Seyid Yəhya, Bakuvi kimi Mir Möhsün ağa, imamların bacıları Rəhimə və Hökümə kimi qudsal ruhların himayəsində omaq deməkdir. Bakılını incitmək Allahın ən ağır bəlalarını öz üzərinə götürmək deməkdir: birəbir, nəsilbənəsil...
Vəli Səmədli – Hal-hazırda kino yaradıcıılğınızda tamaşaçıları maraqlandıran hansı ədəbi-bədii filmlər üzərində işləyirsiniz?
Əmir Pəhləvan – Yaradcılığıımın mühacirət dövrü Avropaya transfer olunub. Bu məni qane və məmnun etmir. Amma inanıram ki, qədirbilən oxucularım yaratdığım əsərləri ürəklərində qoruyub saxlayırlar. Filməlrim haqqında çox danışmaq istəmirəm, çünki, virtual aləmdə kifayət qədər yayılıb tanınıb, sevilib. Film zəngin və bahalı istehsal sahəsidir. 15 filmin ssenari müəllifi və rejissoruyam. Hələ heç bir dövlət və ya sponsor yarıdımı görməmişəm və gözləmirəm də. Istiqlal dövrünün başlanığıcında doğulduğum Naxçıvan torpağında tatixi mitinqlərin açılışlarını mən etmişəm. Elə sujetlərə və sənədli arxivlərə malikəm ki...
Çəkdiyim və çəkəcəyim filmlərdə mən qurtarıram, harda özgələri başlayır, bunları müəyyənləşdirib, qiymətləndirmək artıq tarixin öz işidir. Mən millətimin qarşısında alnıaçığam.
Vəli Səmədli – Əmir müəllim, Azərbaycan ədəbiyyatı dünya çapında ədəbi təbliğndə necə görünür?
Əmir Pəhləvan - Azərbaycan ədəbiyyatı uzun illər sovet – siyasi rejiminin basqsı altında onun dünyaya çıxmasına ciddi məhdudiyyətlərqoyulmuşdur. Dünya Ədəbiyyatının Azərbaycan dilinə tərcüməsinə senzura nəzarəti olduğu kimi Azərbaycan ədəbiyyatının dünya dillərinə çevrilməsi məsələsi də nəzarət altında olmuşdur. Mərkəzi Hakimiyyətlə bağlı olan nəşriyyat fəaliyyətləri planlı surətdə həyata keçirilmiş, həmçinin, bu konteksdə, milli ədəbiyyatlara, o cümlədən Azərbaycan ədəbiyyatlarına önəm verilməsi, sadəcə mədəniyyəti çox millətliliyinə örnək olaraq, bəzi ədəbi nümunənələrinin dünyaya çıxışı gerçəkləşmişdir. Məhz bu səbəbdən Azərbaycan ədəbi ictimaiyyəti dünya ədəbiyyatının ən layiqli nümunələrindən xəbərsiz olduğu kimi milli ədəbiyyatın layiqli örnəkləri də dünya oxucularına çatdırılmamışdır. Azərbaycanın müstəqillik əldə etməsi, ictimai-siyasi həyatın bütün sferalarında olduğu kimi ədəbi mədəni sahədə də yeni baxışlar sisteminin əsasını qoydu. Ədəbiyyatın imperiya boyunduruğundan azad olması sosilast-realizm metodunun süqutu, senzuranın ləğvi, söz sənətinin inkişafı üçün müəyyən qədər, münbit şəraitin yaranması ədəbiyyatların qarşılıqlı tanıdılması prosesi də də yeni imkanlar yaratmışdır. Əvvəlki illərdən fərqli olaraq, bu gün Azərbaycan ədəbi nümunələri pərakəndə şəkildə dünya dillərinə tərcümə olunmaqda, müxtəlif dillərdə nəşr edilməkdədir. Lakin, bu işin uğur qazanması üçün, sistemli və davamlı fəaliyyətə ehtiyac vardlr.
Vəli Səmədli – Əmir müəllim, yeni yaradıcılııq planlarınız haqqında nə demək istərdiniz, oxucularınız və tamaşaçılarınız sizdən yeni şedevrlər gözləmək arzusundadadı?
Əmir Pəhləvan – Sevdiyim filmlərin birində qartala qoşulub onunla uçmaq istəyən sərçənin rəvayəti danışılır. Bir xeyli özündən yuxarı uçan sərçə dili əsə-əsə qartaldan soruşur:
- Hara uçursan?
Qartal:
- İrəli!
Xeyli gedəndən sonra bu sual dəfələrlə təkrarlanır. Nəhayət, öz uçuş orbitini itirməkdə olan sərçə son kərə göylər şahına sorur:
- Hara uçursan?
Qartal tam bir soyuqanlıqla təkrarən deyir:
- Irəli, yalnız irəli!
Mən öz yaradıcılğımda mənhz o qartala bənzəmək istəyirəm.
Vəli Səmədli - Mən də Sizə Əmir müəllim, yaradııcılıq səmasında qartal ömrü arzulayıram! Müsahibəyə görə təşəkkür edirik! Çox sağ olun!
Müsahibəni apardı: Vəli Səmədli,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.