Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyə xüsusi təyinatlılarından qisas əməliyyatı:İŞİD "əmir"ini tutdular

isid-borde-bereli

 

Əl Bab-da 20 yanvar günü Türkiyə ordusunun şəhidlərinin qisası alınıb.

Xeberinfo.com:   "Milliyet" xəbər verir ki, o hücumdan düz 2 gün sonra kəşfiyyat terrorçuların yerini təsbit edib, xüsusi təyinatlılar hərəkətə keçərək, 20 yanvar gecəsi türk hərbçilərinə qarşı xain hücum təlimatını verən İŞİD "əmir"ini ələ keçirib.

Qeyd edək ki, İŞİD-in 20 yanvar gecəsi terror hücumu zamanı 5 hərbçi – Emre Doruk, Bahattin Mis, Səlim Topal, Ramazan Daşqın və Mete Can – şəhid olub, 9 əsgər isə yaralanıb.

Partlayışın ardından TSQ tərəfindən bölgədə geniş miqyaslı əməliyyat başladılıb. F-16-lar tərəfindən bölgədə təsbit edilən İŞİD hədəflərinə bombalar yağdırılıb.

Ümumilikdə 21 hava zərbəsi nəticəsində 46 İŞİD terrorçusu məhv edilib, 16-sı isə yaralanıb.

İŞİD "əmir"inin yeri kəşfiyyat əməliyyatı nəticəsində 48 saata müəyyən edilib. Əməliyyat üçün TSQ-nin göz bəbəyi olan xüsusi təyinatlılar (bordo berellilər) təlimatlandırılıblar. Basqın şəklində həyata keçirilən əməliyyat hərəkat mərkəzindən də canlı olaraq izlənilib. Terror əmrini verən İŞİD "əmir"i sağ ələ keçirilərək Türkiyəyə gətirilib.

Hal-hazırda onun dindirilməsi davam edir


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam