Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Rusiyanın Ermənistana kömək imkanı olmayacaq”

 

       Məlum olduğu kimi, sabah AŞPA-da Rusiya əleyhinə sanksiyaların tətbiqi ilə bağlı qətnamə səsə qoyulacaq. Bu ərəfədə Azərbaycanın hansı mövqedən çıxış etməsiylə bağlı müxtəlif mülahizələr irəli sürülür. Bir qism hesab edir ki, Azərbaycan Rusiyanın əleyhinə səs verməlidir. Başqa bir kəsimə görə isə Rusiyanın əleyhinə səs vermək Azərbaycan üçün gələcək problemlərin yaranmasına səbəb ola bilər. 


   Politoloq Qabil Hüseynli AzNews.az-a müsahibə verib. "xeberinfo.com" həmin müsahibəni təqdim edir


-Qabil müəllim, bəzi həmkarlarınız hesab edir ki, Azərbaycan AŞPA-da Rusiya əleyhinə çıxmamalıdır. Siz necə düşünürsünüz, Rusiyanın Postsovet məkanında atdığı addımların fonunda biz hansı mövqedə durmalıyıq? 

- Mən də təxminən bu mövqedəyəm. Ukraynanın ərazi bütövlüyü məsələsindən deyil, Rusiyanın səsvermə hüququnun alınmasından gedirsə, bu məsələdə bitərəf qalmaq olar. Onsuz da Rusiyanın səsvermə hüququnu yanvar ayına qədər almaq fikrindədirlər. Avropa belə düşünür ki, o vaxta qədər Rusiya hərəkətləridə korrektə apara bilər. Konstruktiv-qarşılıqlı dialoq mühitində Ukrayna ilə danışıqlara gedə bilər. Müəyyən qədər abstrakt da olsa, Avropada belə bir illüziya, xəyal qalmaqdadır. Amma Rusiya Ukrayna ilə danışıqlara müəyyən şərtlərlə getməyə çalışır. Bu şərtlərin içərisində Ukraynanın federallaşdırılması məsələsi xüsusilə diqqəti cəlb edəndir.

- Sizcə bizim Rusiyanın dəstəkləməyimiz, ən azından neytral mövqedə dayanmağımız Avropa və Amerika ilə münasibətlərin sərinləşməsinə səbəb ola bilərmi? 

- Hələ ki, Amerika və Avropa Birliyi kifayət qədər irəliyə getməyiblər, yeni addımlar atmırlar. Azərbaycan kimi kiçik bir ökənin Ukrayna üçün qalxan rolunu oynamağa halı yoxdur. Düzdür, Rusiyanın hərəkətləri pislənəməyə layiqdir. Amma Rusiya ilə münasibətlərin tam korlanması da Azərbaycan üçün xoşagəlməz nəticələr doğura bilər. Məsələn, Con Kerrinin Azərbaycana səfərini götürün. Həmin səfərə görə Rusiya Ermənistanı üstümüzə qısqırtdı. Az qala müəyyən bir yerdə, konkret desək, Tovuzun Əlibəyli kəndində lokal toqquşma cəhdləri də var idi. Bu baxımdan Azərbaycan bir qədər təşəbbüskar, yaxud pozitiv mövqedən çıxış edərkən Rusiya dərhal Ermənistanı üstümüzə qısqırdır. 

     - Belə fikirlər var ki, Rusiyanın mövcud təklənmiş durumu Qarabağ məsələsinin həlli üçün də münbit şərait yaradıb. Doğrudanmı biz bu durumdan istifadə edib, Qarabağ məsələsini həllinə nail ola bilərik? 

- Buna şübhə yoxdur ki, Rusiyanın Cənub Qafqaza diqqəti hiss ediləcək dərəcədə zəifləyib. Üstəlik Rusiyaya qarşı tətbiq edilən sanksiyalar bu ölkəni ciddi surətdə laxlatmaqdadır. Bu proses stabil xarakter alandan sonra Rusiyanın Ermənistana diqqəti xeyli zəifləyəcək. Ən azından Azərbaycan hərəkətə gəldiyi məqamda Rusiyanın Ermənistana lazımi səviyyədə kömək göstərmək imkanı olmayacaq. Xüsusilə Şimali Qafqazda aktivliyin artdığı zaman bu daha aydın görünəcək. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam