Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“100 DOLLAR 180 MANAT OLACAQ”

vh muraciet

“100 dollar 180 manat səviyyəsinə qədər qalxa bilər. Hazırda bu real görünür”.

Xeberinfo.com:   Bunu azvision.az–a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib. İqtisadçı deputat bildirib ki, manat gec-tez öz real bazar dəyərini almalıdır.

Onun sözlərinə görə, manatı təzyiq altında qoruyub saxlamaq düzgün deyil: “İxracda müəyyən qədər artım olsa da, bu kifayət qədər deyil. Bununla bərabər idxal müəyyən qədər artıb. Həmçinin neftin qiyməti də manata ciddi təsir edir. Son iki həftədə müşahidə edirəm ki, Mərkəzi Bank manatı yumşaq devalvasiya prinsipi ilə buraxır. Bu da yavaş-yavaş davam etməlidir. Düşünürəm ki, ilin axırına kimə bu səviyyədə davam etsə, manat real bazar dəyərini tapa bilər. Bunu etmək lazımdır. Manatı qoruyub saxlamağa ehtiyac yoxdur. Dünyada və ölkəmizdə gedən iqtisadi proseslər imkan verir ki, manat real dəyərini alsın. Manatın qorunub saxlanması üçün vəsaiti çox da xərcləməyə ehtiyac yoxdur. Həmin vəsaiti kənd təsərrüfatı, sənaye və turizmə yönəltmək lazımdır”.

Millət vəkili hesab edir ki, 100 dollar 170-180 manat səviyyəsinə qədər qalxa bilər:“Düşünürəm ki, 100 dollar 170 və 180 manata qədər qalxa bilər. Ola bilər ki, bu qiymət çox və ya az olsun. Hər bir halda yumşaq devalvasiya prinsipi doğru addımdır”.

Qeyd edək ki, son günlər Azərbaycanda dolların bahalaşması müşahidə edilir. İyunun 23-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,5301 manat təşkil edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam