"Vəziyyət elədir ki, tək noyabrda açılsa, 80 toy aparmalıyam. Günə ikisi düşür".

Yenixeber.org: Bu sözləri müğənni-bəstəkar Murad Arif bildirib. Sənətçi karantin başlayandan bu yana təxirə düşən toylarından bəhs edib:

"Martın 15-dən vaxtı ata-ata gəlirik. Günü, tarixi mənimlə müzakirə edən, anlayışlı və mədəni müştərilərimə də halal olsun. Seçiminiz qədər adekvatsınız. Sizi ən "fısqırıq" partilər gözləyir. Bizi səhnədə görən bilir".